Həyatın Mənşəyi

Gerçək təbiət tarixi – I (Onurğasızlardan sürünənlərə)

Selakant (Cœlacanth) haqqındakı təkamülçü spekulyasiyalar

Oxu müddəti: ~2 dəq.

Selakant təsnifinə aid olan balıqlar bir zamanlar balıqlar və suda-quruda yaşayanlar arasında keçid forma dəlili hesab edilirdi. Təkamülçü bioloqlar bu canlının fosillərinə əsaslanaraq canlının bədənində ibtidai (tam funksiya yerinə yetirməyən) ağciyər olduğunu irəli sürmüşdülər. Bu bir çox elmi mənbədə verilir, hətta selakantı dənizdən quruya çıxarkən göstərən rəsmlər də dərc edilirdi. Bütün bunlar canlının nəsli kəsilmiş növ olması fərziyyəsinə əsaslanırdı.

Ancaq 22 dekabr 1938-ci ildə Hind okeanında çox maraqlı kəşf edildi. 70 milyon il əvvəl nəsli kəsilmiş keçid forması kimi tanıdılan selakant ailəsinin Latimeria cinsinə aid canlı üzvü açıq okeanda ələ keçdi! Selakantın “canlı” nümunəsinin tapılması, şübhəsiz, təkamülçülər üçün böyük şok idi. Təkamülçü paleontoloq C.L.B.Smit: “Yolda dinozavrla qarşılaşsaydım, bundan daha az təəccüblənərdim”, -demişdi.88 Sonrakı illərdə başqa ərazilərdə də 200-dən çox selakant tutuldu.

Əldə Selekantın sadəcə fosilləri olduğu halda, təkamülçü paleontoloqlar canlı haqqında həddidən artıq Darvinist fərziyyə
Əldə Selekantın sadəcə fosilləri olduğu halda, təkamülçü paleontoloqlar canlı haqqında həddidən artıq Darvinist fərziyyə ortaya atmışlar. Ancaq həmin balıqdan canlı tutulanda bütün fərziyyələr alt-üst oldu. Altda Selekantın canlı nümunələri görsənir. Sağdakı şəkil 1998-ci ildə İndoneziyada tutulan ən son Coelacanth nümunələrə aiddir.

Bu balıqların tutulmasıyla bu canlılar haqqındakı fərziyyələrin əsassızlığı da başa düşüldü. Selakant, iddiaların əksinə, nə ibtidai ağciyərə, nə də böyük beyinə malik idi. Təkamülçü tədqiqatçıların ibtidai ağciyər olduğunu düşündükləri orqan balığın orqanizmindəki yağla dolu üzvə qovuqcuğundan başqa bir şey deyildi.89 Habelə “sudan çıxmağa hazırlaşan sürünən namizəd” kimi tanıdılan selakantın, əslində, okeanın ən dərin sularında yaşayan və 180 metr dərinlikdən yuxarı qalxmayan balıq olduğu başa düşüldü.90

Bundan əlavə, selakantın təkamülçü KİV-lərdəki ad-sanı da aradan qalxdı. Piter Fori adlı təkamülçü paleontoloq “Təbiət” (Nature) jurnalında dərc edilən bir məqalədə bu barədə belə deyir:

Selakantların tetrapodların əcdadına yaxın olduğuna dair fikir uzun müddət boyu qəbul edildiyi üçün Latimerianın (canlı növünün) tapılması ilə balıqlardan suda-quruda yaşayanlara keçid haqqında birbaşa məlumatların əldə ediləcəyi ümid edilmişdi… Amma Latimerianın anatomiyası və fiziologiyası üzərində aparılan təhlillər fərz edilən bu əlaqənin sadəcə bir arzudan ibarət olduğunu və selakantın “itmiş halqa” kimi göstərilməsinin heç bir əsasının olmadığını üzə çıxardı.91

Beləliklə, balıqlar və suda-quruda yaşayanlar arasındakı yeganə keçid forma iddiası da əsassız oldu.

YÜZGEÇ İLE AYAK ARASINDAKİ FARKTəkamülçülərin,Selekant və ona oxşar balıqları quruda yaşayan calıların atası olaraq fərz
YÜZGEÇ İLE AYAK ARASINDAKİ FARKTəkamülçülərin,Selekant və ona oxşar balıqları quruda yaşayan calıların atası olaraq fərz etmələrinin əsil səbəbi , bu balıqları üzgəclərinin sümüklü olmasıdır. Bu sümüklərin zamanla ayaqlara çevrildiyi fərz edirldilər.Ancaq bu balıqların sümükləri ilə ichthyostega kimi quruda yaşayan canlıların ayaqlaqları arasında əsas bir fərq var: Selekant-da sümüklər 1-ci şəkildəki kimi onurğaya bitişik deyil. Ancaq ichthyostega-da sümüklər 2-ci şəkildəki kimi birbaşa onurğaya bitişikdir. Qısacası bu üzgəclərin yzvzş-yzvzş ayaqlara çevrilmələri iddiası tamamilə əsasızdır. Selekant-ın üzgəclərindəki sümüklərin quruluşu ilə ichthyostega-nın ayaqlarındakı sümüklərin quruluşu da 33-cü və 4-cü şəkildə görsəndiyi kimi cox fərqlidir.

İstinadlar

  1. Jean-Jacques Hublin, The Hamlyn Encyclopædia of Prehistoric Animals, New York: The Hamlyn Publishing Group Ltd., 1984, səh. 120. ↩
  2. http://www.nature.com/articles/srep30580 ↩
  3. “Bilim ve Teknik” jurnalı, noyabr 1998, 372-ci say, səh. 21 ↩
  4. P. L. Forey, Nature, cild 336, 1988, səh. 729. ↩