Həyatın Mənşəyi

Növlərin əsl mənşəyi

Fosillərə əsasən növlərin mənşəyi

Oxu müddəti: ~3 dəq.

Təkamül nəzəriyyəsinin iddiasına əsasən, yer üzündəki canlı növləri ortaq əcdaddan kiçik dəyişikliklər nəticəsində törəyiblər. Başqa sözlə, nəzəriyyəyə əsasən, canlı növləri bir-birindən kəskin fərqlərlə ayrılmır. Ancaq təbiətdə aparılan müşahidələr iddia edilən davamlı dəyişmələrin olmadığını göstərmişdir. Canlılar aləmində bir-birindən nəzərəçarpacaq dəyişikliklərlə fərqlənən müxtəlif kateqoriyaların olduğu müşahidə olunmuşdur. Onurğalılar paleontologiyası sahəsində mütəxəssis və qabaqcıl təkamülçülərdən biri olan Robert Kerroll bunu “onurğalıların təkamül modelləri və prosesləri” (Patterns and processes of vertebrate evolution) adlı kitabında belə etiraf edir:

Bu gün dünyada demək olar ki, saysız-hesabsız növün yaşamasına baxmayaraq, bunlar bir-birindən çətinliklə fərqləndirilən keçid formalardan ibarət davamlı spektr əmələ gətirmirlər. Bunun əvəzinə növlərin demək olar ki, hamısı bir-birindən səciyyəvi xüsusiyyətlərlə fərqlənən əsas qruplara aiddirlər.37

Canlılığın mənşəyini aydınlaşdıran elmın ən önəmli sahəsi paleontologiya, yəni fosilləri öyrənən elmdir. İki əsrdir böyü
Canlılığın mənşəyini aydınlaşdıran elmın ən önəmli sahəsi paleontologiya, yəni fosilləri öyrənən elmdir. İki əsrdir böyük səylə tətqiq edilən fosil yataqları, Darvinin nəzəriyyəsinin tam əksi olan mənzərə ortaya çıxarır. Növlər təkamül keçirərək əmələ gəlməyib, yer üzündə bir anda və müxtəlif quruluşlarda meydana çıxmışlar.

Təkamül tarixən baş verdiyi iddia edilən bir prosesdir. Bizə canlıların tarixi haqqında məlumat vərən yeganə elmi mənbə də fosillərdir. P.Qrasse bu mövzuda belə deyir:

Təbiətşünaslar unutmamalıdır ki, təkamül prosesi sadəcə fosillər vasitəsilə üzə çıxa bilər… Sadəcə paleontologiya (fosilləri öyrənən elm) təkamülə dəlil verə bilər və təkamülün inkişafını və mexanizmlərini göstərə bilər.38

Fosillər vasitəsilə bu mövzunu aydınlaşdırmaq üçün təkamül nəzəriyyəsinin iddiaları ilə fosil tapıntılarını bir-birləri ilə qarışdırmamalıyıq.

Təkamül nəzəriyyəsinə əsasən, bütün canlılar bir-birlərindən törəmişlər. Əvvəlcədən mövcud olan bir canlı növü zaman ərzində başqa bir canlıya çevrilmiş və bütün növlər bu şəkildə meydana gəlmişlər. Nəzəriyyəyə əsasən, bu çevrilmə yüz milyon illəri əhatə edən zaman ərzində baş vermiş və mərhələ-mərhələ irəliləmişdir. Bu təqdirdə iddia edilən uzun çevrilmə prosesi çərçivəsində saysız-hesabsız “ara növlər” əmələ gəlməli və yaşamalıdırlar.

Məsələn, keçmişdə balıq xüsusiyyətlərini hələ də daşımalarına baxmayaraq, bir tərəfdən də bəzi sürünən xüsusiyyətləri qazanmış yarıbalıq-yarısürünən canlılar yaşamalıdır. Yaxud da sürünən xüsusiyyətlərini daşıyan və eyni zamanda da bəzi quş xüsusiyyətləri qazanmış sürünən quşlar əmələ gəlməlidir. Bunlar çevrilmə prosesində olduqları üçün şikəst, natamam, qüsurlu canlılar olmalıdır. Keçmişdə yaşadıqları güman edilən bu nəzəri canlılar “keçid formalar” adlandırılır.

Əgər həqiqətən, bu cür canlılar keçmişdə yaşayıblarsa, onların sayı və növü milyonlarla, hətta milyardlarla olmalıdır. Bu canlıların qalıqlarına mütləq rast gəlinməlidir. Çünki bu keçid formalarının sayı bu gün məlum olan heyvan növlərindən də çox olmalı və dünyanın hər tərəfi fosilləşmiş keçid formaların qalıqları ilə zəngin olmalıdır. Bu həqiqət Darvin tərəfindən də qəbul edilmişdir və Darvin “Növlərin mənşəyi”ndə bunu belə açıqlamışdır:

Əgər nəzəriyyəm doğrudursa, növləri bir-birilə əlaqələndirən saysız-hesabsız keçid növlər mütləq yaşamalıdır… Onların yaşadığına dair dəlillər isə ancaq fosil qalıqları arasında tapıla bilər.39

Bu sətirləri yazan Darvin bu keçid formalarının fosillərinin heç cür tapılmadığını da bilirdi. Bunun öz nəzəriyyəsi üçün böyük problem olduğunu da görürdü. Ona görə “Növlərin mənşəyi” kitabının “Nəzəriyyənin qarşısında duran çətinliklər” (Difficulties on theory) adlı bölməsində belə yazmışdı:

“Əvvəla, əgər növlər digər növlərdən hiss edilməyəcək dərəcədə kiçik tədrici dəyişikliklərlə törəmişsə, nə üçün hər yerdə saysız-hesabsız keçid formalar görmürük? Nə üçün bütün təbiət qarma-qarışıqlıq içində deyil, bunun əvəzinə, gördüyümüz kimi, tam nizamlanmış növlər vardır? …Keçmişdə yer üzündə yaşamış olan keçid formalar olduqca nəhəng sayda olmalıdır. Bəs nə üçün hər geoloji formasiya və hər təbəqə bu cür keçid həlqələri ilə dolu deyil? Geologiya, düzü, heç belə bir dəqiqliklə dərəcələndirilmiş üzvi zəncir ortaya qoymur və bu, bəlkə də, mənim nəzəriyyəmə qarşı irəli sürülə biləcək ən bariz və ən ciddi etiraz olacaqdır”.40

Darvinin bu böyük problem qarşısında irəli sürdüyü yeganə açıqlama isə o dövrdəki fosillərin kafi olmaması idi. Fosillər hərtərəfli şəkildə təhlil edildikdə itmiş keçid formaların mütləq tapılacağını iddia etmişdi.

İstinadlar

  1. Robert L. Carroll, Patterns and Processes of Vertebrate Evolution, Cambridge University Press, 1997, səh. 9. ↩
  2. Pierre Grassé, Evolution of Living Organisms. New York, Academic Press, 1977, səh. 82. ↩
  3. Charles Darwin, The Origin of Species: A Facsimile of the First Edition, Harvard University Press, 1964, səh. 179. ↩
  4. Charles Darwin, The Origin of Species, səh. 172, 280. ↩