Həyatın Mənşəyi

Məlumat nəzəriyyəsi və materializmin sonu

Təbiətdəki məlumatın mənşəyi

Oxu müddəti: ~2 dəq.

Elmin ortaya çıxardığı bu nəticəni təbiətə uyğunlaşdırdığımızda isə çox əhəmiyyətli faktlarla qarşılaşarıq. Çünki təbiət DNT nümunəsində olduğu kimi hədsiz məlumatla doludur və bu məlumat maddəyə reduksiya edilməyəcəyinə görə maddə üstü qaynaqdan gəlir.

Təkamül nəzəriyyəsinin ən öndə gələn müdafiəçilərindən biri olan Corc C.Uilyams bir çox materialistin və təkamülçünün görmək istəmədiyi bu həqiqəti qəbul edir. Uilyams materializmi uzun illər boyu müdafiə etsə də, 1995-ci il tarixli yazısında hər şeyin maddə olduğunu fərz edən materialist (reduksiya tərəfdarı) yanaşmanın yanlışlığının belə ifadə edir:

Təkamülçü bioloqlar iki fərqli sahədə çalışdıqlarını indiyə qədər fərq edə bilmədilər. Bu iki sahə maddə və məlumatdır… Bu iki sahə “reduksiya” olaraq bildiyimiz düsturla əsla bir araya gətirilə bilməz… Genlər maddi obyekt olmaqdan çox məlumat paketidir… Biologiyada genlər, genotiplər və gen hovuzları kimi anlayışlardan bəhs etdiyinizdə məlumat haqqında danışmış olarsınız, fiziki obyektlər haqqında deyil… Bu vəziyyət məlumat və maddənin mövcudiyyətin iki fərqli sahəsi olduğunu göstərir və bu iki fərqli sahənin mənşəyi də ayrı-ayrı araşdırılmalıdır.385

Buna görə də təbiətdəki məlumatın qaynağı da materialistlərin zənn etdiyinin əksinə olaraq maddənin özü ola bilməz. Məlumatın qaynağı maddə deyil, fövqəlmaddi üstün Ağıldır. Bu Ağıl maddədən əvvəl var. Maddə Onunla var olmuş və təşkil edilmişdir.

Dünyanın ən əhəmiyyətli universitetlərinin önündə gələn MTİ-də (Massachusetts Institute of Technology) fizika və biologiya fakültələrində çalışmış və eyni zamanda “The science of God” (Allahın elmi) adlı məşhur kitabın yazıçısı olan yəhudi alim Cerald Şrederin bu mövzu haqqında olduqca əhəmiyyətli izahları var. Şreder “Science reveals the ultimate truth” (Elm mütləq həqiqəti ortaya qoyur) adlı yeni kitabında molekulyar biologiya və kvant fizikası kimi elm sahələrinin ortaya qoyduğu nəticəni belə ifadə edir:

Bir şüur, universal ağıl bütün kainatı əhatə etmiş vəziyyətdədir. Atom altı maddələrin təbiətini araşdıran elmi görüşlər bizi təəccübləndirən nəticəyə gətirmişdir: Var olan hər şey bu ağlın təzahürüdür. Laboratoriyalarda bunun əvvəl fiziki olaraq enerji kimi əlavə olunan və sonradan maddəni formalaşdıran məlumat olduğunu təcrübə edirik. Hər parça, atomdan insana qədər hər varlıq bu məlumatın, bu ağlın bir mərhələsini təmsil edir.386

Şrederə görə dövrümüzün əldə etdiyi elmi nəticələr elm və teologiyanın ortaq nöqtədə birləşməsini təmin etmişdir. Bu, yaradılış gerçəyidir. Elm bəşəriyyətə ilahi dinlər tərəfindən min illərdir ki, çatdırılan bu həqiqəti kəşf etmə məqamına gəlmişdir.

İstinadlar

  1. George C. Williams, The Third Culture: Beyond the Scientific Revolution, ed. John Brockman, New York, Simon & Schuster, 1995, səh. 42-43. ↩
  2. Gerald Schroeder, The Hidden Face of God, Touchstone, New York, 2001, səh. xi. ↩