Həyatın Mənşəyi

Gerçək təbiət tarixi – II (Quşlar və məməlilər)

Yeriyən balina nağılı

Oxu müddəti: ~2 dəq.

Tam adı Pakicetus inachus olan bu nəsli kəsilmiş məməliyə aid fosillər ilk dəfə 1983-cü ildə gündəmə gəldi. Fosili tapan P.D.Cinceriç və köməkçiləri canlının sadəcə kəllə sümüyünü tapmalarına baxmayaraq, heç çəkinmədən onun “ibtidai balina” olduğunu iddia etdilər.

Halbuki fosilin “balina” ilə heç bir əlaqəsi yox idi. Sonradan tapılan digər hissələri ilə birlikdə, skeleti bildiyimiz canavarlara bənzəyən dördayaqlı formada idi. Fosilin tapıldığı yer paslanmış dəmir filizinin də tapıldığı və ilbiz, tısbağa və ya timsah kimi quruda yaşayan canlıların da fosillərinin olduğu bir ərazi idi, yəni dəniz yatağı deyil, quru hissəsi idi.

Bəs dördayaqlı quru canlısı olan bu fosil nə üçün “ibtidai balina” elan edilmişdi? Sadəcə dişlərindəki və qulaq sümüklərindəki bəzi xüsusiyyətlərə görə! Halbuki bu xüsusiyyətlər pakiset ilə balinalar arasındakı əlaqəyə dəlil ola bilməz. Canlılar arasında anatomik bənzərliklərə əsaslanaraq qurulan bu cür nəzəri əlaqələrin çoxunun olduqca məntiqsiz olduğunu təkamülçülər də qəbul edirlər. Əgər Avstraliyada yaşayan dimdikli bir məməli olan ördəkburunlar və ördəklər nəsli kəsilmiş canlılar olsaydı, təkamülçülər eyni məntiqlə (dimdik bənzərliyinə əsasən) onları da bir-birlərinin qohumu elan edəcəkdilər. Lakin əslində, ördəkburun məməlidir, ördək isə quşdur və aralarında təkamül nəzəriyyəsinə əsasən də qohumluq ola bilməz.

Təkamülçülərin “yeriyən balina” elan etdiyi pakiset də fərqli anatomik xüsusiyyətləri özündə ehtiva edən xüsusi cinsdir. Belə ki, onurğalılar paleontologiyası mütəxəssislərindən Kerroll pakisetin də daxil edilməli olduğu mezonixid (Mesonychia) dəstəsinin “qəribə xüsusiyyətlərdən ibarət kombinasiyaya malik olduğu”nu bildirir.161 Bu cür “mozaik canlılar”ın təkamül xarakterli keçid forma hesab edilmədiyini Quld kimi qabaqcıl təkamülçülər də qəbul edirlər.

Nationa Geographic”in rəsm təhrifləriPaleontoloqlar Pakicetusun dörd ayaqlı quru məməlisi olduğuna inanırdılar.” Nature”Nationa Geographic”in rəsm təhrifləriPaleontoloqlar Pakicetusun dörd ayaqlı quru məməlisi olduğuna inanırdılar.” Nature”
Nationa Geographic”in rəsm təhrifləriPaleontoloqlar Pakicetusun dörd ayaqlı quru məməlisi olduğuna inanırdılar.” Nature” jurnalında (no.412.20 .09.2001) dərc edilən soldakı skelet quruluşu, bunu açıqca göstərməkdədir.Bu skelet quruluşuna əsaslanaraq Karl Buell tərəfindən düzəldilən Pakicetusun bərpa edilmiş rəsmi də həqiqidir.(solda aşağıda).Amma “National Geographic” jurnalı canlını yeriyən balina olaraq göstərmək üçün,bu obrazı oxuculara qəbul etdirmək üçün, Pakicetusu üzən vəziyyətdə göstərən bir rəsmi seçmişdir.(altda) Rəsmdə Pakictusu“ balinalaşdırmaq” üçün q kiçik hiylə diqqət çəkir.Canlı üzən vəziyyətdə təsvir edilib,arxa ayaqları geriyə tərəf çəkilərək “üzgəz” təsürratı yaratmaq istənilib,ön və arxa pəncələri də aralayaraq üzgəcə oxşadılıb .Gerçek PakicetusNational Geographic'in Pakicetus çizimi

Yaradılış həqiqətini müdafiə edən yazıçı Eşbi L.Kemp “Balina təkamülünün mübaliğəli təbliğatı” (The overselling of whale evolution) adlı məqaləsində pakiset kimi quruda yaşayan məməlilərin də daxil olduğu mezonixidlər sinfinin Archaeoceteaların, yəni nəsli kəsilmiş balinaların əcdadı olması iddiasının əsassızlığını belə açıqlayır:

Təkamülçülərin mezonixidlərin Archaeocetealara çevrildiyi ilə bağlı əminliklə davranmalarının səbəbi həqiqi nəsil əlaqəsində yer alan bir növü tərif edə bilməmələrinə baxmayaraq, məlum olan mezonixidlər və Archaeocetealar arasında bəzi bənzərliklər olmasıdır. Ancaq bu bənzərliklər, xüsusilə də (iki qrup arasındakı) böyük fərqlər işığında bir əcdad əlaqəsi olduğunu iddia etmək üçün kifayət deyil. Bu cür müqayisələrin çox subyektivliyi indiyə qədər bir çox fərqli məməli və hətta sürünən qrupunun balinaların əcdadı kimi irəli sürülməsindən bəllidir.162

İstinadlar

  1. Robert L. Carroll, Patterns and Process of Vertebrate Evolution, Cambridge University Press, 1998, səh. 329. ↩
  2. Ashby L. Camp, “The Overselling of Whale Evolution”, Creation Matters, “Creation Research Society”-nin yayımladığı bülleten, may/iyun 1998. ↩