Oxu müddəti: ~4 dəq.
Balıqların quruda yaşayan canlıların əcdadı olması iddiası fosil tapıntıları qədər anatomik və fizioloji təhlillər tərəfindən də təkzib edilmişdir. Dəniz canlıları ilə quru canlıları arasındakı böyük anatomik və fizioloji fərqləri təhlil etdikdə bu fərqlərin təsadüflərə əsaslanan mərhələli təkamül prosesi tərəfindən aradan qaldırılmasının mümkün olmadığını görərik. Sözügedən fərqlərin ən çox nəzərəçarpanlarını belə sadalamaq olar:
1.Ağırlığın daşınması. Dənizlərdə yaşayan canlılar öz ağırlıqlarını daşımaq kimi problemlə qarşılaşmırlar. Bədən quruluşları da bu cür funksiyaya uyğun deyil. Lakin quruda yaşayanların böyük əksəriyyəti enerjilərinin 40%-ni bədənlərini daşımaq üçün istifadə edirlər. Quru həyatına keçdiyi iddia edilən bir su canlısının bu enerji ehtiyacını təmin etmək üçün yeni əzələ və skelet quruluşuna ehtiyac hiss etməsi labüddür, lakin bu kompleks formaların təsadüfi mutasiyalarla əmələ gəlməsi qeyri-mümkündür.
Təkamülçülərin selakant və buna bənzər balıqları “quruda yaşayan canlıların əcdadı” kimi təsəvvür etmələrinin əsl səbəbi isə bu balıqların üzgəclərinin sümüklü olmasıdır. Bu sümüklərin zaman ərzində ağırlıq daşıyan ayaqlara çevrildiyini güman edirlər. Ancaq bu balıqların sümükləri ilə quru canlılarının ayaqları arasında çox mühüm fərq var: balıqlardakı sümüklər canlının onurğasına bağlı deyil. Onurğaya bağlı olmadığı üçün də ağırlıq daşıma kimi funksiya yerinə yetirə bilməz. Quruda yaşayan canlılarda isə sümüklər birbaşa onurğaya birləşmişdir. Ona görə bu üzgəclərin yavaş-yavaş ayaqlara çevrilməsi iddiası da əsassızdır.su canlısının bu enerji ehtiyacını təmin etmək üçün yeni əzələ və skelet quruluşuna ehtiyac hiss etməsi labüddür, lakin bu kompleks formaların təsadüfi mutasiyalarla əmələ gəlməsi qeyri-mümkündür.

2.Temperaturun qorunması. Quruda temperatur çox tez və böyük fərqlərlə dəyişir. Quru canlısının orqanizmindəki maddələr mübadiləsi bu yüksək temperatur fərqlərinə uyğunlaşır. Lakin dənizlərdə temperatur çox yavaş dəyişir və bu dəyişiklik qurudakı qədər böyük fərq əmələ gətirmir. Dənizlərdəki sabit temperatura uyğun orqanizmə malik olan bir canlı quruda yaşaya bilmək üçün qurudakı temperatur dəyişikliyinə uyğunlaşacaq tərzdə müdafiə sistemi qazanmalıdır. Şübhəsiz, balıqların quruya çıxar-çıxmaz təsadüfi mutasiyalar nəticəsində bu cür sistemə malik olduqlarını irəli sürmək cəfəngiyatdır.
3.Sudan istifadə. Canlılar üçün həyati əhəmiyyəti olan su quruda az tapılır. Bu səbəbdən suyun, hətta nəmin qədərincə istifadə edilməsi vacibdir. Məsələn, dəri su itirməyin və ya buxarlanmanın qarşısını alacaq formada olmalıdır. Canlı susama hissinə malik olmalıdır. Lakin əslində, suda yaşayan canlıların susama hissi yoxdur və dəriləri də susuz mühitə uyğun deyil.
4.Böyrəklər. Su canlıları başda ammonyak olmaq üzrə orqanizmlərində toplanan artıq maddələri olduqları mühitdə su bol olduqda dərhal süzərək atırlar. Şirin su hövzələrində yaşayan balıqlarda tərkibində azot olan artıq maddələrin çoxu (yüksək miqdarda ammonyak (NH3)) qəlsəmələrdən yayılma yolu ilə xaric olur. Böyrəklər ifrazat sisteminin bir hissəsi olmaqdan çox heyvanın su tarazlığını qorumağa yarayır. Dəniz balıqlarının iki qrupu var. Akulalar və skatlar (qığırdaqlı balıqlar) qanlarında çox yüksək səviyyədə sidik saxlaya bilirlər. Akulaların qanı digər onurğalılardakı 0,01-0,03% olan nisbətə qarşılıq 2,5% sidik saxlayır. Başqa qrup, məsələn, sümüklü balıqlar daha fərqlidir. Daim su itirirlər, ancaq dəniz suyunu içdikdən sonra duzdan təmizləyərək itirdikləri suyu bərpa edirlər. Orqanizmlərindəki ifrazat maddələrini xaric etmək üçün quruda yaşayan onurğalılarda olandan fərqli sistemlərə malikdirlər. Bu səbəbdən sudan quruya keçidin baş verməsi üçün onlar dərhal, bir anda böyrək sisteminə malik olmalıdırlar.
5.Tənəffüs sistemi. Balıqlar suda həll olmuş oksigeni qəlsəmələriylə qəbul edirlər. Sudan kənarda isə bir neçə dəqiqədən artıq yaşaya bilmirlər. Quruda yaşamaq üçün bir anda qüsursuz ağciyər sisteminə malik olmalıdırlar. Bütün bu fizioloji dəyişikliklərin eyni canlıda təsadüflər nəticəsində və eyni anda meydana gəlməsi isə, əlbəttə, qeyri-mümkündür.

