Oxu müddəti: ~3 dəq.
Təkamül nəzəriyyəsi quşların kiçik formalı və ətyeyən teropod (ikiayaqlı) dinozavrlardan, yəni bir sürünən növündən törədiyini iddia edir. Lakin əslində, quşlarla sürünənlər arasında müqayisə aparılsa, bu canlı siniflərinin bir-birlərindən çox fərqli olduqları və aralarında təkamül baş vermədiyi ortaya çıxar.
Quşlar və sürünənlər arasında forma baxımından bir çox fərq var. Bunlardan ən mühümü sümüklərinin quruluşudur. Təkamülçülər tərəfindən quşların əcdadı kimi qəbul edilən dinozavrların sümükləri böyük və nəhəng formaları səbəbi ilə qalındır və içi doludur. Bunun əksinə, yaşayan və nəsli kəsilmiş bütün quşların sümüklərinin içi boşdur və bu sayədə çox yüngüldür. Bu yüngül sümük quruluşu quşların uçması üçün böyük əhəmiyyət daşıyır.
Sürünənlər və quşlar arasındakı digər fərq də metabolik quruluşdur. Sürünənlər canlılar aləmində ən yavaş metabolik quruluşa malik ikən quşlar ən yuxarı metabolik quruluşa malikdirlər (dinozavrların istiqanlı olduğu və sürətli maddələr mübadiləsi olduğu iddiası fərziyyədir). Məsələn, bir sərçənin bədən temperaturu sürətli maddələr mübadiləsi (metabolizma) səbəbindən bəzən 48°C-yə çatır. Digər tərəfdən, sürünənlər öz bədən temperaturlarını özləri əmələ gətirmirlər, əvəzində bədənlərini günəşdən gələn istiliklə isidirlər. Sürünənlər təbiətdəki ən az enerji sərf edən canlılardır, quşlar isə ən çox enerji istifadə edirlər.
Şimali Karolina Universitetinin professoru Alan Feduççia təkamülçü olmasına baxmayaraq, elmi kəşflərə əsaslanaraq quşların dinozavrlarla qohum olması nəzəriyyəsinə qətiyyətlə qarşı çıxır. Feduççia sürünən-quş ssenarisi haqqında fikirlərini belə ümumiləşdirir:
25 il boyu quşların kəllə sümüklərini təhlil etmişəm və dinozavrlarla aralarında heç bir bənzərlik görmürəm. Quşların dördayaqlılardan təkamül yolu ilə törəməsi nəzəriyyəsi paleontologiya sahəsində XX əsrin ən böyük rüsvayçılığı olacaqdır.109

Kanzas Universitetində qədim quşlar sahəsində mütəxəssis olan Larri Martin də quşların dinozavrlarla eyni soydan gəlməsi nəzəriyyəsinə qarşı çıxır. Martin təkamülün bu məsələdə içinə düşdüyü çıxılmaz vəziyyətdən bəhs edərkən: “Doğrusunu desəm, əgər dinozavrlarla quşların eyni mənşədən gəldiklərini müdafiə etsəydim, bunun haqqında hər dəfə utanaraq danışmaq məcburiyyətində olacaqdım”, -deyir.110
Ancaq bütün elmi tapıntılara baxmayaraq, heç bir konkret dəlilə əsaslanmayan “dinozavr-quş təkamülü” ssenarisi təkidlə müdafiə edilir. Xüsusilə qeyri-akademik, populyar KİV-lər bu ssenarini təkidlə yayımlayırlar. Yeri gəlmişkən, bu ssenariyə dəlil olmayan bəzi anlayışlar da səthi üslubla xəyali “dinozavr-quş əlaqəsinin sübutu” kimi təqdim edilir.
Məsələn, bəzi təkamülçü KİV-lərdə dinozavrların çanaq sümüklərindəki fərqlərin quşların dinozavrlardan təkamül yolu ilə əmələ gəlməsi tezisinə sübut olduğu hesab edilir. Sözügedən çanaq sümüyü fərqi Ornithischia (quşçanaqlılar) və Saurischia (kələzçanaqlılar) qruplarına aid olan dinozavrlardadır. Elə bu “kələzçanaqlı dinozavrlar” anlayışının bəzən “dinozavr-quş təkamülü” iddiasına dəlil olduğunu düşünürlər.
Lakin sözügedən çanaq fərqi quşların əcdadlarının dinozavrlar olması iddiasına heç bir dəlil təşkil etmir. Çünki Saurischia (kələzçanaqlı) qrupuna aid dinozavrlar ümumi quruluşca quşları xatırlatsa da, çanaqları əsla quşlarınkına bənzəmir. Məsələn, bəzi anatomik xüsusiyyətləri ilə quşlara bənzədilən uzun ayaqlı, qısa ön ətraflara malik zərif quruluşlu Struthiomimus kələzçanaqlılar qrupuna daxildir. Bunun əvəzində, qısa ayaqlara, nəhəng gövdəyə, zirehə bənzər iri pulcuqlu dəriyə malik olan (hətta müharibə tanklarına bənzədilən) Ankylosaurus quşçanaqlılar qrupuna aid, quşlarınkına bənzər çanağa malik dinozavrdır.111
Bir sözlə, çanaq quruluşu heç cür dinozavrlarla quşlar arasında təkamül xarakterli əlaqə olması iddiasına dəlil deyil. “Quşçanaqlı dinozavrlar” tərifi sadəcə bənzərlikdən irəli gələn tərifdir və iki canlı qrupu arasındakı digər böyük anatomik fərqlər bu bənzərliyi təkamülçü nöqteyi-nəzərdən belə şərh etməyi qeyri-mümkün edir.
