Oxu müddəti: ~2 dəq.

SOSİAL DARVİNİZMİN ən geniş miqyaslı və ən mərhəmətsiz tətbiqlərindən biri də yevgenikadır. (İnsan irqinin irsiyyət yolu ilə islahına çalışan sözdə elmi sahə). İlk olaraq Ç.Darvinin qohumu F.Qalton tərəfindən 1883-cü ildə istifadə edilən yevgenika termini yunan dilində iki sözün birləşməsindən əmələ gəlir; eu (yaxşı) və genet (doğum). İki söz bir yerdə “doğuşdan yaxşı olma”, “irsi əsillik” mənalarında istifadə edilir. Ancaq bu anlayış mənasında yer aldığı kimi yaxşılıq deyil, tam əksinə, böyük vəhşilik və zalımlıq ehtiva edir.
Yevgenika tərəfdarları yalnız öz irqlərinin və ya siniflərinin qorunmasının və inkişaf etdirilməsinin lazım olduğunu iddia etmiş və digər irqin və ya sinfin insanlarının süni seleksiyaya məruz edilmələrinin lazım olduğunu sanmışlar. Məsələn, yevgenika nəzəriyyəsinin qurucusu sayılan ingilis F.Qaltona görə, qorunması lazım olanlar yalnız İngiltərənin yüksək sinfidir. Buna görə, Qalton yoxsul, xəstə, gücsüz, bacarıqsız insanların çoxalmalarının qarşısının alınmasının lazım olduğunu qarşıya qoymuşdur.
Nasistlər isə aryan irqinə mənsub sağlam insanların xaricindəki insanların dövlətə və cəmiyyətə yük olduqlarını və sonsuzlaşdırma və ya öldürmə yolu ilə ortadan qaldırılmalarının lazım olduğunu iddia etmişlər və bu düşüncələrini tətbiq etmişlər. Nasistlər yevgenika siyasəti daxilində yüz minlərlə insanı sonsuzlaşdırarkən xəstə, şikəst, ruhi xəstə, yaşlı, bacarıqsız və kimsəsiz olduğu üçün yüz minlərlə insanı da qaz otaqlarına göndərib, ac qoyub və ya dərman verib öldürmüşlər.
Yevgenika müdafiəçilərinin ən ciddi yanılmalarından biri insanların xarakterik xüsusiyyətlərin böyük əksəriyyətini irsi sanmaları və ya qəsdən bu iddiada olmalarıdır. Məsələn, Qalton daxil olmaqla, yevgenika tərəfdarlarına görə tənbəllik, yoxsulluq kimi istənməyən xüsusiyyətlər irsidir. Tənbəl insanların tənbəl uşaqlarının olacağını zənn etdikləri üçün, bu insanların evlənmələrinə və uşaq sahibi olmalarına mane olmağa çalışmışlar. Təkamülçülərin belə məntiq xarici və axmaq iddianı sözdə elm adına müdafiə etmələri olduqca maraqlıdır.
Darvinistlərin sözdə elm adına müdafiə etdikləri yevgenika bir çox insanın böyük acılar yaşamasına səbəb olmuşdur. Bu zalımlığın tarixi inkişafının araşdırılması söz mövzusu vəhşiliyi müdafiə edənlərin təməl dayaqlarının daha yaxşı başa düşülməsini təmin edər. Darvinin yevgenikanı özünə görə necə sözdə elm adına müdafiə edib təşviq etdiyinin öz sözləri ilə ortaya qoyulması bu baxımdan son dərəcə əhəmiyyətlidir. Əslində, yevgenika azğınlığı Platonun “Dövlət” adlı əsərinə qədər gedib çıxsa da, darvinizmlə birlikdə sözdə elmi görünüş qazanmış, hətta haradasa bir elm sahəsinə çevrilmişdir. Qaltondan çox təsirlənən və əvvəlki səhifələrdə irqçi fikirlərinə yer verdiyimiz K.Pirson yevgenikanın qaynağının təkamül nəzəriyyəsi olduğunu belə ifadə edir:
… Müasir yevgenika düşüncəsi yalnız 19-cu əsrdə oyandı. Bu əsrdə yevgenikaya marağın artmasının bir neçə səbəbi vardır. Ən əhəmiyyətli səbəb təkamül nəzəriyyəsidir. Yevgenika terminini də kəşf edən F.Qalton fikirlərini qohumu Ç.Darvinin doktrinasına əsaslandırırdı.103
İstinadlar
- K. Ludmerer, Eugenics, In: Encyclopedia of Bioethics, Edited by Mark Lappe, The Free Press, New York, 1978, s.457 ↩
