Oxu müddəti: ~2 dəq.
Darvinin “ibtidai göz” kimi bəhs etdiyi orqanlar da əsla təsadüflərlə açıqlana bilməyən kompleks və sadələşdirilməz quruluşa malikdir. Ən sadə formalı belə olsa, “görmə”nin əmələ gəlməsi üçün bir canlının bəzi hüceyrələri işığa həssas olmalı, bu həssaslığı elektrik siqnallarına çevirən qabiliyyətə malik olmalı, bu hüceyrələrdən beyinə gedən xüsusi sinir şəbəkəsi əmələ gəlməli və beyində də bu məlumatı dəyərləndirən “görmə mərkəzi” meydana gəlməlidir. Bütün bunların təsadüfən və eyni anda, eyni canlıda əmələ gəldiyini irəli sürmək isə ağlasığmazdır. Təkamülçü yazıçı Camal Yıldırım təkamül nəzəriyyəsini müdafiə etmək niyyəti ilə qələmə aldığı “Təkamül nəzəriyyəsi və fanatiklik” adlı kitabında bu həqiqəti belə qəbul edir:
Görmək üçün çox sayda mexanizmin birgə fəaliyyətinə ehtiyac var: göz və gözün daxili mexanizmləri ilə bərabər beyindəki xüsusi mərkəzlərlə göz arasındakı rabitələr də bura aiddir. Bu kompleks quruluş necə formalaşmışdır? Bioloqların fikrincə, təkamül prosesində gözün əmələ gəlməsindəki ilk mərhələ bəzi primitiv canlılarda dəri üzərində işığa həssas kiçik bir hissənin yaranması ilə başlamışdır. Ancaq təbii seçmə zamanı bu qədər inkişafın təkbaşına canlıya verdiyi üstünlük nə ola bilər? Bu cür inkişafla birlikdə beyində görmə mərkəzi ilə ona bağlı olan sinir şəbəkəsi də qurulmalıdır. Çox kompleks olan bu bir-birinə bağlı mexanizmlər qurulmadıqca “görmə” adlandırdığımız hadisənin meydana gəlməsini gözləmək olmaz. Darvin variasiyaların təsadüfən əmələ gəldiyinə inanırdı. Elə olsaydı, görmənin tələb etdiyi çox sayda variasiyanın orqanizmin müxtəlif yerlərində eyni zamanda əmələ gəlib uyğunlaşması sirli tapmacaya bənzəməzdimi?.. Halbuki görmə üçün bir-birini tamamlayan bir sıra ardıcıl dəyişikliklərə və bunların tam uyğunluqla və əlaqəli şəkildə işləməsinə ehtiyac var… Adi bir molyuska olan Pectenin gözündə bizim gözümüzdə olduğu kimi torlu qişa, buynuz qişa və sellüloza toxumasından olan linza var. Təkamül səviyyələri bu qədər fərqli olan bu iki növdə bir sıra ardıcıl təsadüfü tələb edən bu formalaşmanı ancaq təbii seçmə ilə necə açıqlaya bilərik? Darvinçilərin bu suala qənaətbəxş cavab verib-vermədikləri mübahisəlidir…351
Problem təkamül nəzəriyyəsi baxımından o qədər böyükdür ki, nə qədər incəlikləri araşdırılsa, o qədər içindən çıxılmaz vəziyyətə düşürlər. Burada araşdırılmalı mühüm bir “detal” da “işığa həssas hala düşən hüceyrə” hekayəsidir. Görəsən, Darvinin və digər təkamülçülərin “görmə bir hüceyrənin işığa həssas hala düşməsi ilə baş verə bilər” deyərək üstündən ötüb keçmək istədikləri bu orqan necə bir dizayna malikdir?
İstinadlar
- Cemal Yıldırım, Evrim Kuramı ve Bağnazlık, Bilgi Yayın Evi, yanvar 1989, səh. 58-59. ↩
