Həyatın Mənşəyi

Oxu müddəti: ~1 dəq.

YER ÜZÜNDƏKİ müxtəlif canlı növlərini nəzərdən keçirən hər insan bu növlər arasında bəzi oxşar orqan və xüsusiyyətlər olduğunu müşahidə edə bilər. XVIII əsrdən etibarən bioloqların diqqətini çəkən bu faktı təkamül nəzəriyyəsi ilə əlaqələndirən ilk şəxs isə Darvin olmuşdur. Darvin oxşar (homoloji) orqanlara malik canlıların bir-birləri ilə təkamül xarakterli əlaqəsi olduğunu və bu canlıların bir ortaq əcdaddan gəldiyini irəli sürmüşdür. Onun fikrincə, məsələn, göyərçinlərin də qanadları var, qartalların da qanadları var, deməli, göyərçinlər, qartallar və bunlar kimi bütün quşlar ortaq bir əcdaddan təkamül yolu ilə törəmişlər.

Lakin homologiya heç bir dəlilə əsaslanmayan, ancaq xarici görünüşlərə əsasən ortaya atılmış səthi fərziyyədir. Bu fərziyyə Darvindən dövrümüzə qədər heç bir konkret kəşf ilə təsdiqlənməmişdir. Əvvəla, homoloji formalara malik canlıların təkamülçülər tərəfindən irəli sürülən xəyali ortaq əcdadlarının fosillərinə yer üzünün heç bir təbəqəsində rast gəlinməmişdir. Bundan əlavə:

  • Təkamülçülərin heç bir təkamül əlaqəsi qura bilmədikləri, tamamilə fərqli siniflərə aid canlılarda belə ortaq homoloji orqanların olması,
  • Homoloji orqanlara malik olan canlılarda bu orqanların genetik şifrələrinin çox fərqli olması,
  • Homoloji orqanlara malik canlılarda bu orqanların embrioloji inkişaf mərhələlərinin bir-birindən çox fərqli olması homologiyanın təkamülə heç bir əsas təşkil etmədiyini göstərmişdir.

İndi bunları sıra ilə təhlil edək.