Oxu müddəti: ~6 dəq.
Sosial darvinizmin irqlər arası qarşıdurmanın millətlərin irəliləməsinə kömək etdiyi yalanı müharibələrə də zəmin hazırlamışdır. Sosial darvinizmin məşhur olduğu Birinci Dünya Müharibəsindən əvvəlki dövrdə müharibə zəiflərin ələnməsi, güclülərin həyatda qalması, insan irqinin inkişaf edə bilməsi, ağırlıq və yük kimi görülən insanların yox edilməsi üçün sözdə “ən uyğun yol” olaraq görünürdü.
Tarix boyu insanlıq bir çox müharibə görmüşdür. Ancaq bu müharibələr, ümumiyyətlə, sərhədlərdə, mülki xalq birbaşa hədəf alınmadan müharibə edən ölkələrin orduları arasında baş verirdi. Sosial darvinist məqsədlərlə aparılan müharibələrdə isə əsl hədəf xalq idi. Çünki məqsəd sözdə uyğun olmayan, özlərinə görə aşağı olan milləti yox etmək və “lazımsız yerə çox olan” əhalini azaltmaq idi.
Birinci Dünya Müharibəsindən öncə müharibənin darvinist istinadlarının açıqlandığı yazı və nitqlərə tez-tez rast gəlinirdi. Nyu-York Amerikan Təbiət Tarixi Muzeyinin jurnalı “Natural History”nin baş redaktoru R.Milner Birinci Dünya Müharibəsində alman ziyalılarının darvinçi və döyüşçü fikirləri haqqında belə deyir:
Birinci Dünya Müharibəsi əsnasında alman ziyalılar təbii seleksiyanın qarşı qoyulmaz güc və onları hakimiyyət üçün qanlı mübarizəyə məcbur edən təbiət qanunu olduğuna inandılar. Siyasi və hərbi dərs kitabları Darvinin nəzəriyyələrini dünya hakimiyyəti üçün aparılan araşdırmanın elmi əsası olaraq inkişaf etdirdilər. Alman elm adamları və biologiya professorları isə buna tam dəstək verdilər.72
General F.V.Bernhardi də eyni illərdə “Sonrakı müharibə” adlı kitabında sosial darvinizmi təbliğ etmiş və müharibəni tərifləmişdi. Müharibənin bioloji zərurət olduğunu iddia edən Bernhardi dünyanı uyğun olmayanlardan təmizləməyin ən yaxşı yolunun müharibə olduğunu iddia etmişdi. Bernhardi: “Müharibə birinci növbədə əhəmiyyət daşıyan bioloji zərurətdir, insanlığın həyatında imtina edilməz nizamlayıcı ünsürdür. Müharibə gücü artırır və insanın inkişafını təşviq edir”, -deyirdi.73
Müharibənin nizamlayıcı ünsür olduğunu qarşıya qoymaq ağıl, məntiq və elmi bilgilərlə açıqlanan bir vəziyyət deyil. Müharibə böyük can və mal itkisinə səbəb olan, cəmiyyətlərin gələcəyi üçün əvəzinin verilməsi çətin bir fəlakətə səbəb olan dağıdıcı gücdür.
Buna baxmayaraq, davamlı müharibə və qətliamları sözdə mədəniyyətin gərəyi kimi görənlər döyüş çağırışlarına davam edirdilər. Məsələn, Bernhardi kitabının bir başqa yerində belə yazırdı:
Müharibə təkcə millətlərin həyatı üçün lazımi bir ünsür deyil, eyni zamanda, mədəniləşmiş bir millətin ən yüksək güc və canlılıq tapdığı mədəniyyətin imtina edilməz parçasıdır… Müharibə bioloji baxımdan haqlı qərarlar verir, çünki qərarları obyektlərin təbiətinə əsaslanır… Bu yalnız bioloji qanun olmaqdan başqa əxlaqi bir vəzifə və sivilizasiyanın imtina edilməz parçasıdır!74
Heç şübhəsiz, bu təlqinlərə aldananların ən böyük yanılmalarından biri insanın quruluşunun müharibəyə uyğun olduğunu və müharibənin insanlar üçün qaçılmaz olduğunu düşünmələri idi. Onlara görə, insanlar döyüşdükcə enerji və canlılıq qazanırdılar. Halbuki, bu, böyük bir yalandır. Allah insanları sülhdən hüzur tapan quruluşda yaratmışdır. Xaos və qarşıdurma insanın ruhunda böyük gərginlik və narahatlıqlara səbəb olur. İnsanın ictimai, iqtisadi və mədəni baxımdan ən sürətli inkişafı hüzur və təhlükəsizliyin hakim olduğu mühitlərdə mümkündür. Müharibə və qarşıdurma isə yalnız fəlakət və itki gətirir. Q.Himmelfarb “Darvin və darvinçi inqilab” adlı kitabında sosial darvinizmin müharibəyə baxış yönü haqqında bu açıqlamanı vermişdir:
Generallar üçün birinci növbədə müharibə ehtiyacları gəlirdi, imperialist macəralar və milli təcrübələr bundan sonra gəlirdi. Digərləri üçün isə vəziyyət tam əksinə idi: imperialist və milli maraqlar müharibəni və militarizmi gətirdi. Hətta elələri də var idi ki, müharibənin üstünlüklərini militarizm və millətçilik kimi məsuliyyətlər olmadan da sevirdilər; bu, ən saf halı ilə ön mühakiməsiz sosial darvinizm idi.75
Təkamülçü antropoloq və Darvinin həyatını yazan Sir Artur Kit də müharibə tərəfdarı olduğunu açıq şəkildə ifadə etmiş, fərdi şəkildə sülhü sevməsinə baxmayaraq, belə bir təcrübənin, yəni sülhün nəticələrindən qorxduğunu söyləyib olduqca səhv bir dünyagörüşü ifadə etmişdir. Beş əsr davam edən sülh dövründən sonra dünyanın neçə payız boyu budanmamış və sonsuz illər boyu nəzarət edilməyən hədsiz böyümə ilə üsyan edən meyvə bağına çevriləcəyi kimi məntiq xarici uzaqgörənlik etmişdir.76
Kitin sözləri darvinist təlqinlərin insanları nə qədər mərhəmətsizləşdirdiyinin bir göstəricisidir. Kit dünyanın zamanla “budanması”nın lazım olduğuna, yəni dünyanın güclənməsinə sözdə mane olan ünsürlərin kəsilib atılmasının lazım olduğuna inanırdı. Açıq şəkildə vəhşiliyi müdafiə edirdi. Kitin bəhs etdiyi budama müharibələr idi. Müharibələrdə ölənlər, yəni Kitin “atılması lazım olanlar” olaraq gördükləri isə yazıq qadınlar, kişilər və günahsız uşaqlar idi. Darvinizmin yalanlarına inananların bu günahsızlara acıması və sevgi, şəfqət duyması mümkün deyil. Çünki inandıqları nəzəriyyə onlara ağ irqi inkişaf etdirib gücləndirmək üçün lazım gəldikdə zəif görünənlərin yox ediləcəyi vicdansızlığını təlqin edir. Bu da tarix boyu bənzəri az görünən zalımlıqların yaşanmasına səbəb olmuşdur.
Odur ki, sosial darvinizmin müharibə haqqındakı bu yanlış şərhləri 19-cu əsrdən etibarən fasiləsiz davam edən müharibələrin, daxili qarşıdurmaların, döyüş və qırğınların əsas səbəblərindəndir. Sosial darvinizm haqqında heç bir şey bilməyən bəzi insanlar belə bu nəzəriyyəyə əsaslanan müharibə çağırışları nəticəsində sosial darvinizmin təsirinə düşmüşlər.
20-ci əsrin əvvəllərində isə yalnız bir qrup ideoloq deyil, jurnalistlərdən akademiklərə və siyasətçilərdən bürokratlara qədər bir çox insan müharibənin lazımlılığına inanmaqla yanılmışdılar.77 Yəni qadınların, uşaqların, yaşlıların və möhtac vəziyyətdəki insanların yox edilmələri, gənc insanların əhəmiyyət vermədən cəbhəyə aparılmaları sözdə insanlığın faydasına təşviq edilirdi.
Bu fikirləri yuxarı məqamlarda olanlar da bölüşürdülər. Məsələn, alman kansleri Betman-Holveq Birinci Dünya Müharibəsi başlayanda orta sinfin arasında məşhur olan slavyan və tevtonlar arasında qarşıdurmanın qaçılmaz olduğu haqqındakı fikri bölüşürdü.78 Kayzerin də eyni fikirləri bölüşdüyü bilinirdi. Bir çox tarixçinin qəbul etdiyi kimi, müharibənin qaçılmaz olduğu, aşağı irqlərin təmizlənməsi üçün təbii və faydalı olduğu yönündəki vicdan xarici iddia Birinci Dünya Müharibəsinin ən əhəmiyyətli səbəblərindən biri idi.
Faşizmin qabaqcılı sayılan alman fəlsəfəçi Nitsşe Almaniyada sosial darvinizmin ən öndə gələn müdafiəçilərindən biri idi. Nitsşenin sözlərində də Bernhardi ilə eyni səbəblərdən müharibə tərəfdarı olduğu açıq şəkildə görünürdü. Nitsşeyə görə, ideal ictimai sistem müharibəni hədəf almalı idi: “Kişilər döyüş üçün öyrədiləcəklər və qadınlar isə döyüşçülərin təkrar dünyaya gəlməsi üçün çalışacaqlar; bunun xaricində hər şey axmaqlıqdır”.79 Nitsşenin azğın dünyagörüşünə görə, həyat yalnız müharibədən ibarət idi və hər şey müharibə üçün idi.
Həm Darvinin, həm də Nitsşenin böyük pərəstişkarı olan Hitler onların döyüşçü fikirlərini tətbiq edən fanatik sosial darvinist idi. Hitler militarist düşüncələrini təkamül nəzəriyyəsi ilə birləşdirib belə demişdi:
Təbiətin hamısı güc və zəif arasındakı davamlı qarşıdurma və güclünün zəif üzərindəki sonsuzadək sürən zəfəridir.80
Hitler və bənzərlərinin iddia etdikləri bu fikirlər, əslində, böyük cəhalətin məhsulu idi. Militarist və təcavüzkar düşüncələrini özlərinə görə təkamül nəzəriyyəsi ilə birlikdə elmi zəminə oturtduqlarını zənn edənlər yalnız özlərini aldadırdılar. Necə ki, bu aldanışa arxalarından sürüdükləri on minlərlə insanla dünya tarixində bənzərsiz fəlakətin memarı oldular.
Yazıçı (və sionist hərəkatın qabaqcıllarından) Maks Nordau “Müharibənin fəlsəfəsi və əxlaqı” adlı məqaləsində Darvinin müharibə tərəfdarlarının ən öndə gələn adı olduğunu deyir:
Bütün müharibə tərəfdarları arasındakı ən böyük nüfuz Darvindir. Təkamül nəzəriyyəsinin elanından sonra təbii barbarlıqlarını Darvinin adı ilə gizlədir və qəlblərinin dərinliyindəki zalım instinktlərini elmin son sözü kimi göstərirdilər.81
Kolumbiya universitetində tarix dərsləri deyən C.Barzun “Darvin, Marks, Vaqner” adlı kitabında darvinizmin çatdığı hər yerdə militarizmi və müharibəni alovlandırdığını və müharibəni bir simvol halına gətirdiyini ifadə etmişdir:
Müharibə dünyadakı insani işlərin simvolu, imici, təşviqi, səbəbi və dili halına gəlmişdir. 1870-1914-cü illərin ədəbiyyatının əhəmiyyətli hissəsini araşdırmayan bir insan qan tökmək üçün edilən bitib-tükənməyən cəhdin bu ölçülərdə olduğunun fərqində ola bilməz. Əsrin ikinci yarısında ortaya çıxan xadimlər müharibəni sanki şeirləşdirmiş, müharibə arzusundan böyük həzz almışlar. İnsanlığın yaranma məqsədinin yalnız həyat mübarizəsi olduğunu və bu mübarizəni itirənlərin ölməsinin təbii qarşılanmasının lazım olduğunu müdafiə etmişlər…82
Barzun yenə eyni kitabında sosial darvinizmin irqçi və döyüşçü yönünün 19-cu əsrin sonlarından etibarən, xüsusilə Avropaya necə təsir etdiyini belə açıqlamışdır:
1870 və 1914-cü illərdə hər Avropa ölkəsində silahlanmanı istəyən bir müharibə partiyası, mərhəmətsiz rəqabət istəyən bir fərdiyyətçi partiya, geri qalmış insanlar üzərində sərbəst əl istəyən bir imperialist partiya, xaricilərə qarşı daxildən təsviyəni təmin edən bir sosialist partiya var idi… Bu partiyaların hamısı zəfəri qeyd etdiklərində və ya məğlub olduqlarında, hətta daha əvvəl də elmin təkrar canlanması mənasını verən Spenseri (sosial darvinizmin qurucusu) və Darvini dəstəkləmişdilər. İrq bioloji idi, sosioloji idi, darvinçi idi.83
Bir çox alim və yazıçının əsərlərində təsbit edib dilə gətirdikləri bu darvinist yalanlar 20-ci əsrin niyə müharibə, qətliam və soyqırımların əsri olduğunu açıqlayan ifadələrdir.
İstinadlar
- Richard Milner, Encyclopedia of Evolution: Humanity’s Search for Its Origin, s. 59 ↩
- Oscar Levy, Complete Works of Nietzsche, 1930, Vol. 2, s. 75 ↩
- Richard Hofstadter, Social Darwinism in American Thought, s. 197; Gertrude Himmelfarb, Darwin and the Darwinian Revolution, s. 417 ↩
- Richard Hofstadter, Social Darwinism in American Thought, s. 197; Gertrude Himmelfarb, Darwin and the Darwinian Revolution, s. 417 ↩
- Arthur Keith’in, Machin’in Darwin’s Theory Applied to Mankind adlı kitabına yazdığı önsözden, s. Viii; Gertrude Himmelfarb, Darwin and the Darwinian Revolution, s. 417 ↩
- W. Carr, A history of Germany 1815-1990, 4. Baskı, s. 205; Ernst Haeckel, Der Kamkpf um den Entwicklungs-Gedanken, 1905 ↩
- W. Carr, A History of Germany 1815-1990, 4. Baskı, s. 208 ↩
- Oscar Levy, Complete Works of Nietzsche, 1930, Vol. 2, s. 75 ↩
- H. Enoch, Evolution or Creation, 1966, s. 147-148 ↩
- Max Nordau, “The Philosophy and Morals of War”, North American Review, 169 (1889), s. 794 ↩
- Jacques Barzun, Darwin, Marx, Wagner, Garden City, New York, Doubleday, 1958, s. 92, 93 ↩
- Jacques Barzun, Darwin, Marx, Wagner, s. 92-95 ↩
