Həyatın Mənşəyielmi araşdırmalar

Maltusdan Darvinə mərhəmətsizliyin tarixi

Giriş

Oxu müddəti: ~5 dəq.

ƏVVƏL DƏ İFADƏ edildiyi kimi, “Növlərin mənşəyi” adlı kitabı yazarkən Darvinin, fikirlərindən ən çox təsirləndiyi şəxslərin başında ingilis iqtisadçı və demoqraf Tomas Robert Maltus gəlirdi.

Maltus ilk nəşri 1798-ci ildə nəşr olunan “Cəmiyyətin gələcək inkişafına təsirləri baxımından əhali qanunu üzərinə təcrübə” adlı kitabında insan əhalisinin hər 25 ildə həndəsi silsilə ilə (2, 4, 8, 16, 32, 64, 128, 256…), yemək qaynaqlarının isə eyni müddət içində ədədi silsilə ilə (1, 2, 3, 4, 5, 6, 7, 8, 9…) artdığını iddia etmişdi. Yəni Maltusa görə, əhali hər 25 ildə ikiqat artarkən yemək qaynaqları daha az artırdı. Maltus üç əsrin içində əhalinin yemək qaynaqlarına nisbətinin 4096-ya 13 olacağını iddia etdi. Yəni Maltusun bu elmi olmayan iddiasına görə, qaynaqlar sürətlə artan əhali üçün qeyri-kafi qalır və həyatda qalmaq üçün ciddi mübarizə aparmaq sözdə qaçılmaz hala gəlirdi. Darvinin kitabının alt başlığında ifadə edilən iddia da bu idi: Növlərin mənşəyi…. Əlverişli fərdlərin həyat mübarizəsində qorunması…

Maltus təcrübəsində əhalinin sürətli artımının qarşısının alınmasının lazım olduğunu ifadə edib özünə görə bəzi çıxış yolları qarşıya qoydu. Maltusa görə, əhalinin artımına nəzarət edən iki təməl amil vardı: iztirablar və pis əxlaq. Qıtlıq və epidemik xəstəlik kimi hadisələr əhaliyə nəzarət edən iztirablar idi. Müharibə, yeni doğulan uşaqların öldürülməsi kimi hadisələr isə əhaliyə nəzarət edən digər amillər idi. Maltus müharibə, qıtlıq, xəstəlik və uşaq cinayətləri kimi hadisələrlə əhalinin sürətli artımının idarə ediləcəyini və bu sayədə əhalinin qida qaynaqları ilə balanslı hala gələcəyini yazmışdı. Ağıllı və vicdan sahibi hər insanın həmfikir olduğu kimi bu, həm ağıl və məntiq xarici, həm də son dərəcə vəhşi iddiadır. Cəmiyyətlərin rifah və hüzuru düşünülərək gəlir və dolanışıq qaynaqlarının doğru planlanması, əlbəttə, cəmiyyətlərin gələcəyi baxımından böyük əhəmiyyət daşıyır. Ancaq bir cəmiyyətin gələcəyini müharibə, qətliam və cinayətlərlə planlamağa cəhd etmək, əlbəttə, qəbul edilən vəziyyət deyil. Bunun cəmiyyətlərə acı və göz yaşı dolu fəlakətlər gətirəcəyi açıqdır.

Bununla belə, Maltusun başqa məntiqdən kənar təklifləri də var idi. Məsələn, işçi sinfindən və ya yoxsul dairədən evli cütlərin uşaq sahibi olmamağı üçün lazım olan bütün tədbirlərin alınmasının gərəkdiyini qarşıya qoymuşdu. Maltusun fikirləri 1834-cü ildə İngiltərədə kasıblar üçün xüsusi iş evləri qurulmasını təmin edən yeni qanunla zirvəyə çatdı. Bu qanunla iş evlərindəki əhali artımını azaltmaq üçün evli cütlərin qəti qaydalarla ayrı qalmaları təmin edilirdi.

Əslində, bu tətbiqlərin arxasındakı səbəblərdən biri keçmişdən indiyə gələn sözdə aşağı siniflərin davamlı artan əhalisinin daha mədəni insanları “tükədəcəyi” qorxusu idi. Əlbəttə, bu qorxu son dərəcə yersizdir və böyük yanılmanın məhsuludur. Əvvəlcə, bir insanın maddi vəziyyəti, cəmiyyətdəki mövqeyi və ya dili, irqi, cinsiyyəti səbəbi ilə bir başqasına üstün olması söz mövzusu deyil. Allah bütün insanları bərabər yaratmışdır. İnsanları dəyərli edən sahib olduqları müxtəlif imkan və ya fiziki xüsusiyyətləri deyil, göstərdikləri gözəl əxlaq xüsusiyyətləridir.

Fransa inqilabının ardından əvvəlki etibar və gücünü əlində tuta bilməyəcəyi narahatlığını yaşayan ingilis burjuaziyası yoxsulların sayca artımını önləmək üçün maltusçuluğa böyük dəstək vermiş və bu istiqamətdə radikal tədbirlərin alınmasından çəkinməmişdir. Bu vəziyyət din əxlaqından uzaqlaşan insanların qapıldığı yanılmaların nəticələrindən biridir. Dövrün öndə gələnləri cəmiyyətlərinin gələcəyinin varlı insanların sayca çox olmasında və yoxsul olanların isə azalmasında olduğunu sanmışdılar. Əlbəttə, bir cəmiyyətdə varlı insanların sayının artması, rifah səviyyəsinin yüksəlməsi istənilən bir vəziyyətdir. Ancaq rifah səviyyəsini yüksəltmək üçün tətbiq olunan üsulların nələr olduğu son dərəcə əhəmiyyətlidir. Sosial darvinizmin qarşıya qoyduğu kimi kasıbları qətl edib və yoxsullara zülm edib varlı insanların sayını artırmağa çalışmaq əsla qəbul edilməyən üsuldur. Ayrıca, cəmiyyətin inkişafı yalnız varlı insanların sayının artması ilə təmin edilməz. Varlı, amma din əxlaqının gərəyi olan dürüstlük, fədakarlıq, təvazö, səmimiyyət, səbir, tolerantlıq, ağıl, çalışqanlıq kimi dəyərlərdən məhrum olan insanların sayca çoxalmalarının cəmiyyətə fayda yerinə zərər gətirəcəyi hamıya məlumdur. Buna görə, cəmiyyətləri irəli aparmaq üçün qurulan planların hədəfə çatması o cəmiyyətin maddi olaraq inkişaf edərkən mənəvi dəyərlərə olan bağlılığının da gücləndirilməsi ilə mümkündür.

Ancaq Maltusla eyni dövrdə yaşayan bir çox insan bu açıq həqiqətin fərqinə varmamış və cəmiyyətlərini sonrakı illərdə böyük əxlaqi çöküntüyə sürüyən bu azğın fikirlərə dəstək vermişdir.

Maltusun yoxsul əhalinin artmasını önləmək üçün qarşıya qoyduğu amansız təkliflərdən bəziləri bunlar idi:

Yoxsul təbəqələrə təmizliyi tövsiyə etməyin əvəzinə onları buna zidd olan vərdişlər yönündə cəsarətləndirməliyik. Şəhərlərimizdəki yolları daha dar etməli, evləri daha izdihamlı yerlərə çevirməli və vəbanın yayılması üçün səy göstərməliyik. Çöllüklərdə kəndlərimizi durğun su kənarlarında tikməli, məskunlaşmanın bataqlıq sahələrdə və zərərli şərtlərdə də olsa, edilməsini təşviq etməliyik. Ancaq hər şeydən kənar, zərərli xəstəliklər üçün alınan xüsusi tədbirləri və bəzi xəstəlikləri kökündən yox etmək üçün layihələr təşkil edib insanlığa xidmət etdiklərini düşünən xeyriyyəçiləri (ki, bu insanlar səhvə yol vermişlər) qınamalıyıq.8

Maltus uşaq cinayətlərini də təşviq edirdi:

Ədalət və təqdir mövzuları ilə üsulən məşğul olmağımızın səbəbi yoxsulun dəstək istəmək haqqını rədd etmək üçündür. Bu məqsədlə, heç bir yeni doğulan uşağın kömək tələb etmək haqqına sahib olmadığının lazım olduğunu açıqlayıb gərəkli tənzimləmələrin edilməsini təklif etməliyəm. Müqayisə gərəkdirsə, (qeyri-qanuni) olaraq doğulan uşaq cəmiyyətdə çox az dəyərə malikdir, digərləri isə zamanla onun yerini alar. Əhalini bu (arzu edilən) səviyyədə tutmaq üçün lazım olandan artıq doğulan bütün uşaqlar yetkinlərin ölümləri ilə onlara yer açılmadığı müddətcə ölməlidirlər.9

Maltus cəmiyyətlərin gələcəyi üçün yeni doğulan uşaqların qətl edilməsini məqbul görəcək dərəcədə azğın məntiqə sahib idi. Bu sətirləri oxuyan bəzi insanlar Maltusun görüşlərinin keçmişdə qaldığını və dövrümüzdə artıq belə azğın fikirlərin qəbul edilməyəcəyini düşünə bilərlər. Amma bu yanılmadır. Dövrümüzdə Çində əhali planlamasının yeni doğulan körpələrin öldürülməsi yolu ilə aparıldığı göz önünə gətirildikdə Maltusun və onun təqibçisi olan Darvinin azğın fikirlərinin cəmiyyətlərdəki qalıcı və korlayıcı təsirləri daha yaxşı aydın olar. Kommunist Çində din əxlaqının yaşanması dövlət tərəfindən əngəllənir, dövlət xalqı darvinist dünyagörüşü ilə qiymətləndirir. Buna görə də yaşanan böyük ictimai və əxlaqi çöküntü ilə yanaşı, Çində insanlar iş düşərgələrində bütün insani şərtlərdən məhrum olaraq zorla işlədilir; dövlətin icazə verdiyi saydan çox uşağa sahib olan ailələrin uşaqları zorla toplanıb öldürülür; fikir cinayəti səbəbi ilə insanlar edam edilir və edam səhnələri ictimai mərasim halına gətirilir. Çində yaşananlar darvinist düşüncələrin təsiri altında qalan cəmiyyətin içinə düşəcəyi vəziyyətin günümüzdən bir nümunəsidir.

Maltusun tezisləri İngiltərədə yoxsulların vəziyyətini daha da pisləşdirən zülmedici qanunun hazırlanması ilə bitmədi, ictimai problemləri daha da kompleks və çətin duruma gətirdi. İndiki dövrdə hələ bəzi çevrələrin müdafiə etdiyi darvinizm kimi 20-ci əsrə qarışıqlıq, müharibə, irqçilik və dinsizlik və s. bəlalar gətirən nəzəriyyəyə liderlik edən bu tezis heç bir elmi dəlilə əsaslanmır. Hətta Maltus tezisini ortaya qoyarkən keçi və itlər haqqında danışılan, nə qədəri doğru olduğu da bilinməyən bir hekayədən ilham almışdır.

İstinadlar

  1. Thomas R. Malthus, An essay on the principle of population as it affects the future improvement of society., Reprint, London:Reeves and Turner, (1798) 1878, s. 412 ↩
  2. Thomas R. Malthus, An essay on the principle of population as it affects the future improvement of society., Reprint, London:Reeves and Turner, (1798) 1878, s.411, 430-431. ↩