Həyatın Mənşəyi

Darvinin ardıcılları – “oğru baronlar”

Darvinizmin biznes dünyasındakı təxribatı

Oxu müddəti: ~5 dəq.

Vəhşi kapitalizmin müdafiəçiləri olan iş adamlarının bir çoxu, əslində, Allaha inanan kəslər kimi yetişdirilmişdilər. Ancaq sonradan darvinizmin saxta təlqinlərinin təsiri altında qalıb inanclarını tərk etmək yanlışlığına düşdülər. Məsələn, 19-cu əsrdə polad sənayesinin öndə gələn adlarından məşhur amerikalı iş adamı A.Karnegi əvvəllər xristianlığa bağlı idi, ancaq sonradan darvinizmin hiyləsinə aldanmışdı. Karnegi avtobioqrafiyasında özünün və bir çox yoldaşının darvinizmin təsirinə necə düşdüyünü açıq şəkildə ifadə edirdi.

Halbuki, Karneginin həqiqət kimi gördüyü təkamül nəzəriyyəsi başdan sona böyük hiylə və saxtakarlıqdan ibarət idi. Növbəti illərdə elm dünyasında yaşanan inkişaflar bu hiylənin həqiqi üzünü gözlər önünə gətirdi. Necə ki, o dövrdə bir çox insan kimi bəzi iş adamları da hələ bu həqiqəti anlaya bilməmişdilər. Karnegi ilə eyni səhvə yol verən başqa iş adamları da darvinist təlqinlər nəticəsində vəhşi kapitalizmi qəbul etmişdilər. Bu vəziyyət daha çox pul qazanmaq üçün amansız rəqabət aparmağı, insanların həyatına dəyər verməməyi, fədakarlıqdan qaçmağı məqbul görməyə səbəb oldu.

Darvinizm yanılmasına düşən Karnegi rəqabəti həyatın vazkeçilməz qanunu sanmış və bütün həyat fəlsəfəsini bu yanılmanın üzərinə qurmuşdu. Rəqabət qanununun bəzi insanlar üçün çətin olsa da, irq üçün ən yaxşısı olduğunu və bu sayədə yalnız uyğun olanların həyatda qaldığını iddia edirdi.27

Karnegini ilk olaraq darvinizmlə tanış edənlər Nyu-York Universitetindən bir professorun evində qarşılaşdığı yeni insanlıq dini axtarışında olan sözdə azad və aydınlanmış mütəfəkkirlər idi.28 Karneginin yaxın çevrəsindəkilərdən biri də Darvinin təqibçilərindən və sosial darvinizmin ən əhəmiyyətli adlarından H.Spenser idi. Spenser bir çox öndə gələn amerikalı iş adamını təsiri altına almışdı. Söz mövzusu iş adamları içində olduqları şərtlərin təsiri ilə Spenser və Darvinin azğın düşüncələrini mənimsəyir, bunun özlərini və yaşadıqları cəmiyyəti necə bir çətinliyə sürüyəcəyini düşünə bilmirdilər.

Amerika təbiət tarixi muzeyinin antropoloqu və “Təkamül ensiklopediyası”nın yazıçısı R.Milner dövrün iş adamlarının darvinizmin təsirinə düşmələrindən bəhs edərkən Karneginin darvinizmlə olan əlaqəsini belə bildirir:

… Karnegi ticarət həyatında insanı və dünyanı istismar edən, rəqabətdə əzib keçən və etdiklərini sosial darvinizm fəlsəfəsi ilə qanuniləşdirən, güclü və mərhəmətsiz iş adamı olmaq yolunda yüksəldi. Təşəbbüskar rəqabətin zəifləri ortadan qaldırıb cəmiyyətə xidmət göstərdiyinə inanırdı. İş həyatında həyatda qalmağı bacaranlar “uyğun idi” və buna görə, status və mükafatlarına layiq idilər. Karnegi kapitalist əxlaqını təbiət qanunu halına gətirdi.29

Karnegi və onun kimi düşünən iş adamlarının güclü və mərhəmətsiz olmağı ticarətin bir parçası kimi görmələri böyük bir səhvdir. İnsanların dolanışıqlarını təmin etmələri, rahat və komfortlu həyat yaşamaları üçün ticari fəaliyyət göstərmələri son dərəcə təbiidir. Ancaq bu əsnada digər insanların zərər görməsinə səbəb olmaq, öz mənfəətləri uğruna digər insanların çətin vəziyyətdə qalmasına göz yummaq, öz gücünü artırmaq üçün daha zəif olanları əzməyə cəhd etmək heç bir şəkildə qəbul edilə bilməz. Allah insanlara hər mövzuda olduğu kimi, ticarətdə də dürüst və doğru davranmalarını, ehtiyac içində olanların haqlarını qorumalarını əmr etmişdir. Gücsüz olanları əzib, hətta onları tamamilə ortadan qaldırmağı hədəfləyib cəmiyyətin faydası məqsədini qarşıya qoymaq isə böyük yalandan başqa bir şey deyil.

Karnegi növbəti illərdə də söhbət və çıxışlarında, həmçinin kitab, məqalə və fərdi yazışmalarında həmişə darvinist ifadələrə yer vermişdir. Tarixçi F.Cozef “Endrü Karnegi” adlı kitabında bu mövzuda belə deyir:

Karnegi yalnız nəşr olunan məqalə və kitablarında deyil, eyni zamanda, dövrünün iş adamlarına yazdığı xüsusi məktublarında da sosial darvinist inanc sisteminə tez-tez isnad edirdi. “Ən uyğun olanın həyatda qalması”, “fərdin inkişafı” və “həyat mübarizəsi” kimi cümlələr qələmindən asanlıqla çıxırdı. Ticarəti böyük rəqabətçi mübarizə kimi qiymətləndirirdi.30

Sosial darvinizmin təlqinləri altında qalanlardan biri də məşhur amerikalı sənaye sahibi C.D.Rokfeller idi. Rokfellerin “Ticarətin böyüməsi yalnız uyğun olanın həyatda qalması… bir təbiət qanununun həyata keçməsidir…”31 sözləri də bu durumun göstəricilərindən biridir.

Darvinizmin iş dünyasına təsirinin ən nəzərə çarpan nümunələrindən birini Spenserin Amerika səyahətində görmək mümkündür. R.Hofştadter “Amerikan düşüncəsində sosial darvinizm” adlı kitabında bu hadisəni belə açıqlayır:

Hər nə qədər qonaqları Spenserin düşüncəsindəki incəlikləri tam olaraq anlaya bilməsələr də, rəsmi ziyafətlər onun Birləşmiş Ştatlarda nə qədər məşhur olduğunu göstərirdi. Spenser İngiltərəyə dönmək üçün gəmi göyərtəsində ikən Karnegi və Youmansın əllərini tutaraq jurnalistlərə belə səsləndi: “Budur, amerikalı ən yaxşı iki yoldaşım”. Spenserə görə, bu hərəkət hiss etdiyi xüsusi istiliyin nadir təkrarlanan göstəricisi idi. Ancaq, bundan başqa, ticari mədəniyyətin düşüncəsi ilə yeni elmin (sosial darvinizmin) uyğunlaşmasını işarə edirdi.32

Bəzi kapitalistlərin sosial darvinizmi mənimsəmələrinin səbəblərindən biri də bu cərəyanın yanlış təlqinlərinin kasıbların məsuliyyətini varlı insanların üzərilərindən götürməsi idi. Əxlaqi dəyərlərin qorunduğu cəmiyyətlərdə zəngin olanların kasıb və qorunmağa möhtaclara maraq göstərməsi, onlara kömək etməsi gözlənilərkən, sosial darvinizmin mərhəmətsiz tətbiqləri ilə bu dəyər ortadan götürülməyə çalışılırdı. Elmi yazıçı A.Azimov “Qızıl qapı: 1876-cı ildən 1918-ci ilə Birləşmiş Ştatlar” adlı kitabında sosial darvinizmin bu mərhəmətsiz yönü üçün belə açıqlama vermişdir:

Spenser “ən uyğun olan həyatda qalır” ifadəsini ortaya atdı və məsələn, 1884-cü ildə işləyə bilməyəcək xüsusiyyətə malik olan və ya cəmiyyətə yük olan insanlara kömək və xeyriyyəçilik etməkdənsə, öldürülmələrinə icazə verilməsinin lazım olduğunu müdafiə etdi. Bunu etmək üçün uyğun olmayan fərdləri ayırd etmək və irqi gücləndirmək lazım idi. Bu, insanın ən pis hədəfini qanuniləşdirmək üçün istifadə edilən qorxunc bir fəlsəfə idi.33

Vəhşi kapitalizmi tətbiq edən adlar darvinizmi dəstəkləyərkən darvinistlər də söz mövzusu insanları dəstəkləmişlər. Məsələn, sosial darvinizmin öndə gələn nümayəndələrindən U.Q.Samner milyonerlərin cəmiyyətdəki “ən uyğun kəslər” olduqları iddiasını ortaya atmışdır. Və bu səbəblə xüsusi imtiyazlara haqlarının olduğu, onların rəqabət putasında təbii olaraq seçildikləri kimi məntiqdən kənar fikirlər irəli sürmüşdür.34 Fəlsəfə professoru S.Asma sosial darvinizmlə əlaqədar “The Humanist” jurnalındakı bir yazısında Spenserin kapitalistlərə verdiyi dəstəyi belə açıqlayır:

Spenser “ən uyğun olan həyatda qalır” ifadəsini ortaya atdı, Darvin də bu ifadəni mənimsəyib “Növlərin mənşəyi” kitabının sonrakı nəşrlərində istifadə etdi… Spenserin amerikalı tərəfdarları olan təşəbbüskarlar C.D.Rokfeller və A.Karnegiyə görə, sosial iyerarxiya təbiətin sarsılmaz və ümumdünya qanunlarını əks etdirirdi. Təbiət güclünün həyatda qaldığı, zəifin isə yox olduğu şəkildə inkişaf edirdi. Buna görə, həyatda qalan iqtisadi və sosial strukturlar digərlərinə nisbətən daha güclü və daha yaxşı idilər. Bu strukturların kifayət qədər güclü olmayanları isə açıq şəkildə yox olub getdilər.35

Halbuki, daha əvvəl də vurğuladığımız kimi, cəmiyyətlərin inkişafını təmin edən ana ünsür mənəvi dəyərlər və bu dəyərlərin qorunmasıdır. Köməkləşmə və həmrəylik ruhunun güclü olduğu, insanların bir-birinə sevgi, mərhəmət və hörmətlə yanaşdığı cəmiyyətlərdə iqtisadi şərtlərdəki çətinliklər birlik ruhu içində asanlıqla həll edilə bilər. Amma insani əlaqələrin ortadan qalxdığı, hər kəsin başqasını yalnız rəqib olaraq gördüyü, mərhəmətin və anlayışın olmadığı bir cəmiyyətdə iqtisadi yöndən inkişaf olsa da, daha böyük zəiflədici və dağıdıcı problemlər başlayar. Buna görə də cəmiyyətdəki bütün fərdlərin rifah səviyyəsini və həyat keyfiyyətini artıran işlər görüb insanların yalnız iqtisadi olaraq deyil, mənəvi yöndən də güvənlikdə olacağı mühit meydana gətirmək lazımdır. Bunun isə ancaq həqiqi din əxlaqının yaşanması ilə mümkün olacağı müəyyəndir. Din əxlaqına uyğun olmayan heç bir cərəyan və ideologiya keçmişdə və dövrümüzdə bir çox nümunəsi ilə isbat edildiyi kimi, insanlara həsrətində olduqları rifah, hüzur və etibarı əsla verə bilməzlər.

İstinadlar

  1. Kenneth Hsu, The Great Dying; Cosmic Catastrophe, Dinosaurs and the Theory of Evolution., New Yokr, Harcourt, Brace, Jovanovich, 1986, s. 10 ↩
  2. Joseph F Wall, Andrew Carnegie, New York, Oxford University Press, 1970, s. 364 ↩
  3. Richard Milner, Encyclopedia of Evolution: Humanity’s Search for Its Origin, New York, Facts on File, 1990, s. 72 ↩
  4. Joseph F Wall, Andrew Carnegie, s.389 ↩
  5. William Ghent, Our Benevolent Feudalism, New York, Macmillan, 1902, s. 29 ↩
  6. Richard Hofstadtler, Social Darwinism in American Thought, s. 49 ↩
  7. Isaac Asimov, The Golden Door: The United States from 1876 to 1918, Boston, Houston Mifflin Company, 1977, s.94 ↩
  8. Richard Milner, Encyclopedia of Evolution, 1990, s.412 ↩
  9. Stephen T. Asma, “The New Social Darwinism: Deserving Your Destitution.”, The Humanist, 1993, 53(5), s. 11 ↩