Həyatın Mənşəyi

Darvinin ardıcılları – “oğru baronlar”

Darvinist sahibkarların zülmü

Oxu müddəti: ~2 dəq.

19-cu əsrdə İngiltərədə başlayaraq bütün dünyaya yayılan sənaye inqilabı ilə yanaşı, yeni fabriklər qurulmuş və bu fabriklərdə maşınlardan istifadə edilməyə başlanmışdı. Ancaq insan həyatına, xüsusilə də işçilərin həyatına heç bir dəyər verməyən bəzi müəssisə sahibləri lazımi təhlükəsizlik tədbirləri almadıqlarından tez-tez zədələnmələr olurdu. Bu zədələnmələrin çoxu ölümlə və ya əllərin, barmaqların, yaxud qolların qopması kimi ciddi əlilliklərlə nəticələnirdi. 1900-cü illərdə ildə bir milyon işçinin öldüyü, yaralandığı və ya xəstələndiyi müəyyən edilmişdi.19

Həyatı boyu fabrikdə çalışan bir işçi üçün orqanını itirmək demək olar ki, qaçılmaz bir son idi. İşçilər arasında aparılan araşdırmalar yarısından çoxunun iş həyatı boyunca qol və ayaq itkisindən görmə və ya eşitmə itkisinə qədər çox ciddi zədələndiklərini və ya xəstələndiklərini ortaya çıxarmışdı. Məsələn, sərt çıxıntılı papaq emal edən işçilər civədən zəhərlənirdilər. Radiumlu boyadan istifadə edən işçilərin, demək olar ki, hamısı sonradan xərçəng olurdular.20

Bəzi sahibkarlar iş şərtlərinin və yaşanan qəzaların tamamilə fərqində olmalarına baxmayaraq şərtləri yaxşılaşdırmaq üçün heç bir tədbir görmürdülər. Polad emal edən metaltökmə zavodlarında çalışan bir çox işçilər 12 saatlıq növbələrdə, 40-50 dərəcə istilikdə və çox aşağı ödənişlərlə çalışırdılar.21 1892-ci ildə ABŞ prezidenti B.Harrison orta hesabla bir amerikan işçinin hər gün müharibədəki əsgər qədər təhlükə ilə qarşı-qarşıya olduğunu söyləyib işçilərin məruz qaldığı insanlıq xarici müamilədən söz açmışdı.22

Bəzi kapitalist iş adamları insan həyatını asan xərclənən kimi görürdülər. Təkcə dəmiryolu inşaatları əsnasında pis şərtlər səbəbi ilə yüzlərlə insan həyatını itirmişdi.23 İnsan həyatına heç dəyər verilmədiyini göstərən ən təəccüblü nümunələrdən biri də amerikalı iş adamı C.P.Morqanın mərhəmətsizliyidir. C.P.Morqan bir ədədi 3,5 dollardan 5000 ədəd xarab tüfəng alıb biri 22 dollar olmaqla, ABŞ ordusuna satmışdı. Yəni öz dövlətinin ordusunu aldadıb öz əsgərlərinin həyatını təhlükəyə atacaq qədər əxlaqi dəyərlərini itirmişdi. Tüfənglərdəki pozuntu səbəbi ilə onlardan istifadə edən əsgərlərin baş barmağı qopurdu.24 Bu tüfənglər üzündən yaralanan əsgərlər C.P.Morqanı məhkəməyə verdilər, lakin uduzdular. Çünki o dövrdə məhkəmələr, ümumiyyətlə, oğru baronların lehinə qərar verirdilər.25

Dövrün kapitalist sahibkarlarından birisinin özünə işçiləri üçün qoruyucu dam tikməsini söyləyənlərə işçilərin kirəmitlərdən daha ucuz olduğu cavabını verməsi dövrün mərhəmətsizliyinin bir başqa nümunəsidir.26

Bütün bu zalımlığın təməli araşdırıldığında darvinizmin təsiri açıq şəkildə görünür. İnsanı özlərinə görə bir heyvan növü kimi qəbul edən, bəzi insanların daha az inkişaf etdiyini, həyatın mübarizə yeri olduğunu və yalnız gücün qazandığı yalanını qəbul edən bir dünyagörüşünün nəticələri, əlbəttə ki, mərhəmətsizlik, amansızlıq və əziyyətdir.

İstinadlar

  1. Robert Hunter, Poverty, New York: Torchbooks, 1965 ↩
  2. Jeanne Stellman, Susan Daum, Work is Dangerous to Your Health, New York, Random House Vintage Books, 1973 ↩
  3. Otto Bettmann, The Good Old Days! They Were Terrible!, New York, Random House, 1974, s. 68 ↩
  4. Otto Bettmann, The Good Old Days! They Were Terrible!, s. 70 ↩
  5. Howard Zinn, A People’s History of the United States, New York, Harper Collins, 1999, s. 255 ↩
  6. Howard Zinn, A People’s History of the United States, s. 255 ↩
  7. Otto Bettmann, The Good Old Days! They Were Terrible!, s. 71 ↩
  8. Otto Bettmann, The Good Old Days! They Were Terrible!, s.71 ↩