Oxu müddəti: ~3 dəq.
Quşların mənşəyindən bəhs edərkən təkamülçü bioloqların bu mövzuda ortaya atdıqları “kursorial nəzəriyyə”dən danışmışdıq. Keçən dəfə də bildirdiyimiz kimi, kursorial nəzəriyyə sürünənlərin necə “qanadlandıqları” sualına “qabaq ayaqları ilə milçək ovlamağa çalışan sürünənlər hekayəsi” ilə cavab verir. Bu fərziyyəvi nəzəriyyəyə əsasən, sözügedən sürünənlər milçək ovlamağa çalışarkən qabaq ayaqlarını zamanla qanadlara çevirmişlər.
Bu nəzəriyyənin heç bir elmi tapıntıya əsaslanmadığını da qeyd etmişdik. Ancaq bu nəzəriyyə ilə əlaqədar olan və toxunmadığımız mühüm bir cəhət də var. Bəs görəsən milçəklər necə qanadlanıblar? Ümumiyyətlə, milçəklər təsnifinin də aid olduğu həşəratların mənşəyi nədir?
Həşəratları canlıların təsnifatında buğumayaqlılar tipinin Insecta sinfinə aid edirlər. Ən qədim həşərat fosilləri Devon dövrünə (410-360 milyon il əvvəl) aiddir. Daha sonrakı Pensilvaniya dövründə (325-286 milyon il əvvəl) isə çox sayda müxtəlif həşərat növü bir anda üzə çıxır. Məsələn, tarakanlar ani surətdə və bugünkü quruluşları ilə üzə çıxmışdır. Amerika Təbiət Tarixi Muzeyindən Betti Feyber “350 milyon il əvvələ aid tarakan fosillərinin dövrümüzdəkilərlə eyni olduğunu” bildirir.143
Hörümçək, gənə və qırxayaq kimi canlılar, əslində, həşərat deyil, amma əsasən, həşərat kimi tərif edilir. Elmin İnkişafı üzrə Amerika Assosiasiyasının (American Association for the Advancement of Science) 1983-cü ildəki illik toplantısında bu canlılarla bağlı çox mühüm fosil tapıntıları təqdim edilmişdir. Hörümçək, gənə və qırxayaqlara aid olan 380 milyon illik bu fosillərin maraqlı xüsusiyyəti isə yaşayan nümunələrindən fərqi olmamasıdır. Tapıntıları təhlil edən alimlərdən biri fosillər haqqında: “Sanki dünən ölüblər”, -demişdir.144

Uçan həşəratlar da fosil qeydlərində bir anda və özünəməxsus quruluşları ilə üzə çıxır. Məsələn, Pensilvaniya dövrünə aid çox sayda iynəcə fosili tapılmışdır və bu iynəcələr dövrümüzdəkilərlə tamamilə eyni quruluşa malikdirlər.
Burada maraqlı olan bir cəhət iynəcələr kimi milçəklərin qanadsız həşərat növləri ilə eyni anda ortaya çıxmalarıdır. Bu da qanadsız həşəratların zamanla qanadlanaraq milçəklərə təkamül yolu ilə çevrilməsi fərziyyəsini əsassız edir. Robin Vutton və Çarlz P.Ellinqton “Təkamüldə biomexanika” (Biomechanics in evolution) adlı kitabdakı bir məqalələrində bu mövzu ilə bağlı belə yazırlar:
Həşəratlar orta və üst Daş kömür dövrlərində ilk dəfə ortaya çıxırlar, bir-birlərindən çox fərqlənirlər və böyük hissəsi də qanadlıdır. Bir neçə qanadsız və daha ibtidai həşərat var, amma heç bir keçid forma yoxdur.145


Fosil qeydlərində bir anda ortaya çıxan milçəklərin mühüm bir xüsusiyyəti də uçuş texnikalarıdır. İnsan saniyədə 10 dəfə qolunu açıb-bağlaya bilmir, amma bir milçək saniyədə təqribən 500 dəfə qanad çırpma qabiliyyətinə malikdir. Həm də hər iki qanadını eyni anda çırpır. Əgər qanadların titrəməsi arasında ən kiçik uyğunsuzluq olsa, milçək müvazinətini itirər, ancaq əsla bu cür uyğunsuzluq olmur.
R.Vutton “Milçək qanadlarının mexaniki dizaynı” adlı məqaləsində belə yazır:
Milçək qanadlarının funksiyasını öyrəndikcə malik olduqları dizaynın nə qədər həssas və qüsursuz olduğunu daha yaxşı anlayırıq… Olduqca elastik xüsusiyyətlərə malik hissələr havadan ən yaxşı şəkildə istifadə edilməsi üçün lazımi qüvvələr qarşısında lazımi elastikliyə malik şəkildə həssaslıqla birləşdirilmişlər. Milçək qanadlarına çatan texnoloji cihaz yoxdur.146
Bu cür qüsursuz yaradılışa malik olan canlıların yer üzündə bir anda üzə çıxmalarının təkamüllə açıqlanması, əlbəttə, qeyri-mümkündür. Bu səbəbdən Pyer-Pol Qrasse: “Həşəratların mənşəyi məsələsi bizə tamamilə qaranlıq qalıb”, -deyir.147 Həşəratların mənşəyi açıq şəkildə bütün canlıları Allahın yaratdığını təsdiqləyir.
İstinadlar
- M. Kusinitz, Science World, 4 fevral 1983, səh. 19. ↩
- New York Times Press Service, San Diego Union, 29 may 1983; W. A. Shear, Science, vol. 224, 1984, səh. 494. ↩
- R. J. Wootton, C. P. Ellington, “Biomechanics and the Origin of Insect Flight”, Biomechanics in Evolution, ed. J. M. V. Rayner ve R. J. Wootton, Cambridge, Cambridge University Press, 1991, səh. 99. ↩
- J. Robin Wootton, “The Mechanical Design of Insect Wings”, Scientific American, cild 263, noyabr 1990, səh. 120. ↩
- Pierre-P Grassé, Evolution of Living Organisms, New York: Academic Press, 1977, səh. 30. ↩
