Oxu müddəti: ~1 dəq.

Kateqoriyanın əvvəlki fəsillərində də qeyd etdiyimiz kimi, təkamül nəzəriyyəsinin əsasında materialist fəlsəfə durur. Materializm var olan hər şeyin yalnız maddə olduğu fərziyyəsinə əsaslanır. Bu fəlsəfəyə görə, maddə sonsuzdan bəri var, həmişə var olacaq və maddədən başqa bir şey də yoxdur. Materialistlər bu iddialarına dəstək təmin etmək üçün “reduksiya” adlandırılan məntiqdən istifadə edirlər. Reduksiya maddə kimi görünməyən şeylərin də, əslində, maddi faktorlarla açıqlana biləcəyi düşüncəsidir.
Bunu açıqlamaq üçün zehin nümunəsini verək. Məlum olduğu kimi, insanın zehni “əllə tutulan, gözlə görünən” bir şey deyil. Bundan əlavə, insan beynində “zehin mərkəzi” də yoxdur. Bu vəziyyət bizi istər-istəməz zehinin maddə üstü anlayış olduğu nəticəsinə aparır. Yəni “mən” dediyimiz, düşünən, sevən, əsəbiləşən, kədərlənən, zövq alan və ya əzab çəkən varlıq, bir kreslo, bir masa və ya bir daş kimi maddi varlıq deyil.
Materialistlər isə zehnin “maddəyə reduksiya edilə bilən” olduğu iddiasındadırlar. Materialist iddiaya görə bizim düşünməyimiz, sevməyimiz, kədərlənməyimiz və bütün digər zehni fəaliyyətlərimiz, əslində, beynimizdəki atomlar arasında meydana gələn kimyəvi reaksiyalardan ibarətdir. Bir insanı sevməyimiz beynimizdəki bəzi hüceyrələrdəki kimyəvi reaksiya, bir hadisə qarşısında qorxmağımız bir başqa kimyəvi reaksiyadır. Məşhur materialist filosof Karl Foqt bu məntiqi: “Qaraciyər necə öd mayesi ifraz edirsə, beyin də düşüncə ifraz edir“, -deyə bildirmişdir.383
Halbuki öd mayesi, əlbəttə, bir maddədir, amma düşüncənin maddə olduğunu göstərən heç bir dəlil yoxdur.
Reduksiya məntiq icra etmədir. Ancaq məntiq icra etmə düzgün təməllərə də, yanlış təməllərə də əsaslana bilər. Bu səbəbdən bizim üçün əhəmiyyətli olan sual budur: Materializmin təməl məntiqi olan “reduksiya” elmi məlumatlarla müqayisə edildikdə ortaya hansı nəticə çıxır?
XIX əsrin materialist alimləri və ya mütəfəkkirləri bu suala asanlıqla “elm reduksiyanı təsdiqləyir” cavabının verilə biləcəyini sanırdılar. Ancaq XX əsr elmi ortaya çox fərqli həqiqəti çıxarmışdır.
Bu həqiqət təbiətdə var olan və əsla maddəyə reduksiya edilməz olan “məlumat”dır.
İstinadlar
- Encyclopædia Britannica, “Modern Materialism”. ↩
