Həyatın Mənşəyi

Gerçək təbiət tarixi – II (Quşlar və məməlilər)

Nəticə

Oxu müddəti: ~1 dəq.

Buraya qədər təhlil etdiyimiz bütün tapıntılar göstərir ki, canlı növləri yer üzündə heç bir təkamül prosesi olmadan, ani surətdə və qüsursuz şəkildə üzə çıxmışlar. Bu vəziyyət təkamülçü bioloq Duqlas Futuymanın: “Əgər canlılar dünyada tam və mükəmməl şəkildə ortaya çıxmışdırlarsa, onda üstün bir ağıl tərəfindən yaradılmalıdırlar”, -deyərkən qəbul etdiyi kimi172 canlıların yaradıldıqlarının konkret sübutudur.

Təkamülçülər isə canlı növlərinin yer üzündə müəyyən sıra ilə ortaya çıxdıqlarını, təkamül keçirdiklərinin göstəricisi kimi izah etməyə çalışırlar. Lakin əslində, canlıların yer üzündə üzə çıxma ardıcıllığı ortada heç bir təkamül olmadığına görə “yaradılış ardıcıllığıdır”. Fosillər üstün və qüsursuz yaradılışla, əvvəlcə dənizlərdə, daha sonra quruda yaşayan canlılarla yer üzünün doldurulduğunu və bütün bunların ardınca insanın yaradıldığını göstərir.

İstinadlar

  1. Douglas J. Futuyma, Science on Trial, New York: Pantheon Books, 1983, səh. 197. ↩