Oxu müddəti: ~6 dəq.
Təkamül nəzəriyyəsinin yalanlarına görə, təbiətdə yalnız güclülərin həyatda qaldığı mübarizə mühiti vardır. Ancaq təbiətdəki canlılar müşahidə edildiklərində bir çoxunun bir-birlərinə yardımçı olduğu, bir-birləri üçün fədakarlıq etdiyi, hətta digərlərinin yaxşılığı üçün öz həyatlarını belə təhlükəyə atdıqları görünür. Uilson təkamül nəzəriyyəsinin təməl iddiası ilə ziddiyyət təşkil edən bu həqiqəti açıqlamaq üçün bəzi əsassız fərziyyələr qarşıya qoymuş və sözdə bu şərhləri sosiobiologiyanın təməlini meydana gətirmişdi. Uilson şərhlərini U.D.Hamiltonun “qohum seçimi” adını verdiyi başqa bir yalana əsaslandırmışdı. Bu yalana görə, balasını və ya öz sürüsündən başqa canlını qoruyan, onun üçün fədakarlıq edən bir canlı, əslində, öz “eqoist genlərini” qoruyur. Məqsəd genləri sonrakı nəslə köçürmək olduğu üçün və bir ananın genlərinin balasında da olduğuna görə, balasını həyatı bahasına qoruyan ana, əslində, öz genlərini qorumuş olur. Yəni fədakarlığı, əslində, eqoistliyindəndir!
Bu, son dərəcə cəfəng bir iddiadır. Hər şeydən əvvəl, təbiətdəki heç bir heyvan genlərinin fərqində olduğu şüura sahib deyil, dolayısilə, onları qorumaq kimi bir fikrə də sahib ola bilməz. Bundan başqa, balasında və ya əmioğlularında da özünə aid genlərin olduğunu bilməsi mümkün deyil ki, bunun üçün həyatını fəda etsin. Genlərin bir canlını bu istiqamətdə yönləndirməsi əsla mümkün deyil. Genlər əvvəlki səhifələrdə də ifadə edildiyi kimi, şüursuz molekul zəncirləridir.
Ayrıca, heyvanlar yalnız öz genlərini daşıyan heyvanlara deyil, digərlərinə də kömək edirlər. Təbiətdə bunun bir çox nümunəsi var. Bu isə təkamülçü iddialarla açıqlana bilməyən bir davranışdır; çünki fədakarlıq edən canlının genlərini qoruduğu iddiası tamamilə mənasızdır.
Qaldı ki, genləri qoruma hissinin bu canlıların genetik quruluşlarında kodlu olduğunu iddia etmək təkamülçülərin problemlərini həll etməz. Çünki bu dəfə belə bir kompleks davranışın genlərə necə kodlaşdırıldığı sualı gəlir. Təkamül nəzəriyyəsi təsadüf mexanizmləri ilə tək bir genin belə necə meydana gəldiyini açıqlaya bilmədiyi halda, bu genlərə kodlaşdırılan məlumatların təsadüfən necə meydana gəldiyini açıqlaması qətiyyən mümkün deyil. Canlıların genlərində kodlaşdırılmış hər məlumat bir şüurun əsəridir. Bu, sonsuz elm və ağıl sahibi olan Allahın yaratmasıdır.
Sosiobioloqlar təbiətdəki canlıların fədakar davranışları ilə əlaqədar iddianın eynisini insanlara da tətbiq etməyə cəhd edirlər. Yəni təkamülçülərin xəyal məhsulu iddialarına görə, bir ana uşağını təhlükələrdən qoruduğunda, lazım olduğunda onun üçün canını heç düşünmədən fəda etdiyində bu ana, əslində, genlərini qoruma narahatlığı daşıyır. Təkamülçülərin insan ruhuna aid xüsusiyyətlərin varlığını qəbul etməməsi, bütün bunları təkamül nəzəriyyəsi ilə açıqlamağa çalışması heç bir elmi dəlilə əsaslanmır. Təkamülçülər bu məntiq xarici iddiaları ilə insan ruhunu, şüurunu və vicdanını yox sayır. Halbuki, insan ruha, ağıla, vicdana, düşünmə və mühakimə qabiliyyətlərinə sahib, doğru və səhvi bir-birindən ayırd edə bilən şüurlu varlıqdır. Bir ana isə uşağı üçün fədakarlıq etdiyində bunu uşağını sevdiyi, ona şəfqət və mərhəmət duyduğu, onu zəif gördüyü və qoruma məsuliyyətini boynuna götürdüyü üçün edir. Məsələn, bir ana uşağı acı çəkdiyində özünü onun yerinə qoyar və bu, onu üzər, narahat edər, uşağını acıdan xilas etmək üçün hər cür fədakarlığa hazır olar. Bunlar (bəzi təkamülçülərin hekayələrində iddia etdikləri kimi) gen daşıyan bir mühərrikin və ya bir robotun sahib ola bilmədiyi xüsusiyyətlərdir.
Əslində, təkamülçülər də insan ruhuna aid xüsusiyyətləri təkamül nəzəriyyəsinin tezisləri ilə açıqlaya bilməyəcəklərinin fərqindədirlər. Məsələn, təkamülçü R.Uoles “The genesis factor” (Başlanğıc faktoru) adlı kitabının sonunda belə deyir:
İnsanın yalnız genetik olaraq törəməyi hədəfləyən ağıllı bir eqoist olduğuna inanmıram. İnsan budur. Ancaq yalnız bu deyil. Açıq şəkildə daha çoxdur. Bunun dəlili çox sadə və boldur. İnsan ruhunun ölçülməz dərinliyinin olduğunu görmək üçün birinin Y.Paçelbelin “D Major Canon” adlı bəstəsini dinləməsi kifayətdir…187
Uolesin diqqət çəkdiyi nöqtə son dərəcə əhəmiyyətlidir. Təkamülçülərin həqiqətdən kənar insan tərifinə görə, insan yalnız gen daşımaqla vəzifəli bir mühərrikdir. Belə bir varlığın dinlədiyi musiqidən zövq alması, bir film izlədiyində əylənməsi, hətta belə bir film meydana gətirməsi, kitab yazması, kitab oxuması, oxuduqlarını öyrənməsi, fikir mübadiləsi aparması qeyri-mümkündür. İnsanın təkamülçülərin izah etdiklərindən daha fərqli bir yaradılışda olduğu çox açıqdır və hər insan bunun dəlilini özündə görür. İnsan kimi dərin bir düşüncəyə sahib olan, ruhunda yüzlərlə duyğu və zövqü yaşaya bilən bir varlığın necə var olduğu və xüsusiyyətlərinin mənşəyinin nə olduğu təkamülçülərin elmdən kənar iddialarla əsla cavablandıra bilmədiyi suallardır.
İstinadlar
- Robert Wallace, The Genesis Factor, New York: Morrow and Co.,1979, s.217-218 ↩
