Həyatın Mənşəyi

Qadınları alçaldan nəzəriyyə

Elm Darvini bir daha yenə təkzib edir

Oxu müddəti: ~1 dəq.

Darvin və bəzi müasirləri nə qədər kəllə ölçmələri aparıb insanları irq və cinsiyyətinə görə “aşağı” və ya “üstün” adı ilə təsnif etsələr də, Darvinin bir çox iddiası kimi, bu da indiki dövrdə elm tərəfindən əsassız edilmişdir. Kəllə və beyin böyüklüyünün zəka və ya zehni güclə müəyyən əlaqəsinin olmadığı aydın olmuşdur.

Beyin böyüklüyü ilə zəkanın düz mütənasib olmadığı, əslində, təbiətdə açıq şəkildə görünür. Məsələn, fillərin və balinaların beyni insan beyni ilə müqayisədə çox böyükdür. Ancaq insanın bütün bu canlılardan daha ağıllı olduğu aydındır. Bundan başqa, dövrümüzdə insanların kəllə həcmi 700 sm3 ilə 2.200 sm3 arasında dəyişir.156 Lakin bu fərqliliklər insan zəkalarının arasındakı fərqliliyi təyin edən xüsusiyyətlər deyil.

Kəllə ölçmələrindən başqa, genetika elmi də Darvinin qadın və kişi arasındakı fərqliliklərlə əlaqədar iddialarının doğru olmadığını ortaya çıxarmışdır. İrsiyyət qanunlarına görə, kişi həm qız, həm də oğullarına genlərini köçürə bilir. Əgər kişi Darvinin iddia etdiyi kimi bioloji yöndən üstün xüsusiyyətlərə sahibdirsə, onda onun qız uşağı da bioloji olaraq eyni üstün xüsusiyyətlərə sahib olar, dolayısilə, həm qadın və həm də kişilər eyni xüsusiyyətləri paylaşa bilər. Ancaq Darvin və müasirləri genetika elmi haqqında heç bir şey bilmirdilər. Hətta Darvin bir növün qazandığı xüsusiyyətlərin yalnız bir cinsdən gəldiyini önə sürə biləcək qədər bu mövzuda bilgisiz idi.157 Darvin bundan başqa, dahilik, təxəyyül və məntiq kimi üstün xüsusiyyətlərin qızdan çox oğlana köçürüldüyünü qarşıya qoyacaq qədər cahil açıqlamalar vermişdir.158

İstinadlar

  1. Wayne Jackson, More Skull-Duggery, 7 Ekim 2002, http://www.christiancourier.com/penpoints/skullDuggery.htm ↩
  2. John Hurrell Crook, “Sexual Selection, Dimorphism, and Social Organization in the Primates,” in Campbell (Ed.), Sexual Selection and the Descent of Man 1871-1971 Chicago: Aldine Publishing Company, 1972 ↩
  3. Charles Darwin, The Descent of Man and Selection in Relation to Sex, New York: D. Appleton and Company, 1871 (1896 baskısı), s.565 ↩