Həyatın Mənşəyi

Sosial darvinistlərin sonsuzlaşdırma və öldürmə qanunları

Mərhəmətsizliyin və amansızlığın mənşəyi dinsizlikdir

Oxu müddəti: ~1 dəq.

Nasist Almaniyası sosial darvinist düşüncələrin praktikada tətbiq olunması ilə bir cəmiyyətin hansı hala düşəcəyinin, insanların hansı zülmlərə məruz qalacağının açıq göstəricisidir. İrqçi nəzəriyyələri tənqid edən “The Emperor’s New Clothes” (İmperatorun yeni paltarları) adlı kitabın yazıçısı təkamüli biologiya professoru Cozef L.Qreyvz darvinizmin gətirib çıxardığı nasist Almaniyası tragediyası haqqında belə deyir:

Nasist Almaniyasının yaşadığı tragediya yevgenikanın, irqi iyerarxiyanın və sosial darvinizmin iddialarının mənimsənməsi vəziyyətində nələrin baş verəcəyinin ən açıq nümunəsidir.134

Bu insanların qəlblərinin niyə bu qədər kin, nifrət, laqeydlik və mərhəmətsizliklə dolu olduqları və niyə düşmənliklə insan qatillərinə çevrildikləri üzərində düşünülməsi lazım olan bir mövzudur. Bu problemin cavabı açıqdır: darvinist təlimə görə öyrədilən, insanı dəyərsiz heyvandan fərqləndirməyən, həyatın mübarizə yeri olduğunu zənn edən və bu mübarizədə həyatda qalmaq üçün hər cür pisliyi özünə görə qanuni görən insanların mərhəmətsiz cəmiyyət nizamı meydana gətirmələri qaçılmazdır. İnsanı Allahın yaratdığı və ruhundan üflədiyi, həmçinin vicdanlı, ağıllı və qiymətli varlıq kimi görməyi rədd edən, insanın heyvan və bitkilərdən fərqsiz orqanizm olduğunu zənn edənlərin toplu cinayətlər işləmələri, yazıq insanların yalvarışlarından və çəkdikləri acılardan heç təsirlənməməkləri son dərəcə təbiidir. Belə insan özünə və ya mənfəətlərinə zərər gələcəyini düşündüyündə digərlərini heç acımadan, mərhəmət etmədən asanlıqla öldürə bilər və onları bədbəxtlik, kasıblıq, yoxluq və zülm dolu həyata tərk edə bilər. Bu qədər zalım birisinin xəstələri qoruması, düşkünlərə kömək etməsi, fədakarlıq etməsi gözlənilə bilməz. Belə insan xəstə və yaşlı olan ata-anasını da qorumaz. Şikəst qardaşına baxmağı lazımsız zaman, enerji və pul itkisi kimi görər. Bu azğın dünyagörüşü yayılarsa, idarəçilərdən ailə fərdlərinə, həkimlərdən təhsil vəzifəlilərinə qədər hər insan bu azğınlığın təsiri altında davranar. Din əxlaqının yaşanmadığı cəmiyyətlərdə fədakarlıq, səbir, mərhəmət, şəfqət, sevgi, hörmət, vəfa kimi dəyərlərin yaşanması mümkün deyil. Həqiqi din əxlaqının hakim olmamağı hər cəmiyyətə bənzər müsibət və fəlakətlər gətirmişdir.

İstinadlar

  1. Joseph L. Graves Jr., The Emperor’s New Clothes, Rutgers Universtiy Press, 2001, s. 128 ↩