Həyatın Mənşəyi

Məlumat nəzəriyyəsi və materializmin sonu

Maddə ilə məlumatın fərqi

Oxu müddəti: ~2 dəq.

Canlıların DNT-də çox geniş məlumatın olduğuna əvvəlki hissələrdə toxunmuşduq. Millimetrin yüz mində biri qədər kiçik bir yerdə bir canlı bədəninin bütün fiziki detallarını təsvir edən sanki “məlumat bankı” var. Bundan əlavə, canlı bədənində həm də bu məlumatı oxuyan, şərh edən və buna görə “istehsal” həyata keçirən sistem mövcuddur. Bütün canlı hüceyrələrinin DNT-də olan məlumat müxtəlif fermentlər tərəfindən “oxunur” və bu məlumata görə zülal çıxarılır. Bədənimizdə hər saniyə lazım olan yer üçün lazımlı növdə milyonlarla zülalın istehsalı bu sistemlə reallaşır. Bu sistem sayəsində ölən göz hüceyrələrimiz göz hüceyrələri, qan hüceyrələrimiz qan hüceyrələri ilə yenilənir.

Burada materializmin iddiasını düşünək: görəsən, DNT-dəki məlumat materialistlərin iddia etdiyi kimi maddəyə reduksiya edilə bilərmi? Yaxud başqa sözlə desək, DNT-nin yalnız bir maddə yığını olduğu və ehtiva etdiyi məlumatın da maddənin təsadüfi qarşılıqlı təsiri ilə ortaya çıxdığı qəbul edilə bilərmi?

f
DNA-dakı məlumatın təsadüflərlə və təbii mərhələlərlə əmələ gəlməsi imkansızdır.

DNT-dəki məlumatın təsadüflərlə və təbii proseslərlə yaranması qeyri-mümkündür.

XX əsrdə aparılan bütün elmi araşdırmalar, bütün təcrübə nəticələri və bütün müşahidələr bu suala qəti olaraq “xeyr” cavabı verilməsinin lazım olduğunu göstərir. Alman Federal Fizika və Texnologiya İnstitutunun idarəçisi prof. dr. Verner Citt bu mövzuda bunları söyləyir:

Hər hansı bir kodlaşdırma sistemi hər zaman zehni fəaliyyətin məhsuludur. Bir nöqtəyə diqqət yetirilməlidir. Maddə məlumat kodu çıxara bilməz. Bütün təcrübələr məlumatın ortaya çıxması üçün azad iradəni, mühakiməni və yaradıcılığı istifadə edən bir ağlın var olduğunu göstərir… Maddənin məlumat ortaya çıxara bilməsini təmin edəcək heç bir məlum olan təbiət qanunu, fiziki proses və ya maddi hadisə yoxdur… Məlumatın maddə içində öz-özünə ortaya çıxmasını təmin edən heç bir təbiət qanunu və fiziki proses yoxdur.384

Verner Cittin sözləri son 20-30 il içində inkişaf edən və termodinamikanın bir hissəsi olaraq qəbul edilən “məlumat nəzəriyyəsi”nin gəldiyi nəticələrdəndir. Məlumat nəzəriyyəsi kainatdakı məlumatın quruluşunu və mənşəyini araşdırır. Məlumat nəzəriyyəçilərinin uzun araşdırmaları sayəsində əldə etdikləri nəticə isə budur: “Məlumat maddədən ayrıdır. Maddəyə əsla reduksiya edilə bilməz. Məlumatın və maddənin qaynağı ayrı-ayrı araşdırılmalıdır”.

Məsələn, bir kitabın qaynağını düşünək. Bir kitab kağızdan, mürəkkəbdən və içindəki məlumatdan meydana gəlir. Diqqət yetirilsə, kağız və mürəkkəb maddi ünsürlərdir. Qaynaqları da yenə maddədir: Kağız sellülozadan, mürəkkəb isə müxtəlif kimyəvi maddələrdən əldə edilir. Ancaq kitabdakı məlumat maddi bir şey deyil və maddi qaynağı ola bilməz. Hər kitabdakı məlumatın qaynağı o kitabı yazmış müəllifin zehnidir.

Bu zehin kağız və mürəkkəbin necə istifadə ediləcəyini də təyin edir. Bir kitab əvvəlcə o kitabı yazan müəllifin zehnində meydana gələr. Yazıçı zehnində məntiqləri qurar, cümlələri düzər. Bunları ikinci mərhələdə maddi formaya salar. Yəni bir makina və ya kompüterdən istifadə edərək zehnindəki məlumatı hərflərə çevirər. Sonra da bu hərflər mətbəədə kağız və mürəkkəbdən ibarət kitaba çevrilər.

Buradan da bu ümumi nəticəyə gələ bilərik: “Əgər bir maddə məlumat ehtiva edirsə, o zaman o maddəni ərsəyə gətirən üstün məlumat sahibi bir Ağıl vardır. Bütün kainatdakı qüsursuz dizaynı var edən uca Rəbbimiz olan Allahdır”.

İstinadlar

  1. Werner Gitt, In the Beginning Was Information, CLV, Bielefeld, Germany, səh. 107, 141. ↩