Həyatın Mənşəyi

Fosil arxivi

Fosil qeydləri

Oxu müddəti: ~6 dəq.

Ortadan kəsilmiş ammonit qabığı
Ortadan kəsilib cilalanmış ammonit qabığı: daxili kameralar və dalğalı sutura xətləri

Fərqli canlı növlərinin ortaq bir əcdaddan gəldikləri iddiası müşahidə biologiyasının tapıntıları tərəfindən dəstəklənmədiyi üçün, bu mövzuya işıq tutacaq əsas elm sahəsi paleontologiya, yəni fosil elmidir. Təkamül tarixdə baş verdiyi iddia edilən bir prosesdir və bizə canlılığın tarixi haqqında məlumat verəcək yeganə elmi mənbə də fosil tapıntılarıdır. Məşhur fransız zooloq Pierre Grassé bu barədə belə deyir:

Təbiətşünaslar unutmamalıdırlar ki, təkamül prosesi yalnız fosil qeydləri vasitəsilə üzə çıxır… Yalnız paleontologiya (fosil elmi) təkamül mövzusunda sübut yarada bilər və təkamülün inkişafını və mexanizmlərini göstərə bilər.1

Təkamül nəzəriyyəsinə görə bütün canlılar bir-birindən törəmişdir. Əvvəlcədən var olan bir canlı növü zamanla digərinə çevrilmiş və bütün növlər bu şəkildə ortaya çıxmışdır. Nəzəriyyəyə görə bu çevrilmə yüz milyonlarla illik uzun bir zaman kəsiyini əhatə etmiş və mərhələ-mərhələ irəliləmişdir. Bu halda, iddia edilən uzun çevrilmə prosesi daxilində saysız “ara növlər”in yaranmış və yaşamış olması gərəkir (bax: Keçid forma və fosil iddiaları).

Hətta bu ara keçid formalarının sayının bu gün bildiyimiz heyvan növlərinin sayından belə çox olması lazımdır. Necə ki, Darvin də bu vəziyyətin nəzəriyyəsi üçün böyük bir çıxılmaz vəziyyət yaratdığını “Növlərin mənşəyi” kitabının “Nəzəriyyənin çətinlikləri” (Difficulties on Theory) adlı bölməsində belə izah etmişdir:

Əgər həqiqətən növlər o biri növlərdən yavaş inkişaflarla törəmişsə, nə üçün saysız ara keçid formasına rast gəlmirik? Nə üçün bütün təbiət bir qarışıqlıq halında deyil də, tam olaraq müəyyən olunmuş və yerli-yerindədir? Saysız ara keçid forması olmalıdır, lakin nə üçün yer üzünün sayılmayacaq qədər çox təbəqəsində basdırılmış olaraq tapa bilmirik… Nə üçün hər geoloji quruluş və hər təbəqə belə əlaqələrlə dolu deyil? Geologiya yaxşı dərəcələnmiş bir proses ortaya çıxarmır və bəlkə də bu, mənim nəzəriyyəmə qarşı irəli sürüləcək ən böyük etiraz olacaqdır.2

Darvinizmin iddiası: bir ortaq əcdaddan tədricən budaqlanan həyat ağacı

Təkamül nəzəriyyəsi əsas canlı qruplarının (tiplərin, yəni filumların) tək bir ortaq əcdaddan doğub, zaman daxilində fərqlənərək inkişaf etdiyini iddia edir. Yuxarıdakı sxem bu iddianı ifadə edir: darvinizmə görə canlılar getdikcə budaqlanan bir ağac kimi bir-birindən ayrılmış olmalıdırlar.

Fosil qeydləri isə bunun tam əksini göstərir. Aşağıdakı sxemdə göründüyü kimi, fərqli canlı qrupları yer üzündə bir anda və fərqli quruluşları ilə ortaya çıxmışdır.

Fosil qeydləri: əsas canlı qrupları Kembri dövründə birdən ortaya çıxır

Kembri dövründə 100-ə yaxın əsas canlı tipi (filum) bir anda peyda olmuşdur. Daha sonra bu canlı tiplərinin sayı artmamış, əksinə, azalmışdır (çünki bəzi canlı tiplərinin nəsli kəsilmişdir).

“Ara formalar gələcəkdə tapılacaq” arqumenti

Ara form fosillərinin yoxluğu qarşısında Darvinin XIX əsrdə müdafiə etdiyi “ara formalar indi yoxdur, amma yeni araşdırmalarla tapıla bilər” arqumenti bu gün keçərli deyil. Günümüzdəki paleontoloji məlumatlar fosil qeydlərinin fövqəladə dərəcədə zəngin olduğunu göstərir. Dünyanın fərqli bölgələrindən əldə edilmiş milyardlarla fosil nümunəsinə baxılaraq 250 min fərqli canlı növü təyin olunmuşdur. Bu növlər hazırda yaşamaqda olan təxminən 1,5 milyon növə fövqəladə dərəcədə bənzərdir.3 Bu dərəcədə zəngin fosil mənbəyinə baxmayaraq heç bir ara forma tapılmamışkən, yeni qazıntılarla ara formaların tapılması mümkün görünmür. Qlazqo Universitetinin paleontologiya professoru T. Neville George bu həqiqəti illər əvvəl belə qəbul etmişdir:

Fosil qeydlərinin (təkamül baxımından) zəifliyini ortadan qaldıracaq bir izah vermək artıq mümkün deyil. Çünki əlimizdəki fosil qeydləri son dərəcə zəngindir və yeni kəşflərlə yeni növlərin tapılması qeyri-mümkün görünür… Hər cür kəşfə baxmayaraq, fosil qeydləri hələ də (növlərarası) boşluqlardan ibarət olmağa davam edir.4

Amerika Təbii Tarix Muzeyinin məşhur paleontoloqu Niles Eldredge isə Darvinin “fosil qeydləri qeyri-kafidir, ara formaları ona görə tapa bilmirik” iddiasının keçərli olmadığını belə izah edir:

Bütün sübutlar fosil qeydlərinin ortaya qoyduğu nəticənin doğru olduğunu göstərir: (fosil qeydlərində) gördüyümüz boşluqlar həyatın tarixindəki real hadisələri əks etdirir, bunlar qeyri-kafi fosil toplusunun nəticəsi deyil.5

Qaya divarında iri spiral ammonit

Elm dünyasındakı yanlış təəssürat

Çox insan fosil qeydlərindən bəhs edildikdə, bu qeydlər ilə Darvinin nəzəriyyəsi arasında müsbət bir əlaqə olduğu təəssüratına düşür. Lakin bu yanılmadan “Science” jurnalındakı bir məqalədə belə bəhs edilir:

Təkamül biologiyası və paleontologiya sahələrinin kənarında qalan çox sayda yaxşı təhsil almış alim, təəssüf ki, fosil qeydlərinin darvinizmə çox uyğun olduğu kimi səhv bir fikrə düşmüşdür. Bu, böyük ehtimalla ikinci dərəcəli mənbələrdəki fövqəladə sadələşdirmədən qaynaqlanır: aşağı səviyyəli dərsliklər, yarıpopulyar məqalələr və s… Digər tərəfdən, böyük ehtimalla bir qədər qərəzli təfəkkür də dövrəyə girir. Darvindən sonrakı illərdə onun tərəfdarları bu istiqamətdə (fosillər sahəsində) irəliləyişlər əldə etməyi ümid etmişdilər. Bu irəliləyişlər əldə edilməmiş, lakin yenə də nikbin gözlənti davam etmiş və bir sıra xəyal məhsulu fantastik ideyalar dərsliklərə qədər daxil olmuşdur.6

Eldredge və Tattersall isə bu barədə belə mühüm bir rəy bildirirlər:

Ayrı-ayrı növlərə aid fosillərin fosil qeydlərində olduqları müddət ərzində dəyişiklik göstərmədikləri, Darvinin “Növlərin mənşəyi”ni nəşr etdirməsindən əvvəl belə paleontoloqlara məlum olan bir həqiqətdir. Darvin isə gələcək nəsillərin bu boşluqları dolduracaq yeni fosil tapıntıları əldə edəcəyini kəhanət etmişdir… Aradan keçən 120 ildən artıq müddət ərzində aparılan bütün paleontoloji araşdırmalar nəticəsində fosil qeydlərinin Darvinin bu kəhanətini doğrultmayacağı aydın görünən hala gəlmişdir. Bu, fosil qeydlərinin qeyri-kafiliyindən qaynaqlanan bir problem deyil. Fosil qeydləri açıq-aydın sözügedən kəhanətin yanlış olduğunu göstərir.

Növlərin təəccüblü şəkildə sabit olduqları və uzun zaman kəsikləri boyunca həmişə durğun qaldıqları müşahidəsi “Kralın təzə libası” nağılındakı bütün xüsusiyyətləri özündə cəmləşdirir: hər kəs bunu görmüş, lakin görməzlikdən gəlməyi üstün tutmuşdur. Darvinin qabaqcadan gördüyü mənzərəni inadla rədd edən fosil qeydləri ilə qarşı-qarşıya qalan paleontoloqlar bu həqiqətə açıq-aşkar üz çevirmişlər.7

Amerikalı paleontoloq S. M. Stanley də fosil qeydlərinin ortaya qoyduğu bu həqiqətin elm dünyasına hakim olan darvinist doqma tərəfindən necə nəzərdən qaçırıldığını və qaçırılmağa məcbur edildiyini belə izah edir:

Məlum olan fosil qeydləri mərhələli təkamüllə uyğun deyil və heç bir zaman da uyğun olmamışdır. Maraqlı olan odur ki, bir sıra tarixi şəraitlər vasitəsilə bu mövzudakı müxalifət gizlədilmişdir… Paleontoloqların çoxu əllərindəki sübutların Darvinin kiçik, yavaş və mərhələli dəyişikliklərin yeni növ əmələ gəlməsini təmin etdiyi istiqamətindəki vurğusu ilə ziddiyyət təşkil etdiyini hiss etmişdir… lakin onların bu düşüncəsi susdurulmuşdur.8

İstinadlar

  1. Pierre Grassé, Evolution of Living Organisms, New York, Academic Press, 1977, s. 82 ↩
  2. Charles Darwin, The Origin of Species, s. 172, 280 ↩
  3. David Day, Vanished Species, Gallery Books, New York, 1989 ↩
  4. T. N. George, “Fossils in Evolutionary Perspective”, Science Progress, vol. 48, January 1960, s. 1, 3 ↩
  5. N. Eldredge and I. Tattersall, The Myths of Human Evolution, Columbia University Press, 1982, s. 59 ↩
  6. Science, July 17, 1981, s. 289 ↩
  7. N. Eldredge and I. Tattersall, The Myths of Human Evolution, Columbia University Press, 1982, s. 45–46 ↩
  8. S. M. Stanley, The New Evolutionary Timetable: Fossils, Genes, and the Origin of Species, Basic Books, New York, 1981, s. 71 ↩