Oxu müddəti: ~1 dəq.
Quran əxlaqında qadınla kişinin arasında heç bir fərq yoxdur. Allah Quranda qadınlara və kişilərə bərabər məsuliyyətlər vermiş, hamısını eyni mövzulardan məsul tutmuşdur. Bir insanı Allah qatında onun qadın və ya kişi olması üstün etmir. Onu üstün edən Allah qorxusu, Allaha olan dərin sevgisi, bağlılığı və gözəl əxlaqıdır. Rəbbimiz bir ayəsində qadın və ya kişi olmasından asılı olmayaraq, yaxşı və gözəl davrananların əxlaqlarının qarşılığını ən gözəl şəkildə alacağını belə xəbər vermişdir:
Mömin olmaqla bərabər, yaxşı işlər görən kişilər və qadınlar cənnətə daxil olarlar. Onlara xurma çərdəyi qədər haqsızlıq edilməz! (Nisa surəsi, 124)
Allah Quranda kişi və qadın olmasından asılı olmayaraq, iman edən hər bir şəxsə xas olan xüsusiyyətləri belə açıqlamışdır:
Mömin kişilərlə mömin qadınlar bir-birinə dostdurlar. Onlar yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edər, namaz qılıb zəkat verər, Allaha və Peyğəmbərinə itaət edərlər. Allah, əlbəttə ki, onlara rəhm edəcəkdir. Allah, həqiqətən, yenilməz qüvvət sahibi, hikmət sahibidir! (Tövbə surəsi, 71)
Allahın ayədə bildirdiyi kimi, hər insanın cinsiyyəti nəzərdə tutulmadan məsuliyyətləri eynidir. Bu vəzifələri nöqsansız yerinə yetirən, yalnız Allaha yönələn və Allahdan qorxub çəkinən qadın və kişiləri Allah belə müjdələmişdir:
Rəbbi də onların dualarını qəbul edərək cavab verdi: “İstər kişi, istərsə də qadın olsun, Mən heç birinizin əməlini puça çıxarmaram…. (Ali-İmran surəsi, 195)
Darvinistlərin meyar kimi götürdüyü zehni xüsusiyyətlər Allahın insanlara cinsi ayrı-seçkilik olmadan verdiyi qabiliyyətlərdir. Allah bir ayədə “Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O, sizə haqla nahağı ayırd edən (bir nur) verər…” (Ənfal surəsi, 29) buyurur. Allahın ayədə bildirdiyi kimi, mühakimə qabiliyyəti və dolayısilə ağıl cinsiyyətə görə deyil, Allah qorxusuna görə formalaşır.
İmanın qazandırdığı ağıl ilə hərəkət edən hər insan qadın və kişi olmasına baxmayaraq, bir çox mövzuda müvəffəqiyyət əldə edə bilər, üstün xüsusiyyətlər qazana bilər. Səmimi iman edən insan isə ən çox Allahın rizasını, rəhmətini və cənnətini qazanmaq üçün səy göstərər.
İstinadlar
- Doç. Dr. Haydar Sur, Sağlık Hizmetlerinin Geçmişi ve Gelişimi, http://www.merih.net/m1/whaysur12.htm
