Həyatın Mənşəyi

Sosial darvinistlərin sonsuzlaşdırma və öldürmə qanunları

ABŞ-da yevgenika

Oxu müddəti: ~3 dəq.

Qaltonun ölümü ilə birlikdə yevgenika hərəkatının liderliyi Amerikaya keçdi. H.Qodard, H.F.Osborn, H.Laflin və M.Qrant Qaltonun amerikalı varislərindən yalnız bir neçəsi idi.

Yevgenika vəhşiliyini ABŞ-da dəstəkləyənlərin başında Rokfeller İnstitutu və Karnegi Vəqfi gəlirdi. Rokfeller institutu Almaniyada yevgenika hərəkatının qabaqcıllarından K.Vilhelm İnstitutunu maliyyələşdirdi və irqi gigiyena mövzusunu vəzifə halına gətirən professor E.Rüdinə 1920-ci illərdə genetik araşdırmalar üçün xüsusi bina təsis etdi. Alman Ruhi Xəstələri Təmizləmə Hərəkatı böyük miqyasda Rokfeller İnstitutu tərəfindən dəstəkləndi. Ayrıca, Rokfeller institutundan Nobel mükafatı laureatı A.Karel almanların törətdiyi qətliamı coşqunluqla alqışlamış və ruhi xəstələri ilə məhkumların toplu şəkildə qətl edilmələri vəhşiliyini heç çəkinmədən müdafiə etmişdir.114

Yevgenika azğınlığı Amerikada bir çox əyalətdə zəruri sonsuzlaşdırma qanunlarının qəbul edilməsinə səbəb olmuşdur. ABŞ-da cəmi 100 min nəfər (çoxu razı olmadan) sonsuzlaşdırıldı. 20-ci əsrin əvvəllərində Virciniyada 8.000 nəfərin “uyğun” olmadıqları səbəbi ilə sonsuzlaşdırılması yevgenika vəhşiliyinin ABŞ-da miqyasını göstərən yalnız bir nümunədir. Bu insanlıq xarici tətbiq 1974-cü ilə qədər bir çox əyalətdə qanuni idi.115

Amerikadakı yevgenika azğınlığının ən öndə gələn adlarından biri genetik Ç.B.Davenport idi. Davenport irsiyyət qanunları ilə darvinizmi birləşdirməyə çalışan məqalələri ilə tanınırdı. Hansı ki, bu məqalələrdə qarşıya qoyulan iddialar fərziyyədən kənara çıxmırdı. 1906-cı ildə Amerikan Yetişdiricilər Birliyi yevgenika üzərində işlər görmək üçün israr etdi. 1910-cu ildə “Yevgenika Qeyd Ofisi”ni (ERO) təsis etdi. ERO Təcrübi Təkamül Mərkəzi üçün ayrılan büdcənin 13-29 faizini götürürdü. Bu, ERO-nun dövrün digər elmi təşkilatlarına görə daha çox maliyyələşdiyini göstərir. Bu təşkilat yevgenika vəhşiliyini yaymaq üçün çalışan bir çox insana təhsil verdi. Verilən dərslərin başında təkamül nəzəriyyəsi və yevgenika qanunları gəlirdi. Şagirdlərə ayrıca, Stanford-Binet kimi yevgenika tətbiqlərində çox istifadə edilən bəzi zəka testlərinin necə tətbiq olunacağı və qiymətləndiriləcəyi də öyrədildi.116

ERO tərəfindən öyrədilən şəxslər sahə işlərində məlumat toplamaqla vəzifələndirildilər. ERO topladığı bu məlumatlarla uyğun olmadığını düşündüyü şəxslərin evlənib uşaq sahibi olmalarına mane olmağı hədəf alırdı. 1924-cü ildə ERO tərəfindən sonsuzlaşdırma qanununun mətni hazırlandı. Bu mətndə xəstəliklər cinayət sayılaraq şəxslərin sonsuzlaşdırılması təklif edilirdi.

İnsanların öz istəkləri xaricində zorla sonsuzlaşdırılması ağıl və vicdanın qəbul edəcəyi vəziyyət deyil. Genetik pozuntuları olanlar müxtəlif xəstəliklərə sahib olan insanlar, fiziki qüsurları olanlar, ağlı yerində olmayanlar şəfqət və mərhəmət duyulması lazım olan məzlumlardır. Din əxlaqının hakim olduğu cəmiyyətlərdə bu insanlar qorunar, ehtiyacları ən yaxşı şəkildə qarşılanmağa çalışılar. Yevgenika vəhşiliyini müdafiə edənlərin özlərinə görə “cinayətə meyilli” kimi təyin etdikləri insanları zorla sonsuzlaşdırmağa çalışmaları və ya onları yox etməyi hədəfləmələri də zülmdən başqa bir şey deyil. Bu insanlar lazımi mədəniyyət proqramlarına daxil edilməklə öyrədilə bilər, cəmiyyətə faydalı hala gətirilə bilərlər. Söz mövzusu insanların islah edilməsinin çətin olduğu vəziyyətlərdə belə bu şəxslər yox edilməyə çalışılmamalı, ən vicdani və ədalətli həllər axtarılmalıdır.

Necə ki, sonrakı dövrlərdə amerikalı fikir öndərləri və cəmiyyətdəki sağlamdüşüncəli insanlar yevgenikanın tam mənası ilə vəhşilik olduğu həqiqətinin fərqinə varmışlar və lazımi tədbirləri alıb bu vəhşiliyin tətbiq edilməsinin qarşısını almışlar. Hansı ki, həmin ərəfədə nasistlər sonsuzlaşdırma ilə əlaqədar ilk tətbiqlərində amerikan qanunlarını nümunə götürüb 2 milyon insanı zorla sonsuzlaşdırmışlar.117

Bura qədər nəzərdən keçirilən nümunələrdə açıq şəkildə göründüyü kimi, sosial darvinizmin yalan və hiylə dolu təlqinləri ilə insanların bir-birlərinə qarşı laqeyd yanaşmasına və acıma, mərhəmət hissləri tamamilə götürülərək sanki bir heyvan kimi davranmasına çalışılır. Bu, din əxlaqının insanlara qazandırdığı gözəl xüsusiyyətlərə və dəyərlərə tamamilə ziddir. Quranda əmr edilən əxlaqda zəif, baxıma möhtac, kimsəsiz və ya xəstə insanlara baxım, şəfqət və fədakarlıqla qorunmaları vardır. Allah iman edənlərə istənilən şərtlərdə özlərindən əvvəl başqalarının rahatlığını təmin etmələrini, daima səbir etmələrini və həmişə fədakar olmalarını əmr edir. Allah Quranda səbir edib yaxşılıq edənləri belə müjdələyir:

Onlar öz iştahaları çəkdiyi halda, yeməyi yoxsula, yetimə və əsirə yedirərlər. (Deyərlər:) “Biz sizi ancaq Allah rizasından ötrü yedirdirik. Biz sizdən nə bir mükafat, nə də bir təşəkkür istəyirik. Həqiqətən, biz Rəbbimizdən, çox sərt, çətin gündən qorxuruq!” Allah da onları o günün şərindən qoruyacaq, onlara gözəllik və sevinc bəxş edəcəkdir. Və onları etdikləri səbir müqabilində cənnətlə və ipəklə mükafatlandıracaqdır. (İnsan surəsi, 8-12)

 

İstinadlar

  1. Bernhard Schreiber, The Men Behind Hitler – A German Warning to the World, http://www.toolan.com/hitler/Hitler, s. 18 ↩
  2. http://www.politicalamazon.com/pioneerfund.html ↩
  3. Joseph L. Graves Jr., The Emperor’s New Clothes, Rutgers Universtiy Press, 2001, s. 116-117 ↩
  4. Joseph L. Graves Jr., The Emperor’s New Clothes, Rutgers Universtiy Press, 2001, s. 119 ↩