Oxu müddəti: ~2 dəq.
Sıçrayışlı təkamül tərəfdarlarının vurğuladıqları ikinci anlayış “dar populyasiyalar” anlayışıdır. Bununla yeni növ əmələ gəlməsinin sayca olduqca az olan heyvan və ya bitkidən ibarət icmalarda baş verdiyini ifadə edirlər. Bu iddiaya əsasən, çox sayda heyvandan ibarət olan populyasiyalarda təkamül xarakterli inkişaf baş vermir və “stasis” (sabitlik) vəziyyəti qorunur. Ancaq bu populyasiyalardan bəzən kiçik qruplar ayrılır və bu “təcrid edilmiş” qruplardakı canlılar sadəcə öz aralarında cütləşirlər. (bunun çox vaxt çoğrafi şərtlərdən irəli gəldiyi fərz edilir). Öz aralarında cütləşən bu kiçik qruplarda makromutasiyalar təsirli olur və çox sürətlə “növlərə ayrılma” baş verir.
Görəsən, sıçrayışlı təkamül tərərdarları nə üçün dar populyasiyalar anlayışını bu qədər vurğulayırlar? Sualın cavabı açıqdır: məqsədləri fosil qeydlərindəki keçid forma yoxluğuna “açıqlama” gətirməyə çalışmaqdır. “Təkamül xarakterli dəyişikliklər çox dar populyasiyalarda və çox sürətlə inkişaf etdi və ona görə də kifayət qədər fosil izi qalmadı” şəklindəki izahlarını bu səbəbdən israrla vurğulayırlar.
Lakin əslində, son illərdə aparılan elmi təcrübə və müşahidələr dar populyasiyaların genetik cəhətdən təkamül nəzəriyyəsinin lehinə deyil, əleyhinə olduğunu ortaya qoymuşdur. Dar populyasiyalar yeni növ əmələ gətirmək bir tərəfə qalsın, əksinə, ciddi genetik pozuntular üzə çıxarırlar. Bunun səbəbi dar populyasiyalarda fərdlərin daima dar genetik hovuz çərçivəsində cütləşmələridir. Buna görə normal halda “heteroziqot” olan fərdlər getdikcə “homoziqot”a çevrilirlər. Bunun nəticəsində də normal halda resessiv olan pozulmuş genlər dominant hala gəlir və beləliklə, populyasiyada getdikcə daha çox genetik pozuntu və xəstəlik üzə çıxır.179
Bu mövzunu tədqiq etmək üçün toyuqlar üzərində 35 il davam edən müşahidə aparılmışdır. Müşahidələrdə dar populyasiyada saxlanılan toyuqların getdikcə genetik cəhətdən zəiflədiyi müəyyən edilmişdir. Toyuqların yumurtlaması 100%-dən 80%-ə, çoxalma faizi də 93%-dən 74%-ə düşmüşdür. Ancaq insanların şüurlu müdaxiləsiylə, yəni başqa bölgələrdən gətirilən toyuqların populyasiyaya qarışdırılması ilə bu genetik zəifləmə prosesi dayanmış və toyuqlar normal hala düşməyə başlamışlar.180
Bu və buna bənzər kəşflər sıçrayışlı təkamül tərəfdarlarının sığındıqları “dar populyasiyalar təkamül xarakterli inkişafın mənbəyidir” şəklindəki iddianın elmi əsasının olmadığını açıq şəkildə göstərir.

İstinadlar
- M. E. Soulé and L. S. Mills, “Enhanced: No need to isolate genetics”, Science, 1998, cild 282, səh. 1658. ↩
- R. L. Westemeier, J. D. Brawn, J. D. Brawn, S. A. Simpson, T. L. Esker, R. W. Jansen, J. W. Walk, E. L. Kershner, J. L. Bouzat and K. N. Paige, “Tracking the long-term decline and recovery of an isolated population”, Science, 1998, cild 282, səh. 1695. ↩
