Oxu müddəti: ~2 dəq.
Maltus və Darvinin fikirləri elmi dəlillərə əsaslanmadığına baxmayaraq, böyük dəstək tapdı. Bunun səbəbini hər ikisinin də yaşadıqları dövrdə axtarmaq lazımdır. Maltus və Darvin sənaye inqilabından sonrakı dövrdə İngiltərədə yaşayırdılar. İngiltərə aristokratiyası sənaye inqilabı ilə yanaşı, mövqeyini və gücünü işçi sinfinə qarşı itirməkdən qorxurdu. Bir tərəfdən də ucuz işçi qüvvəsinə çox ehtiyacları var idi. Bu dilemma nəticəsində idarəçi sinfin öz səhv anlayışı ilə gəldiyi nəticə bu oldu: İngiltərədə “aşağı sinif” idarə altına alınmalı, əzilməli, gücləndirilməməli və işlədilməli idi. Maltus isə sürətlə artan əhaliyə qarşı qeyri-kafi qalan qida qaynaqları tezisini qarşıya qoyarkən həlli “aşağı sinif”in çoxalmasını dayandırmaqda göstərib həm yoxsulları təhdid edirdi, həm də onlara qarşı sərt tədbirlərin alınmasına səbəb olurdu. Darvin Maltusun tezisini təbiət elminə və biologiyaya tətbiq edib bu iddiaya sözdə elmi görünüş qazandırmışdı.
R.Hofştadter “Amerikan düşüncəsində sosial darvinizm” adlı kitabında Darvinin Maltusun tezisinə verdiyi dəstək üçün belə demişdir:
Maltusçuluq İngiltərədə çox məşhurlaşdı… Bu cərəyan, eyni zamanda, zənginləri kasıbların çəkdiyi acılara istiqamətli olaraq yerinə yetirmələri lazım olan vəzifələrindən qurtarmışdır. Hadisələrin axışında Maltusun səhvi sübut edildi və nəzəriyyə tam siyasi iqtisadiyyatda yavaş-yavaş ortadan qalxmağa başlamışdı ki, ona Darvinin bioloji yanaşmasından yeni dəstək gəldi.15
Tədqiqatçı və yazıçı Y.Taylor isə Maltusla əlaqədar bir məqaləsində Maltusun tezisinin ehtiva etdiyi degenerativ fikirlər üçün belə deyir:
Bütün bunlardan alınası dərs Allahı, Onun təqdirini və müdaxiləsini rədd edən Darvin və digərlərinin Maltusun prinsipində ağıza alınmayacaq və axmaq elmi təkliflərə yönəldən, dəhşət verici bir fəlakət və çarəsizlik tapmalarıdır. Maltusun arqumentindəki son dərəcə diqqəti cəlb edən zəiflik və çatışmazlıqlara baxmayaraq, bu, belədir.16
Maltusun “amansız, ümidsizlik verən, axmaq” iddiası elm tərəfindən yalanlansa da, günümüzə qədər təsirini davam etdirmişdir. Y.Taylor “İnsanların zehnində” adlı kitabında Maltusla başlayan və Hitlerlə sona çatan bu mərhəmətsizlik zəncirini belə yekunlaşdırır:
Maltus düşüncəsini daha sonradan “ən uyğun olan həyatda qalır” təması halını alan qaydaya söykədi. Bu anlayış Kondorsedən Maltusa, Spenserə, Uollesə və Darvinə qədər uzanır. Ən sonda A.Hitler kimilərinə təsir etmək məqsədi ilə sürətlə inkişaf etdi. Ancaq unutmamalıyıq ki, hər şeyin başında keçilərin və itlərin hekayəsi var idi.17
Göründüyü kimi, Maltusun zalım görüşlərinin dəstək görməsinin təməlində bunları öz mərhəmətsizliklərinə, mənfəətlərinə, azğınlıqlarına bir növ örtük kimi istifadə etməyi istəyən bəzi idarəçi və liderlərin, ideoloji qayğılar daşıyan bəzi qənaət öndərlərinin əhəmiyyətli payı olmuşdur. Söz mövzusu çevrələrin öz mənfəətləri uğruna dəstək verdikləri bu amansız dünyagörüşünün səbəb olduğu fəlakətlər isə tarixdə misli görülməmiş böyüklükdə olmuşdur. Növbəti səhifələrdə Maltusla başlayan bu amansız və mərhəmətsiz dünyagörüşünün sosial darvinizm adı altında necə gücləndirildiyini və insanlığa nəyə başa gəldiyindən bəhs edəcəyik.
