Oxu müddəti: ~1 dəq.
Bu bölmədə sadələşdirilməz komplekslik anlayışını sadəcə bir neçə nümunə əsasında təhlil etdik. Əslində, canlıların bir çox orqan və sistemləri bu xüsusiyyətə malikdir. Xüsusilə biokimyəvi səviyyədəki sistemlər bir-birindən asılı olmayan çox sayda hissənin uyğunluq içərisində işləməsi ilə funksiyasını yerinə yetirir və heç cür bəsitə reduksiya edilə bilməz. Bu həqiqət canlılardakı üstün xüsusiyyətləri təsadüfi proseslərlə izah etməyə çalışan darvinizmi təkzib edir. Darvin: “Əgər bir-birini təqib edən çox sayda kiçik dəyişikliklə kompleks bir orqanın əmələ gəlməsinin qeyri-mümkün olduğu sübut edilsə, nəzəriyyəm bütünlüklə məhv olacaq”, -deyib. Müasir biologiya isə bu qeyri-mümkünlüyü saysız-hesabsız nümunə ilə sübut edir və darvinizmi “bütünlüklə” məhv edir.
