Oxu müddəti: ~6 dəq.

DÜNYA TARİXİNİN bir çox dövründə irqçi cəmiyyətlərə, idarəçilərə və tətbiqlərə rast gəlmək mümkündür. Ancaq irqçiliyə ilk dəfə sözdə elmi əsaslılıq qazandıran Darvin olmuşdur. Darvinin “Növlərin mənşəyi” adlı kitabının alt başlığı “Həyat mübarizəsində əlverişli fərdlərin qorunması” idi. Darvinin “əlverişli fərdlərin qorunması” haqqında yazdıqları və xüsusilə “İnsanın törəməsi” kitabındakı elmdən kənar iddiaları almanlardan aryan irqinin, ingilislərdən isə anqlo-saksonların üstün olduğu yanılmalarını dəstəkləyirdi. Ayrıca, Darvinin təbii seleksiya nəzəriyyəsi var gücü ilə həyatda qalma mübarizəsindən danışırdı. Bu “cəngəllik qanunu” insan cəmiyyətlərinə tətbiq olunduğunda irqlər və millətlər arasında qarşıdurma və müharibələrin baş verməsi qaçılmaz idi. Necə ki, elə də oldu. İrqçi və hərbçi idarəçilərdən fəlsəfəçilərə, siyasətçilərdən elm adamlarına qədər dövrün öndə gələn bir çox adı Darvinin nəzəriyyəsini mənimsədi. Şimali Karolina Universitetinin tarix bölməsindən professor K.A.Şloynes “Auşvitsə gedən dolaşıq yol” adlı kitabında irqçilərin Darvinin nəzəriyyəsini dərhal qəbul etdiklərini belə açıqlayır:
Darvinin həyatda qalma mübarizəsi fikri irqçilər tərəfindən sürətlə qəbul edildi… Ən son (sözdə) elmi düşüncələrin qanuniləşdirdiyi belə bir mübarizə irqçilərin müdafiə etdiyi yüksək və aşağı insan anlayışının doğruluğunu sübut etdi… və bunlar arasındakı mübarizəni əsaslı etdi.37
Şloynesin kitabında bəhs etdiyi “Darvinin nəzəriyyəsinin irqçilərin insan sinifləri ilə əlaqədar fikirlərini təsdiqləməsi” mövzusu, əlbəttə, irqçilərin dünyagörüşünü əks etdirir. İrqçi fikirləri müdafiə edənlər Darvinin ortaya atdığı iddialarla azğın fikirlərinə özlərinə görə elmi dayaq tapdıqlarını zənn etmişlər. Halbuki, Darvinin iddialarının heç bir elmi əsası olmadığı kimi, qısa müddət sonra nəzəriyyənin əsassızlığının şəxsən elm tərəfindən gözlər önünə gətirilməsi irqçilərin və Darvinin cəhalət dolu fikirlərini əsas alan daha bir çox cərəyanın yanıldıqlarını göstərmişdir.
20-ci əsrdə darvinizmdən aldığı dəstəklə irqçiliyi ən şiddətli şəkildə tətbiq edən güc, əlbəttə ki, nasist Almaniyasıdır. Lakin sözdə “elmi” irqçiliyin inkişaf etdiyi tək yer Almaniya olmadı. Başda İngiltərə və Amerika olmaqla, bir çox ölkədə irqçi görüşə sahib idarəçi və ziyalıların sayı getdikcə artarkən, bir tərəfdən də irqçi qanun və tənzimləmələr baş verdi.
19-cu əsrdə və 20-ci əsrin əvvəllərində təkamülçülərin demək olar hamısı irqçi düşüncələrə sahib idi. Bir çox elm adamı irqçi fikirlərini açıq şəkildə müdafiə etməkdən çəkinmirdi. O dövrdə yazılan kitab və məqalələr bunun ən dəqiq nümunələridir. Cənubi İllinoys Universitetində tarix professoru olan C.S.Hallar “Təkamüldən məhrum buraxılanlar: irqi alçaldılmağa elmi baxış” adlı kitabında 19-cu əsrdə təkamülçülərin hamısının ağ irqin üstünlüyü və digər irqlərin isə aşağı irq olduqları yalanına inandıqlarını bildirir. “Scientific American” jurnalında bu kitab haqqında yazılan bir məqalədə belə deyilir:
Bu, uzun müddətdir haqqında şübhələr olan bir mövzunu dəlilləndirən son dərəcə əhəmiyyətli kitabdır: şimali amerikalı elm adamlarının 19-cu əsr boyu (və 20-ci əsrdə də) köklü və qatı şəkildə demək olar ittifaqla qəbul etdikləri irqçilik… Hələ ən əvvəldən Afrika mənşəli amerikalılar bu ziyalılar tərəfindən bəzi yönlərdən islah edilə bilməz, dəyişdirilə bilməzdilər və tamamilə aşağı olaraq qiymətləndirilirdilər.38
“Science” jurnalında nəşr olunan başqa yazıda isə eyni kitabdakı bəzi iddiaları belə şərh edirdi:
Viktoriya dövründə yeni olan şey darvinizm idi… 1859-cu ilin əvvəlində bir çox elm adamı qaraların ağlarla eyni növdən olub-olmadığını araşdırmışdı. 1859-cu ildən sonra təkamüli plan (xüsusilə afrikalı amerikalıların ağlarla olan yaxın əlaqələrindəki mübarizələrində həyatda qalıb-qala bilməyəcəkləri kimi) yeni sualların ortaya atılmasına səbəb oldu. Son dərəcə əhəmiyyətli olan cavab hər yerdə əks-səda doğuran “xeyr” idi… Afrikalı aşağı idi, çünki meymunlarla tevtonlar arasındakı “itmiş halqanı” təmsil edirdi.39
Şübhəsiz, bu, heç bir həqiqət payı olmayan bir iddiadır. İnsanların dərilərinin fərqli rənglərdə olması, fərqli irq və ya etnik mənşələrə mənsub olması birini digərindən daha üstün və ya daha zəif edən vəziyyət deyil. 19-cu əsrdə bu yanılmanın hakim olmasının əsas səbəblərindən biri dövrün primitiv elmi şərtləri səbəbi ilə əksəriyyətə hakim olan cəhalətdir.
19 və 20-ci əsrin irqçi fikirləri ilə tanınan elm adamlarına verilə bilən nümunələrdən bir başqası Prinston Universitetindən amerikalı bioloq E.Q.Konklindir. Konklin digər irqçi darvinistlər kimi, yanlış fikirlərini açıq ifadə etməkdən çəkinməmişdir:
Hər hansı bir müasir irqin neandertal və ya heydelberq tipləri ilə müqayisə edilməsi bunu göstərir… Zənci irqlər ağ və sarı irqlərdən çox orijinal irqə (meymunabənzər atalara) bənzəyir. Hər amil ağ irqin üstünlüyünə inananları irqin saflığını qorumaq, digərlərindən seçilməsini gücləndirmək və davam etdirmək üçün səy göstərməyə yönəltməlidir.40
Oksford Universitetindən paleontologiya və geologiya professoru U.Sollas 1911-ci ildə nəşr olunan “Qədim ovçular” adlı kitabında irqçi fikirlərini belə ifadə etmişdi:
Ədalət güclünün əlindədir və hər irqə gücü nisbətində paylaşdırılmışdır. Bir torpağı işğal etmək üçün birincilik mənası daşımadığına baxmayaraq, orada haqq tələb etməyi təmin edən gücdən istifadədir. Buna görə, mümkün olan hər yolu sınayıb gücün artırılmasına getmək hər irqin olduğu qədər, insan soyunun da özünə qarşı bir vəzifəsidir. İstər elm, istər təhsil, istərsə də müdafiə təşkilatlanması sahələrində olsun, orqanik dünyanın güclü, lakin lütfkar hökmdarı olan təbii seleksiyanın bunu sürətlə və sona qədər reallaşdırmamağı, birbaşa bu vəzifənin yerinə yetirilməməyi bir cəza olacaq.41
Bunu ifadə etmək lazımdır ki, ədalətin güclü olana aid olduğunu söyləmək ictimaiyyət və cəmiyyətlər arası böyük xaoslara gətirib çıxaran ciddi yanlışlıqdır. Ədalət şərtləri və imkanlarından asılı olmayaraq rənginə, dilinə və cinsiyyətinə baxılmadan bütün insanların bərabər olaraq faydalanmasının lazım olduğu bir anlayışdır. Həqiqi ədalət də budur. Darvinist irqçilərin önə sürdüyü kimi, “ədalətin yalnız güclü olanlar üçün əsaslı olduğu” iddiası doğrunu heç bir şəkildə əks etdirməyən haqsızlıq və ədalətsizlikdir. Bundan başqa, unutmaq olmaz ki, hər fərd özü və içində yaşadığı cəmiyyət üçün hər şeyin daha gözəlini, daha yaxşısını, daha keyfiyyətlisini əldə etməyi istəyə bilər. Bunun üçün xüsusi əmək də sərf edə bilər. Amma bunu edərkən başqalarına zərər verməyi gözə almaq heç bir şəkildə doğru deyil. Bunun əksini iddia etmək həm ağıla, həm də vicdana ziddir.
Növbəti tarixlərdə irqçi olmadıqlarını söyləyən təkamülçülərin yazılarında da (təkamülə olan inanclarının təbii nəticəsi kimi) irqçi görüşlərə rast gəlinir. Bunlardan biri olan təkamülçü paleontoloq C.Q.Simpson hər nə qədər özünə irqçi deyilməsinə qəti qarşı çıxsa da, “Science” jurnalında nəşr olunan bir məqaləsində təkamül nəticəsində irqi fərqliliklərin meydana gəldiyini və bəzi irqlərin digərlərinə görə daha inkişaf etmiş və ya daha primitiv olduqlarını iddia etmişdir:
Təkamül fərqli birliklərdə fərqli sürətlərdə irəliləyir. Buna görə, bir çox heyvan qrupunda bəzi növlər daha yavaş təkmilləşir. Dolayısilə, bu növlər bu gün bəzi xüsusiyyətləri və hətta ümumi quruluşları baxımından daha primitivdirlər. Bir çoxlarının soruşduğu kimi, insan irqləri içərisində bənzər şəkildə bir yöndən və ya ümumiyyətlə, primitiv olanların olub-olmadığını soruşmaq təbiidir. Əslində, bir irqdə bir xüsusiyyətin digərinə nisbətlə daha inkişaf etmiş və ya daha primitiv olduğunu tapmaq mümkündür.42
Simpson tərəfindən ifadə edilən bu batil görüş heç bir elmi dayağının olmadığına baxmayaraq, fərqli çevrələr tərəfindən ideoloji qayğılarla mənimsəndi. Dövrün digər elm adamları da yazılarında, çıxışlarında və kitablarında təkamül nəzəriyyəsinin elmdən kənar iddialarını müdafiə edərkən bir tərəfdən də irqçiliyə dəstək verirdilər. 20-ci əsrin birinci yarısının öndə gələn irqçi və təkamülçü antropoloqlarından və o dövrün “Amerikan təbiət tarixi” muzeyinin rəhbəri H.Osborn da “İnsan irqlərinin təkamülü” başlıqlı yazısında irqlər arasında müqayisələr aparıb heç bir elmi dəlilə əsaslanmayan bəzi nəticələr qarşıya qoymuşdur:
Orta hesabla yetkin bir zəncinin zəka standartı homo sapiens (insan) növünə aid on bir yaşındakı bir gənc ilə bənzərdir.43
Bu elm adamlarının ifadələrində də göründüyü kimi, 19 və 20-ci əsrdə təkamülçü elm adamlarının çoxu irqçi idi və bu azğın görüşlərinin daşıdığı təhlükələr görməməzlikdən gəlinirdi. Amerikalı elm adamı C.Ferquson 19-cu əsrdə başlayan sözdə elmi təkamüli irqçiliyin dünya üzərindəki korlayıcı təsiri haqqında bunları deyir:
19-cu əsr Avropasında irq anlayışı inkişaf edən bəşəri elmlər üçün narahatlıq ünsürü idi… İlk fiziki antropoloqlar 1930-cu illərdə Almaniyada və günümüzdə cənubi Afrikada ənənəvi irqçiliyi qızışdıran “Aryan üstünlüyü” anlayışının inkişafına kömək etdilər.44
Təkamülçü S.C.Quld bir məqaləsində təkamülçü antropoloqların irqçi fikirləri üçün belə demişdir:
İrqlərin təyin olunması və dərəcələndirilməsii mövzusundakı istəyini qiymətləndirmədikcə… 19-cu əsrin sonunun və 20-ci əsrin əvvəlinin antropoloji tarixini kifayət qədər anlaya bilmərik.45
Təkamül nəzəriyyəsinin sözdə elmi əsaslılıq qazandırması ilə 19-cu və 20-ci əsr elm adamları çəkinmədən və tərəddüd etmədən “aşağı irqlər”, “insanlardan çox meymunlara daha yaxın olan irqlər” kimi xəyali anlayışlardan bəhs etmişdilər. Hitler kimi zalım irqçi diktatorlar isə bu mühiti fürsət bilib milyonlarla insanı özünə görə “aşağı”, “qeyri-kafi”, “qüsurlu”, “xəstə” olduqları üçün qətl etdilər.
İstinadlar
- Karl A. Schleunes, The Twisted Road to Auschwitz (Urbana, Illinios, University of Illinois Press, 1970), s. 30, 32; Jerry Bergman, Eugenics and Nazi Racial Policy, s. 118 ↩
- Sidney M. Mintz, American Scientist, vol.60, Mayıs/Haziran 1972, s. 387 ↩
- John C. Burham, Science, vol.175, 4 Şubat 1972, s. 506 ↩
- Edwin G. Conklin, The Direction of Human Evolution, New York, Scribner’s, 1921, s. 34 ↩
- http://www.ncl.ac.uk/lifelong-learning/distrib/darwin/08.htm ↩
- George Gaylord Simpson, “The Biological Nature of Man”, Science, vol.152, 22 Nisan, 1966, s. 475 ↩
- Henry Fairfield Osborn, “The Evolution of Human Races,” Natural History, Ocak/Şubat 1926; ikinci kez yayınlanışı Natural History, vol. 89, Nisan 1980, s. 129 ↩
- James Ferguson, “The Laboratory of Racism”, New Scientist, vol. 103, 27 Eylül 1984, s. 18 ↩
- Stephen Jay Gould, “Human Equality is a Contingent Fact of History”, Natural History, vol.93, Kasım 1984, s. 28 ↩
