Həyatın Mənşəyi

Sadələşdirilməz komplekslik

Rheobatrachus silusun çoxalma metodu

Oxu müddəti: ~2 dəq.

Sadələşdirilməz komplekslik sadəcə canlılarda biokimyəvi səviyyədə və ya kompleks orqanlarda gördüyümüz xüsusiyyət deyil. Canlıların malik olduğu hələ bir çox bioloji sistem sadələşdirilməz xüsusiyyətə malikdir və ona görə təkamül nəzəriyyəsini əsassız edir. Avstraliyada yaşayan Rheobatrachus silus növündən olan qurbağaların qeyri-adi çoxalma metodu buna misaldır.

Bu növün dişiləri dölləndikdən sonra yumurtalarını qorumaq üçün çox maraqlı metoddan istifadə edirlər: öz yumurtalarını udurlar. Yumurtalardan çıxan sürfələr (qurbağa balaları) mədədə qaldıqları 6 həftə boyu daima inkişaf edir. Bəs necə olur ki, sürfələr uzun müddət həzm olunmadan mədədə qalır?

Bunun üçün qüsursuz sistem yaradılmışdır. Əvvəla, ana qurbağalar bu 6 həftəlik çoxalma mövsümündə yemək-içməyi kəsirlər. Bu sayədə mədələri ancaq balaları üçün təxsis edilmiş olur. Ancaq digər təhlükə mədənin daima ifraz etdiyi xlorid turşusu və pepsindir. Bu fermentlər normal şərtlər daxilində balaları çox qısa müddətdə parçalayıb öldürməlidir. Ancaq buna qarşı çox xüsusi tədbir görülmüşdür. Ananın mədəsindəki bu fermentlər əvvəlcə yumurta kapsullarından, daha sonra da sürfələrdən ifraz olunan “prostaqlandin E2” adlı maye ilə təsirsiz hala salınır. Beləliklə, balalar turşu hovuzu içində üzmələrinə baxmayaraq, təhlükəsiz şəkildə böyüyürlər.

Bu qurbağa növünün dişiləri bala çıxartma zamanı boyunca balalarını mədələrində saxlayır və axırda balalarını ağızlarınd
Bu qurbağa növünün dişiləri bala çıxartma zamanı boyunca balalarını mədələrində saxlayır və axırda balalarını ağızlarında dünyaya gətirirlər. Ancaq bu əməliyyat üçün yumurtaların quruluşunun nizamlanması, mədə turşularının təsirsiz edilməsi, ananın həftələrlə qidalanmadan yaşaya bilməsi üçün bir çox nizamlanma eyni zamanda və xətasız olaraq işləməlidir.

Bəs bu sürfələr analarının mədəsində nə ilə qidalanırlar? Bu problemə qarşı da xüsusi həll yolu var. Bu növdən olan yumurtalar digər qurbağa növlərinin yumurtalarına nisbətən olduqca böyükdür. Bunun səbəbi isə yumurtaların içinə balanı qidalandırmaq üçün zülalla zəngin olan yumurta sarısı təbəqəsi yerləşdirilməsidir. Bu yumurta sarısı balaları 6 həftə boyu qidalandırmaq üçün kifayətdir.

Doğuş anı da qüsursuz şəkildə yaradılmışdır. Balalar mədədən çıxıb xarici aləmə addım atarkən ananın qida borusu doğuş əsnasında analıq yolunun genişləndiyi kimi genişlənir. Balalar çölə çıxdıqdan sonra isə ana yemək yeməyə başlayır və mədə əvvəlki vəziyyətinə düşür.362

Rheobatrachus silus növündən olan qurbağaların bu qeyri-adi çoxalma metodu təkamül nəzəriyyəsini təkzib edir. Çünki bu çoxalma sistemi “sadələşdirilməz komplekslik” xüsusiyyətinə malikdir. Sistemin uğurlu olması və bununla da qurbağanın çoxala bilməsi üçün bütün mərhələlərin tam şəkildə olması şərtdir. Ananın yumurtaları udacaq və 6 həftə boyu heç nə yeməyəcək instinktə malik olması labüddür. Yumurtalar da mədə turşularını təsirsiz edən mayeni ifraz etməlidir. Digər tərəfdən, yumurtalara balaların 6 həftə boyu qidalanmasını təmin edən böyük yumurta sarısı təbəqəsinin əlavə edilməsi və ya doğuş anında ananın qida borusunun genişlənməsi də şərtdir. Bunların hamısı eyni anda baş verməsə, çoxalma baş verməyəcək və qurbağanın nəsli kəsiləcəkdir.

Ona görə də bu sistem təkamül nəzəriyyəsinin iddia etdiyi kimi, mərhələ-mərhələ meydana gələ bilməz. Dünyadakı ilk Rheobatrachus silus növündən olan qurbağa bu qüsursuz sistemə malik şəkildə var olmuşdur, başqa sözlə, yaradılmışdır.

İstinadlar

  1. William E. Duruelleman & Linda Trueb, The Gastric Brooding Frog, Megraw-Hill Book Com., 1986. ↩