Həyatın Mənşəyi

Sosial darvinizm və əlverişli fərdlər yalanı

Allah qatında üstünlük irqə görə deyil, təqvaya görədir

Oxu müddəti: ~2 dəq.

İrqçiliyin dəhşəti yalnız nasistlərlə məhdudlaşmır. Dünyanın bir çox yerində irqçilik səbəbi ilə böyük fəlakətlər yaşanmış, yüz minlərlə insan irqçilik üzündən öldürülmüş, alçaldılmış, evlərindən, ailələrindən zorla alınıb kölə edilmiş və sözdə heyvan rəftarı görüb sonda ölümə tərk edilmiş, dərman təcrübələrində istifadə edilmiş, həyatları heçə sayılmışdır. Bu kitabda verilən nümunələr irqçiliyə əsaslanan vəhşiliyin və mərhəmətsizliyin sənədləşdirilmiş nümunələrindən yalnız bir neçəsidir.

Materialist nəzəriyyə olan darvinizmin nəzərdə tutduğu cəmiyyət quruluşunun necə olduğu yaxşı təsbit edilməlidir. Sosial darvinizm digər bütün materialist ictimai nəzəriyyələr kimi, insanın yalnız özünə qarşı məsul olan və öz mənfəətləri üçün yaşayan eqoist bir varlıq olduğunu qarşıya qoyduğu üçün, heç bir zaman fərdlərə və cəmiyyətə gözəl əxlaq və xoşbəxtlik qazandıra bilməz. İnsanın gözəl əxlaq və xoşbəxtlik qazanması üçün eqoist maraqlardan imtina etməlidir. Bunun necə olduğunu insana öyrədən isə Rəbbimizin əmri olan din əxlaqıdır. Quranda insana Allaha qarşı olan məsuliyyətləri və Onun razılığı üçün tabe olması gərəkən əxlaqi dəyərlər bildirilmişdir.

Əgər bir insan Allahın əmrlərinə, Allahın endirdiyi kitaba iman edib tabe olarsa, o zaman insanlara qarşı sevgi, mərhəmət və şəfqət bəsləyə bilər.

Allahdan qorxan, Allahı sevən və əmrlərinə itaət edən kəslər insanları Allahın yaratdığı bir varlıq olaraq sevər, onları irqlərinə, millətlərinə, tiplərinə, rənglərinə və dillərinə görə ayırmazlar. Hər birində Allahın yaratdığı bir gözəllik görər, bu gözəllikdən zövq alarlar. İnancları səbəbi ilə mehriban, mərhəmətli, qoruyucu insanlar olarlar. Darvinizmin yalanları ilə beyni yuyulan bir insan digər irqlərdən, millətlərdən nifrət edər; onları əzməkdən, hətta yox etməkdən zövq alar və çevrəsinə daima gərginlik, bədbəxtlik və qorxu gətirər. Budur, 19-cu və 20-ci əsrdəki irqçilik və imperializm darvinist dünyagörüşünün bir nəticəsidir.

Allah Quranda irqlərə görə ayrı-seçkiliyin edilməsini qadağan etmiş, insanların əxlaqları və imanları ilə Allah qatında üstün olacağını bildirmişdir:

Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır. Həqiqətən, Allah biləndir, xəbərdardır. (Hucurat surəsi, 13)