Oxu müddəti: ~1 dəq.
Darvin Maltusun “Təcrübəsi”ni 1838-ci ildə oxudu və qeyd dəftərinə belə yazdı:
Oktyabr, 1838-ci ildə, yəni sistematik şəkildə araşdırmalarıma başladıqdan 15 ay sonra yalnız marağım olduğu üçün Maltusun əhali ilə əlaqədar işini oxumağa başladım. Və heyvanlarla bitkilərdə davamlı müşahidə etdiyim həyatda qalma mübarizəsini düşündüyümdə bir an fərqinə vardım ki, bu şərtlər altında uyğun variasiyalar qorunur və uyğun olmayanlar yox edilir. Bunun nəticəsində, yeni növlər ortaya çıxır. Burada sonradan üzərində çalışacağım nəzəriyyəni sonda əldə etmişdim.12
Darvinin qeydlərindən də aydın olduğu kimi, təbii seleksiya ilə təkamül və həyat mübarizəsi anlayışları Darvinin zehnində Maltusu oxuduqdan sonra şəkillənmişdir. Darvin “Növlərin mənşəyi” kitabında Maltusun iddialarını tamamilə mənimsədiyini bu sözləri ilə qəbul edirdi:
Təbii olaraq yüksək sürətlə çoxalan hər orqanik varlıq əgər yox edilməzsə, dünya qısa müddət içində tək bir cütün soyu ilə örtülərdi. Bu, istisnasız bir qaydadır. Yavaş çoxalan insan əhalisi də son iyirmi beş ildə ikiqat artmışdır və bu nisbət göz önünə gətirildiyində önümüzdəki bir neçə min ildə insan soyu üçün, həqiqətən də, ayaq üstə duracaq yer qalmaz…13
Darvin Maltusun nəzəriyyəsi və təbii seleksiya tezisi arasındakı əlaqəni belə açıqlayırdı:
Həyatda qalan fərd sayından daha çoxu dünyaya gəldikcə tək bir fərdin eyni növün digər fərdlərinə qarşı, yaxud fərqli növlərin fərdləri arasında, yaxud da fiziki şərtlərə qarşı hər halda bir həyat mübarizəsi olmalıdır. Bu, Maltusun təliminin müxtəlif dərəcələrdə bütün heyvan və bitki aləminə tətbiq olunmasıdır…14
Darvinin Maltusun azğın fikirlərindən dəstək aldığı bu düşüncələri ciddi yanılmadır və elmi heç bir dəyərə sahib deyil. Bundan başqa, əhali planlamasını zəif və kasıbları ortadan qaldırmaqla təmin etməyi qarşıya qoyan və kifayət qədər güclü olmayanların yox olmalarının lazım olduğunu ifadə edən bu dünyagörüşü böyük zalımlıqdır. Necə ki, həyatı hüzuru, təhlükəsizliyi və anlayışı təməl alan bir sahə olaraq deyil, yalnız həyatda qalmağı, buna görə də amansız mübarizə aparmağı tələb edən sahə olaraq görən bu dünyagörüşü cəmiyyətlərə böyük fəlakətlər gətirmişdir.
