Oxu müddəti: ~2 dəq.
Təbii seçmə nəzəriyyəsinin ən əsas fərziyyəsi təbiətdə yaşamaq uğrunda amansız mübarizənin olması və hər canlının sadəcə özünü düşünməsidir. Darvin bu fikri ortaya atarkən ingilis klassik iqtisadçı Tomas Robert Maltusun nəzəriyyələrindən təsirlənmişdi. Maltus qida mənbələrinin ədədi silsilə ilə artdığını, insanların isə həndəsi silsilə ilə çoxaldığını izah etmiş və ona görə insanların yaşamaq uğrunda labüd amansız mübarizə apardıqlarını irəli sürmüşdü. Bundan əlavə, Maltus həddindən artıq əhali artımının qıtlıq və xəstəlik kimi amillərlə tənzimləndiyini iddia etmişdi. Darvin isə insanlar arasındakı bu yaşamaq uğrunda amansız mübarizəni təbiətə də tətbiq etmiş və “təbii seçmə”nin bu mübarizənin nəticəsi olduğunu iddia etmişdi.

Lakin daha sonra aparılan tədqiqatlar təbiətdə Darvinin fərz etdiyi kimi mütləq yaşamaq uğrunda mübarizə olmadığını göstərdi. İngilis zooloq V.C.Uayni Edvardsın heyvan sürüləri üzərində 1960-70-ci illərdə apardığı uzun elmi tədqiqatlar heyvan sürülərinin çox maraqlı şəkildə artımlarını tənzimlədiklərini və qida üçün rəqabətin qarşısını aldıqlarını üzə çıxardı.
Heyvan sürüləri artımlarını əllərində olan qida mənbələrinə əsasən tənzimləyirdilər. Artım aclıq və yoluxucu xəstəliklər kimi “zəifləri aradan çıxaran” faktorlarla deyil, heyvanlardakı instinktiv nəzarət mexanizmləri ilə tənzimlənirdi. Yəni heyvanlar artımlarını Darvinin güman etdiyi kimi amansız rəqabət yolu ilə deyil, çoxalmalarını məhdudlaşdıraraq tənzimləyirlər.8
Bitkilər belə Darvinin irəli sürdüyü “rəqabət yolu ilə seçmə” nümunəsi ilə deyil, artım nəzarətilə çoxalırdılar. Botanik A.D.Bredşounun apardığı müşahidələr bitkilərin çoxalarkən cücərdiyi sahədə “bitki sıxlığına” görə hərəkət etdiklərini, sahədəki bitki sıxlığı artdıqda çoxalmanı azaltdıqlarını sübut etdi.9Digər tərəfdən qarışqalar, bal arıları kimi canlı icmalarında rast gəlinən fədakarlıq nümunələri darvinist yaşamaq uğrunda mübarizə anlayışının tam əksini göstərirdi.
Son illərdəki bəzi tədqiqatlar fədakarlıq davranışının hətta bakteriyalarda da mövcud olduğunu üzə çıxarmışdır. Beyinə və ya sinir sisteminə malik olmayan, bu səbəbdən düşünmə qabiliyyətinə malik olmayan bu canlılar virus hücumuna məruz qaldıqda digər bakteriyaları xilas etmək üçün intihar edirlər.10
Bu nümunələr təbii seçmənin əsas fərziyyəsi olan “yaşamaq uğrunda mütləq mübarizə” məfhumunu əsassız edir. Təbiətdə rəqabətin olması doğrudur, amma bu rəqabətlə bərabər çox açıq görünən fədakarlıq və həmrəylik nümunələri də var.
İstinadlar
- Wynne-Edwards, V. C. “Self Regulating Systems is Populations of Animals”, Science, cild 147, 1965, səh. 1543-1548; Wynne-Edwards, V. C. Evolution Through Group Selection, London, 1986. ↩
- Bradshaw 1965; Lee Spetner, Not By Chance!: Shattering the Modern Theory of Evolution, The Judaica Press, Inc., New York, 1997. ↩
- Andy Coghian, “Suicide Squad”, New Scientist, 10 iyul 1999. ↩
