Oxu müddəti: ~6 dəq.
Darvinizmə görə insan bir heyvan növüdür. Bu ağıl və elmdən kənar iddiaya inananlar da insanın bütün xüsusiyyətlərinin “heyvan ataları”ndan miras qaldığını qarşıya qoyurlar. Bunun insanın özünə və digər insanlara baxış yönünə təhlükəli təsirləri vardır. İnsan heyvan növü kimi gördüyü digər insanlara dəyər verməz, düşüncələrinə əhəmiyyət verməz, həyatlarını dəyərsiz görər. Bir insanın ölümünü ağcaqanadın və ya itin ölümündən daha əhəmiyyətli görməz. Bir insanın ac və ya möhtac olması onu heyvan kimi görən və heyvanların döyüş və rəqabət yolu ilə inkişaf etdiyini düşünən bir insanı narahat etməz. Belə qorxunc dünyagörüşü insanların bir-birlərinə olan sevgi və hörmətlərini tamamilə ortadan qaldırır. Odur ki, darvinizmin yalanlarına aldananların bir daha düşünməsi və bu yalanın nəyə başa gələcəyini görməzlikdən gəlməsi çox əhəmiyyətlidir.
C.Q.Simpson darvinizmin insan haqqındakı düşüncələrindən belə bəhs edir:
Darvinin dünyasında insanın fərqli heyvan növü kimi təsvir olunmasından başqa xüsusi heç bir statusu yoxdur. Sözün tam mənası ilə təbiətin müəyyən parçasıdır və ondan ayrı deyil. Yaşayan hər cür canlı ilə (amöb, bağırsaq qurdu, birə, dəniz yosunu, palıd ağacı və ya meymun) əlaqə dərəcələri fərqli olsa da, bənzərlik təşkil edir. Müqayisə etmək lazım gələrsə, meymun kimi qardaşlara sahib olmaqdansa, bağırsaq qurdu kimi qırx iki əmioğluya sahib olmaq bizə daha az empati hiss etdirə bilər.168
Halbuki, bu həm elmdən, həm də ağıl və məntiqdən uzaq fikirdir. İnsan və heyvanlar Allahın yaratdığı iki fərqli varlıqdır. Heyvanlar heyvani instinktlərlə hərəkət edirlər və şüursuzdurlar. İnsan isə mühakimə qabiliyyətinə və şüura malik varlıqdır. İnsanın bir növ heyvan olduğunu iddia edənlərin məqsədi meşə qanunlarını insan cəmiyyətlərinə tətbiq etməyə çalışmalarıdır. Bu isə insanlara hüzur və rifah verən hər cür gözəlliyi ortadan qaldıran qorxunc xaosa səbəbdir.
Darvin məktublarından birində bu yanlış dünyagörüşünü ifadə etmiş və insanın heyvanlardan təkmilləşməsi yalanına əsaslanıb fikirlərinin hər hansı bir dəyərinin olub-olmadığını sorğu-sual etmişdir. Darvinin sözləri belədir:
Aşağı heyvanlardan inkişaf edən insan zehninin inandığı şeylərin hər hansı bir dəyərinin və ya əsaslılığının olub-olmadığı mövzusunda ağlıma həmişə qorxunc şübhə gəlir. Bir meymunun zehnindəki inanclara (təbii ki, əgər varsa) kimsə güvənərdimi?169
Darvinin sözləri təkamülçülərin insan haqqındakı dünyagörüşlərinin nə qədər dəhşətli olduğunun bir xülasəsi xüsusiyyətini daşıyır. Darvinin bu hədyanı qərb dünyasının əhəmiyyətli hissəsinə getdikcə hakim olmuşdur və indiki dövrdə bir çox ölkədə, hətta məktəblərdə oxudulan dərs kitablarında da insanlara heyvan olduqları təlqini verilir. Məsələn, 1994-cü il nəşrli “Biology, visualizing life” (Biologiya: həyatı təsvir etmək) adlı dərs kitabında deyilir:
Siz bir heyvansınız, yer soxulcanları, dinozavrlar, kəpənəklər və dəniz ulduzları ilə ortaq bir mirası bölüşürsünüz.170
Elm və teologiya mövzularında universitetdə dərs deyən və “Moral darwinism: how we became hedonists?” (Əxlaqi darvinizm: necə həzçi olduq?) adlı kitabın yazıçısı B.Viker Darvindən əvvəl və sonra insana baxış yönündə böyük səhvin olduğunu ifadə edir. İnsanlarla heyvanların arasındakı aşıla bilinməyən fərqliliklər görməzlikdən gəlinib insanların heyvanlarla bir tutulması yanlışlığının necə yayıldığını belə izah edir:
… Ənənəvi əxlaqın hamısı olmasa belə, əksəriyyəti, insanların fərqli növ olduğu fərziyyəsinə əsaslandırılır. Buna görə, cinayətin qadağan edilməsi insan təbiəti baxımından xarakterizə olunur. Öldürməyin! Nəyi öldürməyin? Mənənələrimi? (kiçik həşərat növü). Qarışqayeyənlərimi? Oranqutanlarımı? Xeyr, başqa bir günahsız insanı öldürməyin. Ancaq darvinizmlə birlikdə insan və digər heyvanlar arasındakı növ ayrı-seçkiliyi tamamilə qarışır. Artıq çəkilməsi lazım olan əxlaqi bir cizgi yoxdur, çünki növlərin cizgisi silinmişdir.
R.Dokinz və P.Sinqer kimi darvinistlər bu azğınlığı bütün incəlikləri ilə etiraf edir və təbliğatını aparırlar. Dokinz “Blind watchmaker” (Kor saatsaz) adlı kitabında bunları deyir:
Özümüzü təkamül spektrində yer almış bir heyvan olaraq gördüyümüzdə artıq əxlaqımızın ya bütün canlılar üçün əsaslı olduğunu qəbul etməliyik, ya da əxlaqımızın hər hansı bir təməlinin olduğunu rədd etməliyik. Ümumiyyətlə, darvinistlər hər ikisi üçün əsassız bir vəziyyət deyirlər. Bəzi heyvanların insanlarla eyni əxlaqi səviyyədə olduqlarını düşünürlər. Bəzi yönlərdən isə insanı bir heyvan kimi göstərirlər. Bir tərəfdən heyvan haqları üçün mübarizə aparır, digər tərəfdən isə formasını dəyişmiş, yaşlı və gücsüz insanın evcil heyvanlara göstərdiyimiz şəfqətdən kənar tutulmasının lazım olduğunu iddia edirlər.171
Göründüyü kimi, təkamül nəzəriyyəsinin insanı bir növ heyvan olaraq təqdim etmək istəməsinin əsas səbəblərindən biri bütün əxlaqi dəyərlərin ortadan qalxacağı bir dünya istəyidir. Əgər insan darvinizmin iddia etdiyi kimi, bir heyvan növüdürsə, hansı ki, bu heç bir şəkildə doğru deyil, onda əxlaqi heç bir dəyərin, hətta əxlaq anlayışının da insanlar üçün əhəmiyyəti qalmır. Bunun bir cəmiyyətə verəcəyi zərərin ölçüləri isə təxmin ediləndən də artıq ola bilər. Bax, bu səbəbə görə, bütün insanlıq darvinizmə və bu elm saxtakarlığının yalanlarına qarşı son dərəcə diqqətli olmalıdır.
Darvinizm sözdə insanların heyvanlardan fərqsiz olduqlarını qarşıya qoyarkən bunu yalnız fiziki və bioloji mənada iddia etmir, insan və heyvan davranışlarının da bir-birindən fərqli olmadığını qəbul etdirməyə çalışır. Bu vəziyyətdə insana sözdə heyvan atalarından miras qaldığı iddia edilən şiddət, eqoizm, mərhəmətsiz rəqabət, təcavüzkarlıq, homoseksuallıq kimi pis xüsusiyyət və davranışlar insan üçün sanki təbii davranışlar statusuna gətirilir. Məsələn, təkamülçü elm adamı C.F.Darlinqton belə deyir:
Birinci nöqtə, eqoizm və şiddət doğuşdandır, ən uzaq atalarımızdan bizə miras qalmışdır. Onda şiddət insanlar üçün təbiidir, təkamülün bir məhsuludur.172
Bu vəziyyətdə insanların hər cür cinayəti işləməsi normal qarşılanır, cinayət törətmək üzrlü hesab edilir, hətta çox vaxt cəzalandırılmamağının lazım olduğu iddia edilir. Quld “Ever since Darvin” (Darvindən bu yana) adlı kitabında italyan professor, kriminoloji mütəxəssis S.Lombrozo ilə başlayan bu görüş haqqında belə deyir:
Günahkarlığa bağlı bioloji qaydalar elə də yeni sayılmazdı, amma S.Lombrozo (italyan həkim) bu müzakirəyə yeni, təkamüllü bir istiqamət verdi. Doğuşdan günahkarlar yalnız zehni tarazlığı anormal və ya xəstə deyildilər; daha əvvəlki bir təkamüllü mərhələyə geri düşmüş, sözün əsl mənası ilə nəslinə oxşamışdır. İbtidai və meymunabənzər atalarımızın irsi xüsusiyyətləri genetik repertuarımızda qorunur. Bəzi fərdlər normaldan çox irsi xüsusiyyətə sahib olaraq doğulur. Davranışları keçmişin bəzi vəhşi cəmiyyətlərinə uyğun olsa da, bu gün bu davranışlara cinayət deyirik. Doğuşdan günahkar olana acımaq olar, çünki özünə hakim ola bilməz.173
Lombrozonun fikrini açıqlayan təkamülçü Quldun ifadələrində açıq şəkildə göründüyü kimi, cinayət törətmək tamamilə insanın iradəsi xaricində olan, insanlara sözdə heyvan atalarından miras qalan davranış kimi qəbul edilir. Halbuki, bu həqiqətdən kənar bir iddiadır. Allah hər insanı özünə davamlı pisliyi əmr edən nəfsi və o pislikdən qorunub çəkinməsini, yaxşılıq etməsini əmr edən vicdanı ilə birlikdə yaratmışdır. Ayələrdə belə buyurulmuşdur:
And olsun nəfsə və onu yaradana; sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini öyrədənə ki, nəfsini təmizləyən mütləq nicat tapacaqdır! Onu (günaha) batıran isə, əlbəttə, ziyana uğrayacaqdır. (Şəms surəsi, 7-10)
Buna görə də hər insan etdiyi hərəkətin yaxşı, yaxud pis və davranışının gözəl və ya çirkin olduğunu bilər. Hər insan pis olandan çəkinmək, yaxşı olanı etməklə məsuldur. Yaxşılıq edən insanlar gözəl rəftarlarının qarşılığını ən gözəl şəkildə alacaqları kimi, pislik edənlər də etdikləri pisliyin cəzasını mütləq çəkəcəklər. Hər cür cinayəti və əxlaqsızlığı qanuni göstərən təkamül nəzəriyyəsi isə insanları həm dünyada, həm də axirətdə böyük fəlakətin içinə sürüyür.
İnsan heyvan deyil. İnsan Allahın özünə ruhundan üflədiyi, ağıla, iradəyə, vicdana, sağlam düşüncəyə, doğrunu səhvdən ayırma anlayışına sahib olan və həmçinin düşünə bilən, qərar verə bilən, mühakimə edə bilən, cəza və mükafat verə bilən, yaşadıqlarından dərs ala bilən, Allahın sınadığı bir varlıqdır. Bu xüsusiyyətlərin heç biri digər canlılarda yoxdur və ola da bilməz. Çünki bunlar insanın fiziki quruluşu və genləri ilə əlaqədar xüsusiyyətlər deyil. Bütün bunlar insanın ruhuna aid xüsusiyyətlərdir.
Elə isə ruh və ağıl sahibi olan insan bu həqiqəti hiss etməli, ona görə, şərəfli, iradəli və vicdanına uyğun həyat sürməlidir.
İstinadlar
- George Gaylord Simpson, “The World into Which Darwin Led Us,” Science 131 (1960), s. 970 ↩
- Francis Darwin (ed.), Life and Letters of Charles Darwin (1903; 1971 reprint), Volume 1, s. 285 ↩
- George B. Johnson, Biology: Visualizing Life, Holt, Rinehart and Winston, Inc., 1994, s. 453 ↩
- http://www.touchstonemag.com/docs/issues/15.8docs/15-8pg43.html ↩
- P.J. Darlington, Evolution for Naturalists, 1980, s. 243-244 ↩
- Stephen Jay Gould, Ever Since Darwin, s. 223 ↩
