Oxu müddəti: ~2 dəq.
Quş lələklərində heç bir təkamül xarakterli proseslə açıqlanmayacaq qədər kompleks yaradılış var. Lələklərin ortasında hamımıza məlum olan uzun və sərt boru yerləşir. Bu borunun hər iki tərəfindən yüzlərlə lələkcik çıxır. Uzunluqları və yumşaqlıqları fərqli olan bu lələklər quşa aerodinamik xüsusiyyət qazandırır. Ancaq daha da maraqlısı budur ki, bu lələklərin hər birinin üzərində də “saqqalcıq” adlanan və gözlə görünməyən çox kiçik tüklər var. Bu saqqalcıqların üzərində isə “qarmaqcıq” adlandırılan kiçik qarmaqlar var. Bu qarmaqcıqlar sayəsində hər saqqalcıq bir-birinə sanki zəncirbənd kimi bağlanmışdır.
Durnanın bircə lələyinin üzərində lələk borusunun hər iki tərəfindən uzanan 650 dənə incə tükcük var. Bunların hər birində isə 600 ədəd qarşılıqlı saqqalcıq yerləşir. Bu saqqalcıqların hər biri isə 390 dənə qarmaqcıqla bir-birinə bağlanır. Qarmaqcıqlar bir zəncirbəndin iki tərəfi kimi bir-birinə bağlanmışdır. Qarmaqcıqlar hər hansı şəkildə bir-birindən ayrılsa, quşun bir dəfə silkələnməsi və ya daha çətin hallarda dimdiyi ilə lələklərini düzəltməsi lələklərin normal şəklə düşməsi üçün kifayətdir.
Lələklərin bu kompleks quruluşunun təsadüfi mutasiyalar nəticəsində sürünən pulcuğundan təkamüllə əmələ gəldiyini müdafiə etmək heç bir elmi əsası olmayan ehkamçı inancdan başqa bir şey deyil. Belə ki, neodarvinizmin dualistlərindən biri olan Ernst Mayr bu mövzuda illər əvvəl belə bir etiraf etmişdir:
Duyğu orqanlarının, məsələn, bir onurğalının gözünün və ya bir quşun lələkləri kimi qüsursuz şəkildə tarazlanmış sistemlərin təsadüfi mutasiyalar nəticəsində təkmilləşdiyini fərz etmək bir insanın inandırıcılığı üzərində ciddi bir məhdudlaşdırmadır.123

Lələklərdəki bu yaradılış Çarlz Darvini də çox düşündürmüş, hətta tovuzquşu lələklərindəki mükəmməl estetika öz ifadəsilə Darvini “dilxor etmişdir”. Darvin dostu Eysa Qreyə yazdığı 3 aprel 1860-cı il tarixli məktubunda: “Gözü düşünmək çox vaxt məni nəzəriyyəmdən soyudur. Amma özümü zamanla bu problemə alışdırmışam”, -dedikdən sonra belə davam edir: “İndi isə təbiətdəki bəzi formalar məni daha çox narahat edir. Məsələn, bir tovuzquşunun lələklərini görmək məni, az qalır ki, dilxor etsin”.124
Qısa desək, quş lələkləri ilə sürünən pulcuqları arasındakı böyük quruluş fərqləri və quş lələklərinin həddindən artıq kompleks quruluşu lələklərin pulcuqlardan təkamül yolu ilə əmələ gəlməsi iddiasını tamamilə əsassız edir.
