Həyatın Mənşəyi

Gerçək təbiət tarixi – II (Quşlar və məməlilər)

Atın təkamülü əfsanəsi

Oxu müddəti: ~3 dəq.

Məməlilərin mənşəyi məsələsində mühüm bir yer tutan başlıq uzun zamandan bəridir təkamülçü mənbələrin baş tacına çevirdikləri “atın təkamülü” əfsanəsidir. Bu, bir əfsanədir, çünki elmi kəşflərə deyil, təxəyyül gücünə əsaslanır.

“Atın təkamülü”nü xarakterizə etdiyi iddia edilən sxemlər yaxın dövrə qədər təkamül nəzəriyyəsinə dəlil kimi göstərilən fosil sıralamalarının ən başında gəlirdi. Lakin bu gün bir çox təkamülçü atın təkamülü ssenarisinin əsassızlığını açıq şəkildə qəbul edir. 1980-ci ilin noyabrında Çikaqo Təbiət Tarixi Muzeyində 150 təkamülçünün iştirak etdiyi dörd gün davam edən və mərhələli təkamül nəzəriyyəsinin problemlərinin müzakirə edildiyi bir toplantıda nitq söyləyən təkamülçü Boys Rensberqer atın təkamülü ssenarisinin fosil qeydlərində heç bir əsasının olmadığını və atın mərhələli təkamül keçirməsi kimi bir prosesin heç baş vermədiyini belə izah etmişdir:

Təqribən 50 milyon il əvvəl yaşamış dörd dırnaqlı, tülkü böyüklüyündəki canlılardan bu günün daha böyük tək dırnaqlı atına doğru ardıcıl mərhələli dəyişiklik olduğunu irəli sürən məşhur atın təkamülü misalının əsassız olduğu uzun zamandan bəri məlumdur. Mərhələli dəyişiklik əvəzinə hər növün fosilləri tamamilə fərqli şəkildə üzə çıxır, dəyişmədən qalmışdır, sonra da nəsli kəsilmişdir. Keçid formalar məlum deyil.153

Rensberqer dürüst şəkildə atın təkamülü ssenarisindəki bu mühüm müəmmanı dilə gətirərkən, əslində, bütün nəzəriyyənin fosil qeydlərindəki ən böyük müəmmasını – “keçid formaları müəmması”nı gündəmə gətirmişdir.

Dr. Nils Eldric atın təkamülü sxemi haqqında belə deyir:

Həyatın mənşəyi haqqında hər biri bir-birindən fantastik bir sıra hekayələr var. Bunun ən məşhur nümunəsi isə, bəlkə, 50 il əvvəl uydurulmuş və hələ də alt mərtəbədə duran atın təkamülü sərgisidir. Atın təkamülü yüzlərlə elmi mənbə tərəfindən böyük həqiqət kimi təqdim edilmişdir. Ancaq indi bu cür iddiaları ortaya atan şəxslərin təxminlərinin ancaq fərziyyə olduğunu düşünürəm.154

Bəs “atın təkamülü” ssenarisi nədir? Bu ssenari Hindistan, Cənubi Amerika, Şimali Amerika və Avropada fərqli zamanlarda yaşamış, fərqli canlı növlərinə aid fosillərin təkamülçülərin təxəyyül gücü sayəsində kiçikdən böyüyə doğru düzülməsiylə əmələ gətirilən sxemlərlə ortaya atılmışdır. Ayrı-ayrı tədqiqatçıların irəli sürdükləri 20-dən çox müxtəlif atın təkamülü sxemi var. Hamısı da bir-birindən fərqlənən bu nəsil ağacları haqqında təkamülçülər arasında da fikir ayrılığı var. Bu ardıcıllıqlardakı yeganə ortaq cəhət 55 milyon il əvvəl Eosen dövründə yaşamış eohippus (Hyracotherium) adlı itəbənzər bir canlının atın ilk əcdadı olduğuna inanılmasıdır. Əslində isə, atın milyon illər əvvəl nəsli kəsilmiş əcdadı kimi təqdim edilən eohippus hələ də Afrikada yaşayan və atla heç bir əlaqəsi və bənzərliyi olmayan “daman” (Hyrax) adlı heyvanın, demək olar ki, eynisidir.155

İngiltərə “Təbiət Tarixi Mmuze”yində olan “Atın təkamülü” sərgisi. Bu və buna oxşar “atın təkamülü “ sxemləri, fərqli dö
İngiltərə “Təbiət Tarixi Mmuze”yində olan “Atın təkamülü” sərgisi. Bu və buna oxşar “atın təkamülü “ sxemləri, fərqli dövrlərdə, fərqli coğrafiyalarda yaşamış müstəqil canlaı növlərinin, son dərəcə bir təfərli nöqteyi nəzəri ilə bir-birlərinin ardınca sıralanması ilə düzəldilir.Həqiqətdə “atın təkamülü” nə aid heç bir aydın elmi tapıntı yoxdur.

Atın təkamülü iddiasının əsassızlığı hər keçən gün ortaya çıxan yeni fosil tapıntılarıyla daha açıq şəkildə başa düşülür. Eohippus ilə eyni təbəqədə dövrümüzdə yaşayan at cinslərinin də (Equus nevadensis və Equus occidentalis) fosillərinin tapıldığı müəyyən edilmişdir.156 Bu, dövrümüzdəki at ilə onun “əcdadı”nın eyni zamanda yaşadığını göstərir ki, bu da atın təkamülü adlanan prosesin heç vaxt baş vermədiyinin sübutudur.

Təkamülçü yazıçı Qordon R.Teylor darvinizmin açıqlaya bilmədiyi mövzulara toxunduğu “Böyük təkamül müəmması” (The great evolution mystery) adlı kitabında atın təkamülü ardıcıllığı əfsanəsinin əsl mahiyyətini belə izah edir:

Darvinizmin, bəlkə də, ən ciddi zəif cəhəti paleontoloqların böyük təkamül xarakterli dəyişikliklər göstərən qohumluq əlaqələrini və canlıların təkamül ardıcıllıqlarını üzə çıxara bilməmələridir… Atın təkamül ardıcıllığı, əsasən, bu mövzuda həllini tapmış yeganə nümunə kimi göstərilir. Ancaq həqiqət bundan ibarətdir ki, eohippusdan Equusa (müasir at) qədər uzanan ardıcıllıq çox əsassızdır. Bu ardıcıllığın getdikcə böyüyən bədən ölçüsünü göstərdiyi iddia edilir, amma əslində, ardıcıllığın sonrakı mərhələlərindəki canlıların bəziləri (ardıcıllığın ən başında yerləşən) eohippusdan daha böyük deyil, daha kiçikdirlər. Müxtəlif qaynaqlardan olan növlərin birləşdirilərək inandırıcı ardıcıllıqda ard-arda düzülməsi mümkündür, amma tarixdə, həqiqətən, bu ardıcıllığı dəstəkləyən heç bir sübut yoxdur.157

Bütün bu həqiqətlər təkamül nəzəriyyəsinin ən tutarlı dəlillərindən biri kimi təqdim edilən atın təkamülü sxemlərinin heç bir əsası olmayan xəyali ardıcıllıqlar olduğunu ortaya qoyur. Digər növlər kimi, atlar da təkamül əcdadına malik olmadan yaradılmışdırlar.

İstinadlar

  1. Boyce Rensberger, Houston Chronicle, 5 noyabr 1980, 4-cü fəsil, səh. 15. ↩
  2. Colin Patterson, Harper’s, fevral 1984, səh. 60. ↩
  3. Francis Hitching, The Neck of the Giraffe: Where Darwin Went Wrong, New York: Ticknor and Fields, 1982, səh. 30-31. ↩
  4. Francis Hitching, The Neck of the Giraffe, səh. 30-31. ↩
  5. Gordon Rattray Taylor, The Great Evolution Mystery, London: Sphere Books, 1984, səh. 230. ↩