Oxu müddəti: ~2 dəq.
Təcrübəni yazarkən Maltusa əsl ilham qaynağı olan hadisə Sakit okeanındakı bir adaya ispan dənizçi Xuan Fernandes tərəfindən buraxıldığı deyilən keçilərlə əlaqədar bir hekayədir. Hekayəyə görə, bu keçilər zamanla adada çoxalmış və adaya baş çəkən dənizçilər üçün yemək qaynağına çevrilmişlər. Keçilər bir tərəfdən sürətlə çoxalıb adadakı qida qaynaqlarını tükətməyə başlamışlar. İspanlar isə onlara hücum edib ticarətlərinə maneə olan ingilis əsgərlərinin bu adadakı keçilərdən faydalanmalarına əngəl olmaq üçün adaya erkək və dişi itlər buraxmışlar. Bu dəfə itlər zamanla çoxalmış və keçilərin bir çoxunu öldürmüşlər. Fransız riyaziyyatçı və inqilabçı Cozef Taunsend bu şəkildə təbiətin tarazlığının qurulduğunu yazmış və belə demişdir:
İki növün ən zəifləri təbiətə borc ödəyənlərin ilki oldular; ən fəal və güclü olanlar həyatlarını qorudular. İnsan növünün də sayını təşkil edən yemək miqdarıdır.10
Daha əvvəl də ifadə etdiyimiz kimi, bəzi təbii şərtlər heyvanların sayının artması və ya çoxalması, nəslinin tükənməsi və ya qorunması kimi mövzularda təsirli ola bilər. Ancaq bunun insan cəmiyyətləri üçün əsaslı olduğunu zənn etmək çox ciddi yanılmadır. Belə yanılmanı tətbiq etmənin nə qədər qorxunc nəticələrə yol açacağı yaşanmış təcrübələrlə sübut edilmişdir.
Tounsend bu düşüncələrini qüvvədə olan yoxsul qanununa tətbiq etmək istədi. İngiltərədəki yoxsul qanununa görə kasıblar ac qalmırlar, ancaq çox işləməyə məcbur edilirlər. Taunsend isə kasıbları işləməyə məcbur edən bu qanunun daha çox çətinliyə və səs-küyə səbəb olduğunu qarşıya qoydu. Bunun yerinə kasıbları aclıqla yola gətirmənin daha məqbul olacağını iddia etdi. Taunsendə görə, aclıq ən vəhşi heyvanı belə itaətli edir, onlara mədəniyyəti və idarə altına girməyi öyrədir və onları işə təşviq edir.11 Əlbəttə, bu, çox amansız və vicdansız bir yanaşmadır. Bu mərhəmətsizliyin təməlində insanları maddi imkanlarına və fiziki xüsusiyyətlərinə görə təsnif etmə yanlışlığı yer tutur. Din əxlaqına heç bir şəkildə uyğun olmayan bu ayrı-seçkilik tarix boyu ictimai nizamı pozan, qarışıqlıq, anarxiya və qarşıdurmaya səbəb olan bir ünsür olmuşdur.
Keçilərin və itlərin hekayəsi Taunsendin ardından Maltusun tezislərinin də əsasını meydana gətirdi. Maltusdan sonra Herbert Spenser tərəfindən ortaya atılan “ən uyğun olan həyatda qalır” cümləsi ilə ifadə edilən yalanın və ardından Darvinin qarşıya qoyduğu “təbii seleksiya ilə təkamül” yanılmasının ilham qaynağı da yenə bu hekayədir.
Halbuki, daha əvvəl də vurğuladığımız kimi, heyvanlar üçün əsaslı olan bəzi qanunları insanlara tətbiq etmək Taunsendlə başlayan, Maltus, Spenser və Darvinlə davam edənlərin ən böyük səhvlərindən biri olmuşdur. Onlar insanları ancaq radikal və şiddətə dayanan tədbirlərlə və aclıq, müharibə və səfalət kimi amillərlə idarə edilən vəhşi varlıqlar kimi görmüşlər. Halbuki, insan ağıl, kamal, məntiq sahibi olan varlıqdır. Heyvanlar kimi instinktləri ilə deyil, ağıl və vicdanı ilə hərəkət edir.
