Oxu müddəti: ~2 dəq.
Xəyali balina təkamülü sxemində pakisetdən sonra gələn ikinci fosil Ambulocetus natansdır. İlk dəfə 1994-cü ildə “Elm” (Science) jurnalında dərc olunan bir məqalə ilə xəbər verilən bu fosil də təkamülçülərin zorla “balinalaşdırmaq” istədikləri bir quru canlısıdır.
Ambulocetus natans termini latınca “ambulate” (yerimək), “cetus” (balina) və “natans” (üzmək) sözlərinin birləşməsindən əmələ gəlmişdir və “yeriyən və üzən balina” mənasını verir. Canlının yeridiyi aşkardır, çünki bütün digər quru məməliləri kimi, onun da dörd ayağı, hətta bu ayaqlara bağlı geniş pəncələri və arxa pəncələrinin ucunda dırnaqları vardır. Ancaq canlının bir tərəfdən də suda üzdüyü, daha doğrusu həm quruda, həm də suda (amfibiya şəklində) yaşadığı iddiasının təkamülçülərin ehkamlarından başqa heç bir əsası yoxdur.

Bu mövzuda elmlə təxəyyül gücü arasındakı sərhədi görmək üçün təkamül nəzəriyyəsinin ən qabaqcıl müdafiəçilərindən biri olan və 2001-ci il, noyabr sayını “Balinaların təkamülü” təbliğatına həsr edən “National geographic”in ambuloset uydurmasına bir nəzər salaq. Jurnalda dərc edilən ambuloset rəsmi belədir.
Rəsmə diqqətlə baxsanız, quruda yaşayan canlı olan ambuloseti “balinalaşdırmaq” üçün qurulmuş kiçik hiyləni asanlıqla görə bilərsiniz:
- Heyvanın arxa ayaqları yeriməyə yarayan ayaqlar olaraq deyil, üzməyə yarayan üzgəclər kimi təsvir edilmişdir. Əslində isə, canlının ayaq sümüklərini tədqiq edən Kerroll bu canlının “quruda yaxşı yerimə bacarığına malik olduğunu” bildirir.163
- Heyvanın ön ayaqlarına “fırça” görüntüsü vermək üçün üzməyə yarayan üzgəclər kimi təsvir edilmişdir. Əslində isə, əldə olan ambuloset fosillərindən belə bir nəticəyə gəlmək mümkün deyil. Fosil qeydlərində bu cür yumşaq toxumalar heç vaxt görünmürlər. Ona görə canlının skeletindən başqa xüsusiyyətləri üzərində aparılan bərpa işləri şübhəlidir. Bu da təkamülçülərin əlinə geniş təbliğat materialı verir.
Ambulosetin yuxarıdakı göstərilən rəsmindəki kimi təkamülçülər tərəfindən edilən düzəlişlərlə istənilən canlını başqa canlıya bənzətmək mümkündür. İstəsəniz, meymun skeletini də ayaqlarını arxaya doğru çəkib “üzgəc” kimi göstərmək və barmaqları arasında pərdələr çəkməklə “balinaların əcdadı olan primat” kimi təqdim edə bilərsiniz.
Ambuloset fosili üzərində edilən bu rəsm hiylələrinin əsassızlığı elə “National geographic”in eyni sayında dərc edilən aşağıdakı rəsmdən də məlum olur.
“National geographic” canlının skeletinin rəsmini yayımlayarkən istər-istəməz bərpa edilmiş rəsmdəki “balinalaşdırıcı” düzəlişlərdən əl çəkmək məcburiyyətində qalmışdır. Canlının ayaq sümükləri skeletin açıq şəkildə göstərdiyi kimi onu quruda daşıya biləcək quruluşdadır. Ayaqlarında isə xəyali “pərdələr”dən əsər-əlamət yoxdur.
İstinadlar
- Robert L. Carroll, Patterns and Process of Vertebrate Evolution, Cambridge University Press, 1998, səh. 333. ↩
