Həyatın Mənşəyi

Sıçrayışlı təkamül nəzəriyyəsinin əsassızlığı

Nəticə

Oxu müddəti: ~2 dəq.

Elmi kəşflər sıçrayışlı təkamül nəzəriyyəçilərinin iddialarını dəstəkləmir. Canlıların dar populyasiyalarda və makromutasiyalarla sürətlə təkamül keçirdiklərini irəli sürən bu iddia, əslində, ən az neodarvinizmin ortaya qoyduğu təkamül modeli qədər əsassızdır.

Bəs bu nəzəriyyənin son illərdə məşhurlaşmasının səbəbi nədir? Bu sualı təkamülçü dünyadakı mübahisələrinə baxdıqda cavablamaq olar. Sıçrayışlı təkamül modelini müdafiə edənlərin, demək olar ki, hamısı paleontoloqdur. Stiven C.Quld, Nils Eldric, Stiven M.Stenli kimi paleontoloqların rəhbərlik etdiyi bu qrup fosil qeydlərinin darvinist nəzəriyyəni təkzib etdiyini açıq şəkildə görür. Ancaq nəyin bahasına olsa da, bir yolla təkamülə inanmaq üçün özlərini şərtləndirmişdirlər. Elə buna görə fosil qeydlərini qismən də olsa açıqlaya bilmək üçün yeganə həll yolu kimi sıçrayışlı təkamül modelinə əl atırlar.

Digər tərəfdən genetiklər, zooloqlar və ya anatomistlər təbiətdə bu cür “sıçrayışlar” əmələ gətirən bir mexanizm olmadığını görür və bu səbəbdən də israrla darvinist mərhələli təkamül modelini müdafiə edirlər. Oksford Universitetindən zooloq Riçard Dokinz sıçrayışlı təkamül modelini müdafiə edənləri sərt şəkildə tənqid edir və onları “təkamül nəzəriyyəsinin inandırıcılığını aradan qaldırmaq”da təqsirləndirir.

İki tərəf arasındakı bu karlar dialoqunun üzə çıxardığı əsl nəticə isə təkamül nəzəriyyəsinin düşdüyü elmi böhrandır. Ortada heç bir təcrübə, müşahidə və ya paleontoloji tapıntı ilə uyğun gəlməyən xəyali “təkamül” əfsanəsi var. Hər təkamül nəzəriyyəçisi bu əfsanəyə mütəxəssis olduğu sahəyə əsasən dəlil tapmağa çalışır, ancaq bu, digər elm sahəsinin kəşflərinə zidd olur. Bəzən bu qarışıqlığın üstündən “elm bu cür akademik müzakirələrlə inkişaf edir” kimi səthi şərhlərlə keçilməyə çalışılır.

Lakin problem ondadır ki, bu mübahisələr doğru elmi nəzəriyyəni təkmilləşdirmək üçün yeridilən fikirlər deyil, səhv nəzəriyyəni inadla müdafiə etmək üçün uydurulan doqmatik fərziyyələrdən ibarətdir.

Sıçrayışlı təkamül nəzəriyyəçilərinin elmə istəmədən də olsa verdikləri töhfə isə fosil qeydlərinin, əslində, heç cür təkamül ilə uyğun gəlmədiyini açıq şəkildə üzə çıxarmalarıdır.

Təkamül nəzəriyyəsinin dünyadakı ən qabaqcıl tənqidçilərindən biri olan Filip Conson sıçrayışlı təkamülün ən əsas nəzəriyyəçisi olan Stiven Cey Quldu “darvinizmin Qorbaçovu” adlandırır.181

Qorbaçov Sovet İttifaqının kommunist dövlət sistemində çatışmazlıqlar olduğunu düşünərək sistemdə “islahatlar” etməyə çalışmışdır. Lakin çatışmazlıq hesab etdiyi problemlər, əslində, sistemin öz təbiətindən irəli gəldiyi üçün kommunizmi öz əliylə məhv etmişdir. Darvinizmi və digər təkamül modellərini də eyni son gözləyir.

İstinadlar

  1. Phillip Johnson, Objections Sustained, Intervarsity Press, Illinois, 1998, səh. 77-85. ↩