Həyatın Mənşəyielmi araşdırmalar

Zoologiya və heyvan davranışı

3 qitə aşan, 7000+ km məsafə qət edən kəpənək

Mənbə: ScienceAlertOxu müddəti: ~3 dəq.

Monarx yaxud Kral kəpənəkləri (Danaus plexippus) yaxın vaxtlara qədər köç dövründə uzun məsafəli uçuşları ilə tanınıb. Bu kəpənəklər hər il Şimali Amerikadan Meksikaya təxminən 5000 kilometr məsafə qət edən köçlərinə görə dünyada məşhurdurlar. Son araşdırmalarda Monarx kəpənəkləri ilə məsafə baxımından rəqabət aparan başqa kəpənək növü də aşkar edilmişdir.

Boyalı xanım kəpənəyi (Vanessa cardui) çiçək üzərində
Boyalı xanım kəpənəyi (Vanessa cardui)

Bunlar hər il Avropa və Afrika arasında uzun məsafəli səyahətlər edən “Boyalı xanım kəpənəkləri” idi (Vanessa cardui). Bu kəpənəklərə izləmə cihazı taxıla bilmədiyi üçün araşdırmaçılar, kəpənəklərdə tapılan tozcuq dənələrinin DNT-sini araşdırdılar və tozcuqların yalnız Afrikanın Sahel bölgəsində böyüyən bitkilərə aid olduğu aydın oldu.1

Bu nəticə sübut etdi ki, kəpənəklər Atlantik okeanı üzərindən uçurlar. Ancaq Fransız Qvianasında olan Boyalı xanım kəpənəklərinin qanadlarında izotopların olması, onların Qərbi Avropada doğulduğunu düşündürməsi, bu məsafənin düşünüləndən daha çox olduğunu göstərirdi. Buna görə də, kəpənək sürüsü bir ömür boyu 7000 kilometrdən çox yol qət etdi və ən azı üç qitəni ziyarət etdi.

Boyalı xanım kəpənəklərinin Avropa – Qərbi Afrika – Cənubi Amerika köç yolu xəritəsi
Avropadan Qərbi Afrikaya, oradan Atlantik okeanı üzərindən Cənubi Amerikaya: 7000 kilometrdən uzun yol

Bu, əlbəttə ki, kəpənəklərin zərifliyini nəzərə alsaq, çox böyük məsafədir, lakin başqa bir vacib detal da var. Avropadan Afrikaya və ya Şimali Amerikadan Mərkəzi Amerikaya uzun məsafəli köç olduqca təsir edici olsa da, kəpənəklərin arada dayanıb yanacaq tədarükü etdiyi çoxlu yerlər də var. Okeanı keçərək köç etmək çox çətindir.

Boyalı xanım kəpənəklərinin qanadları çeçələ barmaq böyüklüyündədir, beyni isə iynənin ucu boydadır və çox sürətli uçurlar. Kiçik olmaları onlara üstünlük qazandırır, küləkli havada süzməyi bacarırlar, bəzən saatda 48 kilometr sürətlə uçurlar.

Boyalı xanım kəpənəyi çiçək üzərində, yandan görünüş

Atlantik okeanında Saharadan tropik Karib hövzəsinə doğru əsən güclü küləklər olur. Bunlar mütəxəssislərin düşündüyündən daha güclüdür və böyük toz hissəciklərini 3500 kilometr uzaqlığa apara bilir. Zərifliyi ilə məşhur olan Boyalı xanım kəpənəkləri də bu güclü küləkdə qanadlarını çox az çırparaq və havada süzmə texnikasından istifadə edərək çox uzaqlara uça bilirlər.

Bu uzun uçuş edənlərin Monarx kəpənəkləri və ya Boyalı xanım kəpənəkləri olmasının fərqi yoxdur, bu iki zərif kəpənək növü çox yaxşı köçəri kəpənəklərdir. Onlar hər il zərif bədənləri ilə müqayisə olunmayacaq dərəcədə çətin səyahəti tamamlayırlar. Gəlin bir az düşünək:

Boyalı xanım kəpənəyi yonca çiçəyi üzərində

Bu kəpənəklər əlində kompas və ya xəritə olmadan minlərlə kilometr uçurlar. Yollarını azmırlar. Telefonunuzda naviqasiya proqramları olmadan 10-15 km məsafədə yolunuzu tapmağa çalışın və bunun nə qədər çətin olacağını düşünün. Kəpənəklər bizim üçün mümkün olmayan bu səyahəti əmin şəkildə, üstəlik, hər nəsillə yenilənən məlumatla edir və çətin səfərlərdə uğur qazanırlar. Üstəlik, bəzi köçəri quşlar kimi onların çətin hava şəraitindən qorumaları üçün nəhəng tüklü qanadları və güclü sinə əzələləri yoxdur. Ölçüsünə görə quşla müqayisə olunmayacaq qədər kiçik olan kəpənəklərin öhdəsindən gəldikləri çətinlik heyranedicidir.

Kəpənəklərin köçü bizə onların yaradılışındakı mükəmməlliyi və Allahın onlara ilham etdiyi qüsursuz planı göstərir. Bu kəpənəklərin köç səyahətlərini nəsillər boyu təkrarlaması və marşrutlarını xətasız tamamlaması, Allahın qüsursuz yaratma sənətinin nümunəsidir.

Mənbə

  1. Carly Cassella, “Kəpənəklər Atlantik okeanı üzərindən epik səyahətlər edə bilir”, ScienceAlert, 6 iyul 2024. sciencealert.com ↩