Həyatın Mənşəyi

Homologiya xətası

Morfoloji homologiya iddiasının əsassızlığı

Oxu müddəti: ~4 dəq.

Təkamülçülərin homologiya tezisi oxşar morfologiyalara (formalara) malik bütün canlılar arasında təkamül xarakterli əlaqə qurma məntiqinə əsaslanır. Halbuki aralarında heç bir təkamül xarakterli əlaqə qura bilmədikləri növlərin də bir-birlərinə çox bənzəyən (homoloji) orqanları var. Qanad buna misaldır. Məməli növü olan yarasada qanad var, quşlarda qanad var, milçəklərdə də qanad var, bundan başqa, keçmişdə yaşamış uçan sürünənlərdə də var. Lakin bu dörd fərqli sinif arasında təkamülçülər hər hansı təkamül əlaqəsi, qohumluq qura bilmirlər.

Osminoqlar təkamülçülərin iddia etdikləri “nəsil ağacı”na görə insana ən uzaq canlılardan biridir. Ancaq bu canlının göz
Osminoqlar təkamülçülərin iddia etdikləri “nəsil ağacı”na görə insana ən uzaq canlılardan biridir. Ancaq bu canlının gözü ilə insan gözü tamamilə eyni quruluşdadır. Bu hal oxşar quruluşların təkamülə sübut olmadığının göstəricisidir.

Buna dair digər nümunə isə fərqli canlıların gözlərindəki heyrətləndirici bənzərlik və quruluş cəhətdən oxşarlıqdır. Məsələn, osminoq (səkkizayaqlı ilbiz) və insan aralarında heç bir təkamül əlaqəsi qurula bilməyən çox fərqli canlılardır. Lakin hər ikisinin də gözləri forma və funksiya baxımından bir-birinə çox yaxındır. İnsanla osminoqun oxşar gözlərə malik ortaq əcdadları olduğunu isə təkamülçülər iddia edə bilmirlər.

Bu vəziyyət qarşısında təkamülçülər bu orqanların “homoloji” (ortaq əcdaddan törəyən) orqanlar deyil, “analoji” (aralarında təkamül əlaqəsi olmadığı halda, bir-birinə çox bənzəyən) orqanlar olduğunu söyləyirlər. Məsələn, insan gözü ilə osminoq gözü onların fikrinə görə analoji orqandır. Ancaq bir orqanı homoloji kateqoriyaya, yoxsa analoji kateqoriyaya aid edəcəkləri sualı tamamilə təkamül nəzəriyyəsinin ehkamlarına əsasən cavablanır. Bu isə bənzərliklərə əsaslanan təkamülçü iddianın elmi cəhəti olmadığını göstərir. Təkamülçülərin etdiyi yeganə şey doğru hesab etdikləri təkamül doqmasına əsasən qarşılarına çıxan tapıntıları şərh etməkdən ibarətdir.

Lakin verdikləri izah olduqca əsassızdır. Çünki “analoji” hesab etdikləri orqanlar bəzən həddindən artıq kompleks formalarına baxmayaraq, bir-birlərinə o qədər bənzəyir ki, bu bənzərliyin təsadüfi mutasiyalar nəticəsində əmələ gəldiyini irəli sürmək böyük məntiqsizlikdir. Əgər osminoqun gözü təkamülçülərin iddia etdikləri kimi təsadüfən əmələ gəlmişsə, necə olur ki, onurğalı gözü eyni təsadüfləri təkrarlayaraq üzə çıxır? Bu sualı düşünməkdən “başı ağrıyan” məşhur təkamülçü Frenk Solsberi belə yazır:

Başda kenqurular olmaqla, Avstraliya qitəsində yaşayan məməlilərin hamısı “kisəlilər” sinfinə daxildir. Təkamülçülərə gö
Başda kenqurular olmaqla, Avstraliya qitəsində yaşayan məməlilərin hamısı “kisəlilər” sinfinə daxildir. Təkamülçülərə görə, dünyanın digər bölgələrindəki ətənəli məməlilərlə heç bir təkamül əlaqələri yoxdur.
Uçan sürünən, quş və yarasa qanadları. Arada heç bir təkamülçü əlaqə qurula bilməyən bu qanadlar oxşar quruluşa sahibdir
Uçan sürünən, quş və yarasa qanadları. Arada heç bir təkamülçü əlaqə qurula bilməyən bu qanadlar oxşar quruluşa sahibdirlər.

Göz qədər kompleks orqan belə müxtəlif canlılarda ayrı-ayrı ortaya çıxmışdır. Məsələn, osminoqda, onurğalılarda və buğumayaqlılarda. Bunların bir dəfəyə əmələ gəlmələrini açıqlamaq kifayət qədər problem yaradır, müasir sintetik (neo-darvinist) nəzəriyyəyə əsasən, mərhələlərlə, ayrı-ayrı necə meydana gəldiklərini düşünmək isə başımı ağrıdır.283

Təkamülçü nəzəriyyəyə əsasən, qanadlar da bir-birindən asılı olmadan dörd dəfə “təsadüfən” meydana gəlmişdir: həşəratlarda, uçan sürünənlərdə, quşlarda və uçan məməlilərdə (yarasalarda). Təbii seçmə və mutasiya mexanizmləri ilə açıqlana bilməyən qanadların dörd dəfə ayrı-ayrı əmələ gəlmələri, həm də əmələ gələn qanadların bir-birinə bənzəmələri təkamülçü bioloqlar üçün başqa bir başağrısına səbəb olur.

Bu mövzuda təkamülçü tezisi çıxılmaz vəziyyətə salan ən konkret nümunələrdən biri də məməlilərdədir. Müasir biologiyanın ortaq qəbuluna əsasən, bütün məməlilər üç əsas kateqoriyaya bölünür: ətənəlilər, kisəlilər və kloakalılar (yumurta ilə çoxalan məməlilər). Təkamülçülər bu fərqin məməlilər hələ ilk dəfə meydana gəldikdə əmələ gəldiyini və hər üç kateqoriyanın bir-birlərindən tamamilə azad şəkildə ayrı təkamül tarixi keçirdiyini güman edirlər. Ancaq maraqlıdır ki, ətənəlilər və kisəlilər arasında bir-birlərinin, demək olar ki, eynisi olan “cütlər” var. Kisəli canavarlar, pişiklər, sincablar, qarışqayeyənlər, köstəbəklər və siçanlar həm ətənəlilər kateqoriyasında, həm də kisəlilər kateqoriyasında bir-birlərinə çox bənzər formaları ilə mövcuddurlar.284 Yəni təkamül nəzəriyyəsinə əsasən, bir-birləri ilə tamamilə əlaqəsiz mutasiyalar bu canlıları iki dəfə “təsadüfən” əmələ gətirməlidirlər! Bu həqiqət təkamül baxımından başağrısından daha böyük sıxıntılara səbəb olan problemdir.

Hemologiyanı rədd edən məməlilər Tazmanya kurdunun KafatasıKuzey Amerika kurdunun kafatasıTasmaniya və Şimali Amerika caHemologiyanı rədd edən məməlilər Tazmanya kurdunun KafatasıKuzey Amerika kurdunun kafatasıTasmaniya və Şimali Amerika caHemologiyanı rədd edən məməlilər Tazmanya kurdunun KafatasıKuzey Amerika kurdunun kafatasıTasmaniya və Şimali Amerika ca
Hemologiyanı rədd edən məməlilər Tazmanya kurdunun KafatasıKuzey Amerika kurdunun kafatasıTasmaniya və Şimali Amerika canavarı. Kisəli məməlilərlə plasentalı məməlilər arasında “ekiz” növlərin olması homologiya iddiasına böyük bir zərbədir. Məsələn, yuxarıdakı kisəli Tasmaniya canavarı ilə Şimali Amerikada yaşayan plasentalı canavar bir-birlərinə çox oxşayırlar. Sağda bu iki canlının bir-birinə oxşar kəllə sümüklərini görürsünüz. Heç bir təkamül qohumluğu iddia edilə bilinməyən iki canlı arasında bu qədər oxşarlığın olması hemologiya iddiasını əsassız edir.

Ətənəli və kisəli məməlilər arasındakı maraqlı bənzərliklərdən biri Şimali Amerika canavarı ilə Tasmaniya canavarı arasındadır. Bu canlılardan birincisi ətənəlilər, ikincisi isə kisəlilər sinfinə aiddir. Təkamülçü bioloqlar bu iki fərqli canlı növünün tamamilə ayrı təkamül tarixinə malik olduqlarına inanırlar.285 (Avstraliya qitəsinin və ətrafındakı adaların Antarktidadan ayrılmasından etibarən kisəli və ətənəli məməlilərin əlaqələrinin kəsildiyi güman edilir və bu dövrdə heç bir canavar növü yoxdur). Ancaq maraqlısı budur ki, Tasmaniya canavarı ilə Şimali Amerika canavarının skelet quruluşları, demək olar ki, tamamilə eynidir. Xüsusilə kəllə sümükləri arxa səhifədəki şəkildə göründüyü kimi bir-birlərinə həddindən artıq oxşardır.

Təkamülçü bioloqların “homologiya”ya nümunə hesab etmədikləri bu cür qeyri-adi bənzərliklər oxşar orqanların ortaq əcdaddan təkamül yolu ilə törəmə tezisinə dəlil olmadığını göstərir. Daha da maraqlısı budur ki, bəzi canlılarda da bunun tam tərsi müşahidə edilir. Yəni təkamülçülər tərəfindən çox yaxın qohum hesab olunduğu halda, bəzi orqanları tamamilə fərqli formalara malik canlılar var. Məsələn, xərçəngkimilər sinfindəki növlərin çox böyük hissəsində “qırılma tipli” büllurlu göz quruluşu var. Xərçəngkimilərin təkcə iki qrupu – omar və krevet isə bu göz quruluşundan tamamilə fərqli olan “əks etdirmə tipli” şüşəli gözə malikdir. (Bax: Sadələşdirilməz komplekslik fəsli).

Böyük dişlərə sahib olan və bir-biri ilə heç bir əlaqəsi olmayan iki məməli. Plasentalı və kisəli məməlilər arasındakı f
Böyük dişlərə sahib olan və bir-biri ilə heç bir əlaqəsi olmayan iki məməli. Plasentalı və kisəli məməlilər arasındakı fövqəladə oxşar “ekiz”lərə başqa bir nümunə: yırtıcı məməli Smibdon (sağda) və Thylacosmilusdur (solda). Hər ikisi böyük qabaq dişlərə sahib olan və heç bir təkamülçü əlaqənin qurulması mümkün olmayan bu canlıların kəllə sümükləri və diş quruluşlarının oxşar olması bənzər quruluşlara sahib olan canlıların təkamülə sübut olaraq təqdim olunan hemologiya anlayışını cıxılmaz vəziyyətə salır.

İstinadlar

  1. Frank Salisbury, “Doubts About the Modern Synthetic Theory of Evolution”, American Biology Teacher, sentyabr 1971, səh. 338. ↩
  2. Dean Kenyon, Davis Percical, Of Pandas and People: The Central Question of Biological Origins (Dallas: Haughton Publishing, 1993), səh. 33. ↩
  3. Dean Kenyon, Percival Davis, Of Pandas and People, səh. 117. ↩