Həyatın Mənşəyi

Sadələşdirilməz komplekslik

Xərçəng gözü

Oxu müddəti: ~4 dəq.

Canlılar dünyasında bir-birindən çox fərqli göz tipləri var. Bizə, əsasən, onurğalılara xas olan və bir az əvvəl incəliklərindən bəhs etdiyimiz “kamera tipli göz” quruluşu məlumdur. Bu göz quruluşu işığın sınması prinsipi ilə işləyir. Kənardan gələn işıq gözün ön hissəsindəki büllurda sınaraq içəri keçir və bu sayədə gözün arxa hissəsində fokuslanır.

Ancaq bəzi canlıların gözlərinin yaradılışı daha fərqli sistemlərlə işləyir. Bunlardan biri xərçəngin gözüdür. Xərçəng gözü “işığın sınması” deyil, “əks olunması” prinsipi ilə işləyir.

Xərçəng gözünün ilk diqqətçəkən xüsusiyyəti səthinin çox sayda kvadratdan ibarət olmasıdır. Bu kvadratlar digər səhifədəki şəkildən göründüyü kimi olduqca düzgündür. Amerikalı bioloq Hartlayn “Elm” (Science) jurnalındakı bir məqaləsində belə deyir:

Xərçəng özü indiyə qədər gördüyüm düzbucaqlı formadan ən uzaq canlıdır. Amma mikroskop altında xərçəng gözü qüsursuz qrafika kağızına bənzəyir.355

Xərçəng gözünün üzərindəki bu kvadratların hər biri, əslində, kvadrat prizmanın ön səthidir. Bu quruluş arıların pətəklərinə bənzədilə bilər. Bir pətəyi gördükdə əvvəlcə, sadəcə altıbucaqlı səthlə qarşılaşırsınız. Ancaq bu altıbucaqlı səthlər, əslində, içəriyə doğru dərinliyi olan altıbucaqlı prizmaların səthləridir. Xərçəng gözünün fərqi formasının altıbucaqlı deyil, kvadrat olmasıdır.

Daha maraqlısı budur ki, xərçəng gözündəki bu kvadrat prizmaların hər birinin daxili səthi “güzgü” formasındadır. Bu güzgüyəbənzər səthlər işığı güclü şəkildə əks etdirir. Bu dizaynın ən mühüm xüsusiyyəti isə bu güzgü səthlərdə əks olunan işığın arxa tərəfdəki torlu qişa üzərində qüsursuz şəkildə fokuslanmasıdır. Gözün içindəki bu prizmalar elə bucaq altında yerləşdirilmişdir ki, hamısı işığı xətasız şəkildə bir nöqtəyə əks etdirir.

Xərçəngin düzgün kvadrat səthlərdən ibarət olan gözü var. Bu düzgün kvadratlar əslində bir kvadrat prizmanın ön səthidir
Xərçəngin düzgün kvadrat səthlərdən ibarət olan gözü var. Bu düzgün kvadratlar əslində bir kvadrat prizmanın ön səthidir. Xərçəng gözündəki bu kvadrat prizmaların hər birinin iç səthi güzgü şəklindədir. Bu güzgüyə oxşar səthlər işığı qüvvətli şəkildə əks etdirir. Bu güzgü səthlərindən əks olunan işıq arxa tərəfdəki tor qişa üzərində qüsursuz şəkildə cəmlənir. Gözün içindəki bu prizmalar elə bir bucaqla yerləşdirilmişdir ki, hamısı işığı xətasız olaraq bir nöqtəyə əks etdirir.

Buradakı yaradılışın nə qədər qeyri-adi olduğu açıq-aşkar ortadadır. Hər biri qüsursuz kvadrat prizma olan kameraların içi güzgü xüsusiyyətinə malik toxuma ilə örtülüdür. Habelə bu kameraların hər biri işığı eyni nöqtəyə əks etdirmək üçün çox dəqiq həndəsi hesabla yerlərinə yerləşdirilmişdir.

Xərçəng gözünün bu quruluşunu ilk dəfə hərtərəfli şəkildə tədqiq edən alim İngiltərə Sasseks Universitetindən tədqiqatçı Maykl Lenddir. Lend bu göz quruluşunun təəccüblü və heyrətamiz yaradılışa malik olduğunu bildirmişdir.356

Xərçəng gözündəki bu yaradılışın təkamül nəzəriyyəsi üçün çox böyük problem olduğu aydındır. Əvvəla, göz “sadələşdirilməz komplekslik” xüsusiyyətinə malikdir. Əgər bu gözün ön hissəsindəki kvadrat hüceyrələr olmasa və ya bu hüceyrələrin əks etdirmə xüsusiyyəti olmasa və ya arxadakı torlu qişa təbəqəsi olmasa, göz heç cür funksiyasını yerinə yetirə bilməyəcəkdir. Ona görə xərçəng gözünün “mərhələli şəkildə” əmələ gəlməsi irəli sürülə bilməz. Bu qədər mükəmməl quruluşun bir anda təsadüfən əmələ gəldiyini irəli sürmək isə tamamilə ağıldan kənardır. Aydındır ki, Allah xərçəngin gözünü bu mükəmməl sistemi ilə birlikdə yaratmışdır.

Xərçəng gözünün təkamül iddiasını əsassız edən başqa xüsusiyyətləri də var. Bu gözün hansı canlılarda mövcud olduğunu təhlil etdikdə çox maraqlı mənzərə ilə qarşılaşırıq. Xərçəng nümunəsi üzərində təhlil etdiyimiz “əks etdirmə tipindən olan göz quruluşu” ancaq “xərçəngkimilər sinfi” adlandırılan dəniz canlılarının “uzun bədənli onayaqlılar” kimi tanınan qrupunda mövcuddur. Bu qrupa omarlar və krevetlər də daxildir.

Xərçəngkimilər sinfinin digər üzvlərində isə “əks etdirmə növündən olan göz quruluşu”ndan tamamilə fərqli prinsiplə işləyən “sınma tipindən olan göz quruluşu”na rast gəlinir. Bu göz quruluşunda gözün içində yüzlərlə kiçik pətək var. Amma pətəklər xərçəng gözündəki kimi kvadrat deyil, altıbucaqlı və ya dairəvidir. Daha da mühüm olan budur ki, bu pətəklərin içində işığı əks etdirən deyil, sındıran göz büllurları yerləşir. Göz büllurları işığı sındıraraq arxadakı torlu qişa təbəqəsi üzərində fokuslayır.

Xərçəngkimilər sinfindəki növlərin əksəriyyətində sözügedən “işığı sındıran” göz quruluşu mövcuddur. Xərçəngkimilərin ancaq iki nümayəndəsi olan omar və krevetdə isə bir az əvvəl də təhlil etdiyimiz kimi, “işığı əks etdirən” güzgülü göz vardır. Halbuki təkamülçülərin qəbul etdiyinə görə, xərçəngkimilər sinfinə aid olan bütün canlılar bir ortaq əcdaddan təkamül yolu ilə törəməlidir. Əgər bu iddianı qəbul etməli olsaq, “işığı əks etdirən” güzgülü göz quruluşunun da “işığı sındıran” büllurlu göz quruluşundan təkamül yolu ilə törədiyini qəbul etməliyik.

Lakin belə bir proses qeyri-mümkündür. Çünki hər iki göz quruluşu da öz sistemləri daxilində mükəmməl şəkildə işləyir və heç bir “keçid” mərhələ işə yaramır. Bir xərçəngin gözlərindəki göz büllurunun yavaş-yavaş yox olması və əvvəlcə büllurun yerləşdiyi yerdə güzgülü səthlərin əmələ gəlməsi canlını hələ ilk mərhələdə görmə qabiliyyətindən məhrum qoyar və ona görə də təbii seçmə mexanizmi tərəfindən aradan çıxarılmasına səbəb olar.

Aydındır ki, hər iki göz quruluşu iki ayrı plan üzrə dizayn olunmuş və ayrı-ayrı yaradılmışdır. Bu gözlərdə o qədər qüsursuz həndəsi nizam var ki, onların təsadüfən mövcud olduğunu düşünmək böyük cəfəngiyatdır.

İstinadlar

  1. J. R. P. Angel, “Lobster Eyes as X-ray Telescopes,” Astrophysical Journal, 1979, no. 233, səh. 364-373; əlavə məlumat üçün baxın: B. K. Hartline (1980), “Lobster-Eye X-ray Telescope Envisioned”, Science, no. 207, səh. 47; mənbə: Michael Denton, Nature’s Destiny, The Free Press, 1998, səh. 354. ↩
  2. M. F. Land, “Superposition Images are Formed by Reflection in the Eyes of Some Oceanic Decapod Crustacea”, Nature, 1976, cild 263, 764-765. ↩