Oxu müddəti: ~2 dəq.

ƏXLAQİ DEGENERASİYADA davamlı artım. Əvvəl ayıb sayılan, pislənən, qadağan edilən, təsdiqlənməyən davranışların zamanla və yavaş-yavaş qəbul edilməyə başlanması, hətta bir müddət sonra daha da maraq göstərilən və geniş yayılan davranışa çevrilməsi bir çoxlarının fərqində olmadığı, amma son dərəcə əhəmiyyətli olan bir problemdir. Cəmiyyətdə təcavüzkarlığın, saxtakarlığın artması, ər və arvadın bir-birlərini asan şəkildə aldatması, hətta bəzən hər iki tərəfin bunu qəbul etməsi, boşanmaların artması, yaxın vaxtlara qədər əxlaqsızlıq kimi bilinən həyat şəkillərinin və davranışların fərqli seçim, marginallıq adı altında sözdə qanuni görülüb yayılması, homoseksuallıq kimi pozğunluqların qəbul edilməsi, narkotik və spirtli içkilərdən asılılığın ciddi şəkildə artması, soyğun, fırıldaqçılıq, quldurluq kimi hadisələrin sayının artması, insanların daha asan cinayət törətmələri, cinayət nisbətlərinin və cinayətə meyilliyin artması, insanların bir-birlərinə sevgi və hörmətlərinin qalmaması, dedi-qodunun yayılması əxlaqi degenerasiyanın ortaya çıxma şəkillərindən yalnız bir neçəsidir. Xüsusilə bəzi qərb ölkələrinin içində olduğu vəziyyət söz mövzusu degenerasiyanın necə təhlükəli olduğunu açıq şəkildə göstərir.
Bütün bu mənfi halların mənşəyində insanların nə üçün var olduqları sualına verdikləri səhv cavablar durur. İnsan həqiqətdə özünü yoxdan yaradan uca Allahı tanımaq üçün vardır. İnsanın qəlbi ancaq Allahı xatırlamaqla rahatlıq tapar. Allah “… Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə aram tapar!” (Rəd surəsi, 28) buyurmaqla insanların səhv yerlərdə axtardığı hüzurun həqiqi qaynağını bildirir. İnsana dünyada xoşbəxtlik və hüzur verən həyat forması Allahın insanlara əmr etdiyi din əxlaqıdır.
Odur ki, bu həqiqəti görməzlikdən gəlmək əxlaqi degenerasiyanı və bu da öz növbəsində bədbəxt, ümidsiz və ruhi sıxıntı içində olan insanları meydana gətirir.
Bu əxlaqi tənəzzülü meydana gətirən ən böyük amillərdən biri də insanı Allahın qulu deyil, təsadüfən ortaya çıxmış eqoist heyvan kimi təyin edən darvinist ideologiyadır. Bu elm və ağıldan kənar iddiaya görə, insanın heyvanlardan fərqli qanunlara və əxlaqi dəyərlərə sahib olması gözlənilməməlidir. Həyat mübarizə yeridir və insan həyatda qalıb müvəffəqiyyət əldə edə bilmək üçün digər insanlara qarşı var gücü ilə mübarizə aparmalı, mərhəmətsiz olmalıdır. Bu isə gözəl əxlaqa dair xüsusiyyətlərin heçə sayılması deməkdir. Kaliforniya Berkli Universitetinin professoru Filip E.Conson “Defeating Darwinism” (Darvinizmi məğlub etmək) adlı kitabında 1960-cı illərdən etibarən dini inancların zəifləməsi və materialist dünya görüşünün hakim olması ilə cəmiyyət həyatında ortaya çıxan mənfi hallardan belə bəhs edir:
1960-cı illərin İkinci Amerika Müstəqillik Bəyannaməsini meydana gətirdiyini söyləmək haradasa doğru olar. Bu, bəzi insanların Allahdan qopub ayrılmalarının bəyannaməsidir. Bu cür elanın arxasından daha böyük ölçülərdə əxlaqi və hüquqi problemlərin yaranması gözlənilməlidir, həqiqətən də, belə oldu…159
Maykl Denton 20-ci əsrə damğasını vuran bəlalara darvinizm nəzərdə tutulmadan qiymət verilə bilməyəcəyini ifadə edir və belə deyir:
Darvinist inqilab olmadan iyirminci əsr aydın ola bilməz. Son səksən ildə dünyanı təsiri altına alan mənfi sosial və siyasi cərəyanlar darvinizmin intellektual sanksiyası olmadan reallaşa bilməzdi. On doqquzuncu əsrdə getdikcə artan dinsiz dünyagörüşünün başlanğıcda təkamülün qəbul edilməsini asanlaşdırdığını söyləyərkən, indiki dövrdə iyirminci əsrin aqnostik və skeptik dünyagörüşündən böyük ehtimalla hər şeydən çox darvinizmin məsul olduğunu xatırlamaq yerində olar. Bir zamanlar materializmin nəticəsi olan (nəzəriyyə), dövrümüzdə onun dayaq nöqtəsi halını almışdır.160
Bu yerdə darvinizmin əxlaqi tənəzzülə və degenerasiyaya zəmin hazırlayan iddialarının maddələr halında araşdırılması yerinə düşər.
